Elektrik cərəyanı ilə zədələnmənin əsas səbəbləri
Elektrik cərəyanı ilə zədələnmənin dörd xüsusiyyəti mövcuddur.
1. Elektrik cərəyanı ilə zədələnmə təhlükəsi yaradan xarici əlamətlər yoxdur. İnsan elektrik cərəyanı ilə zədələnmə təhlükəsinin mümkünlüyünü görmür, eşitmir, iyləyə, yaxud vaxtından əvvəl aşkar edə bilmir.
2. Elektrikdən travmalar zamanı əmək qabiliyyətinin itirilməsi, bir qayda olaraq, uzunmüddətli olur, hətta ölümlə nəticələnə bilər.
3. Sənaye tezlikli 10-20 mA cərəyanlar əzələlərin intensiv qıcolmasına səbəb ola bilir ki, bunun da nəticəsində, necə deyərlər, cərəyan aparan hissələrə “yapışma” hadisəsi baş verir. Bu zaman adam elektrik cərəyanının təsirindən özü xilas ola bilmir.
4. Elektrik cərəyanı ilə zədələnmə nəticəsində mexaniki travma almaq mümkündür.
Elektrik cərəyanı ilə zədələnmənin əsas səbəbləri aşağıdakılardır:
-
Gərginlik altında olan cərəyan aparan hissələrə toxunma.
-
İzolyasiyanın və ya qoruyucu quruluşların nasazlığı üzündən gərginlik altına düşmüş elektrik avadanlığının cərəyan aparmayan, lakin cərəyn keçirən hissələrinə toxunmaq.
3. Addım gərginliyinin təsiri altına düşmək.
4. Elektrik qurğularının texniki istismar qaydalarının və təhlükəsizlik texnikası qaydalarının pozulması.
Elektriklə işləyən avadanlıqlar, elektrik mühərrikləri, idarəetmə və mühafizə aparatları, nəzarət ölçmə cihazları və s.istehsal olunarkən onların iş şəraiti nəzərə alınaraq konstruksiya edilir. İstehsalat müəssisələrində bu şərait nəzərə alınmadan elektrik qurğuları seçilib yerləşdirildikdə avadanlığın sıradan çıxmasına, işçilərin elektrikdən zərər çəkməsinə, yanğın hadisələrinin törənməsinə səbəb olur.
Elektrik cərəyanı ilə zədələnməyə təhlükəlilik dərəcəsinə görə bütün binalar əsasən üç kateqoriyaya bölünür:
1. Yüksək təhlükəli binalar. Bu binalar aşağıdakı əlamətləri ilə xarakterizə olunur:
a) cərəyankeçirən döşəmə (metal, torpaq, daş, beton, asfalt, dəmir – beton)
b) yüksək temperatur (300S və daha yüksək – metallurgiya sexi)
c) mühitin yüksək rütubətliliyi (75% - dən çox)
d) avadanlığın və yerlə birləşdirilmiş metal konstruksiyanın gövdələrinə eyni vaxtda toxunmaq imkanının olması.
2. Xüsusi təhlükəli binalar. Bu binalar aşağıdakılarla xarakterizə olunur:
a) Mühiti yüksək nisbi rütubətli (100%) – Camaşırxanalar, qalvanik hopdurma sexləri.
b) Mühitin kimyəvi aktivliyi – qalvanik sexlər, elektrik üyütmə sexləri, heyvandarlıq fermaları.
c) Yüksək təhlükəli binalara xas olan iki əlamətin eyni vaxtda mövcud olması.
3. Az təhlükəli binalar. Bu binalar elə binalara deyilir ki, onlarda birinci iki kateqoriyadan olan binalar üçün xarakterik sayılan yuxarıdakı amillər yoxdur. Bunlar idarə və məişət binaları, mənzillər və başqa binalardır.
Bütün qurğular 500V və daha yüksək gərginliklərdə yerlə birləşdirilir və yaxud sıfırlanır, lakin yüksək təhlükəli və ya xüsusi təhlükəli binalarda yerləşdirilmiş qurğular isə dəyişən cərəyan gərginliyi 36V – dan çox və sabit cərəyan gərginliyi 110V – dan böyük olduqda yerlə birləşdirilməlidir. Partlayış təhlükəli zonalarda qurğular istənilən gərginlikdə yerlə birləşdirilir.
Dostları ilə paylaş: |