Qida standartları,qida kodeksi və qida nəzarəti ISO hal- hazırda 135 ölkədən (hər ölkədən bir nümayəndə və bərəbar səs hüququ) beynəlxalq standart qurumlarının iştirakı ilə dövlətlərarası əmtəə və xidmət mübadiləsini sürətləndirmək, intellektual, elmi, texniki və iqtisadi fəaliyyətlərdə işbirliyini inkişaf etdirmək üçün fəaliyyət göstərir. Həmçinin fərqli ölkələrdə olan istehsal amillərini və hansı ölkədəsə olan texniki yenilikləri eyni zamanda tətbiq etmək üçün işlər görür. ISOnun dövrümüzdəki fəaliyyət mexanizmi ISO 9000 keyfiyyət, idarəetmə və s. kimi dövlətlərarası miqyasda qəbul olunmuş standartları hazırlayaraq ticarətin qarşısındakı əngəlləri aradan qaldırmaqdır.
ISO 9000 standartları aşağıdakı şəkildə bölünür:
ISO9000: Keyfiyyətli idarəetmə və keyfiyyət zəmanəti standartları seçimi və təqdimatı
ISO9001:Keyfiyyət sistemləri, dizayn və inkişafı, istehsal və xidmətdə keyfiyyət zəmanəti modeli
Azərbaycanda da İSO sertifikatları verilir. Bunu iki firma həyatə keçirir. Biri ISO, digəri isə SGS.
İSO 22000 -Gıda Təhlükəsizliyi İdarə Sistemi –qida təhlükəsizliyinin təmini məqsədilə dünyada qarşılıqlı əlaqələr əsasında yaradılmış və dövlətlərarası standartdır.Bu standart sağlam qidanın əldə edilməsinə xidmət edir və onun funksiyaları aşağıdakılardır:
1.interaktiv ünsiyyət
2.sistem rəhbərliyi
3. ehtiyac proqramı
HACCP- sağlam qida əldə etmək məqsədil ilə düzgün işləyən və qorunan qida təhlükəsizliyi sistemidir.