Mühazirə 14 Mövzu: Avropada Otuzillik müharibənin başlanması və nəticələri. Plan


Müharibənin Danimarka dövrü (1625-1629)



Yüklə 31,33 Kb.
səhifə4/8
tarix02.01.2022
ölçüsü31,33 Kb.
#35610
növüMühazirə
1   2   3   4   5   6   7   8
Otuzillik müharibənin başlanması M.

2.Müharibənin Danimarka dövrü (1625-1629)

1625-ci ildə Rişelyenin təşəbbüsü ilə İngiltərə, Hollandiya və Danimarka arasında Avstriya və ispan Habsburqlarına qarşı ittifaq bağlandı. IV Kristian İngiltərə və Hollandiyanın maliyyə yardımı ilə ordu topladı və Katolik Liqasının qoşunlarına qarşı hərbi əməliyyatlara başladı. Şimali Almaniya knyazlarının bir hissəsi danimarkalılara qoşuldular. Niderlandda A.Spinola (ispan) uğurlu əməliyyatlar keçirir Breda qalasını alır. Fransa İngiltərənin Laroşel quqenotlarına köməyinə görə başı qarışmışdı. Beləliklə Danimarka kralının tərəfdarları ona əməli kömək edə bilmirdilər. Danimarka ilə mübarizə üçün II Ferdinand öz ordusuna ehtiyacı var idi. Lakin bunun üçün o lazımi vəsaitə malik deyildi. Bavariyanın güclənməsindən ehtiyat edən II Ferdinand Katolik liqasına müraicət etmək istəmirdi. II Ferdinand çex üsyanı dövründə olduqca varlanmış imperator xidmətində iri muzdlu dəstələrə komandanlıq edən Albrext Vallenşteynə müraciət etdi.Vallenşteyn heç bir xərc çəkmədən yeni ordu yaratmağı imperatora təklif etdi. Vallenşteyn sisteminin sirri-onun fikrincə ordu özü özünü saxlamalı idi, yəni ona əhalini soymaq üçün qeyri-məhdud “hüquq” verilməli idi. Bu təklifi qəbul edən imperator ordunun formalaşdırılması üçün lazım olan ilkin xərcləri ödəmək üçün özünün Çexiyada və Cənub-Qərbi Almaniyada olan bir neçə dairəsini Vallenşteynin sərəncamına verdi. Vallenşteyn qısa müddətdə 30 minlik qoşun topladı. Vallenşteyn öz xərclərini tezliklə böyük hərbi qənimətlərin, şəhər və kəndlərdən alınan təzminaların hesabına ödədi. Vallenşteyn Pomeraniya, Meklenburq və Şimali Almaniyanı tutdu. 1626-cı ilin yayında Danimarka kralı 60 minlik ordunun başında Vallenşteynə qarşı hərəkət etdi. Lakin ciddi itgilərlə geri çəkilməli oldu. 1627-ci ilin yazında Yutlandiyaya sıxışdırılan Danimarka qoşunları bir neçə döyüşdə məğlub edildilər. Dənizdə Danimarka donanması aöalıq etdiyindən onlar burada imperiya qoşunları üçün əlçatmaz idilər. Vallenşteyn güclü donanmaya sahib olmadığından Baltika və Şimal dənizi yollarında müvəffəqiyyət əldə edə bilmədi.

1629-cu ildə imperiya İsveçə müharibə elan etdi. 1629-cu ilin martında Ştralzunddakı İsveç dəstəsi alman sahillərindəki Ryugen adasını tutdu. Beynəlxalq vəziyyət İtaliyada meydana çıxan yeni münaqişə ilə daha da mürəkkəbləşdi. 1627-ci ildə övladı olmayan Mantuya hersoqunun ölümündən sonra onun yerinə bir neçə iddiaçı peyda oldu ki, onların arxasında Fransa, İspaniya və imperiya dayanırdı. 1629-cu ildə imperator Vallenşteynin narazılığına baxmayaraq onun ordusunun bir hissəsini Italiyaya göndərdi və onlar Mantuyanı tutdu.

Vallenşteyn IV Kristianla sülh danışıqlarına başladı və yüngül sülh şərtləri irəli sürdü. 1629-cu il mayın 12-də Lyubekdə bağlanan sülhə görə Danimarkanın bütün əraziləri ona qaytarıldı. Əvəzində kral bir daha Almaniyanın işlərinə qarışmamağı öhdəsinə götürürdü. Vallenşteyn qoşunun çox hissəsini cənuba apardı, habelə isveçlilərə qarşı vuruşan polyaklara kömək üçün Prussiyaya 15 minlik qoşun yeritdi. Lyubek sülhündən sonra imperator 1552-ci ildən sonra müsadirə olunmuş bütün kilsə torpaq mülklərinin protestantlardan alınması və katoliklərə qaytarılması haqqında Restutisiya (bərpa) edikti verdi. İki arxiyepiskopluq və 12 yepiskopluq, çoxlu sayda kiçik ruhani mülkləri katoliklərə qaytarılmalı idi. Vallenşteyn bu edikti imperiya düşmənlərinin xeyrinə hesab edirdi. Bu edikt protestant knyazlarının mövqelərinin sərtləşməsinə səbəb oldu, belə ki, müsadirə edilmiş katolik kilsə mülklərinin çoxu onların əlində idi.

Lyubek sülhü möhkəm deyildi, belə ki, Habsburqların Şimali Almaniyada möhkəmlənməsi ilə Fransa, İngiltərə və İsveç barışa bilməzdi. Katoliklərin qələbələrinin möhkəm olmaması Habsburqlar və Katolik liqası arasındakı ziddiyyətlərlə şərtlənirdi. Katolik liqası imperatorun güclənməsindən və Valenşteyndən ehtiyat edirdi. 1630-cu ilin iyulunda Regensburqda reyxstaqın iclaslarında onlar Ferdinandın oğlunun Roma kralı təsdiq edilməsi əvəzində Vallenşteynin istefaya göndərilməsini tələb etdilər. İspan partiyası da Vallenşteynin istefaya göndərilməsini tələb etdi. Rişelyenin buradakı nümayəndəsi bu prosesi dəstəklədi. Əlində böyük hərbi qüvvə olan. Regensburq yaxınlığındakı Memminqendə öz qərərgahı ilə yerləşən Vallenşteyn imperatorun bir əmri ilə bu knyazları qovmağa hazır idi. Fransa ətrafında birləşən Katolik liqası Ferdinandın oğlunu alman taxtının varisi kimi tanımaqdan imtina etdi. Ferdinand 1630 13 sentyabr tarixində qoşun qarşısnda Vallenşteynin istefaya göndərildiyini elan etdi. İmperator ordusuna rəbərlik qraf Tilliyə tapşırıldı.

3.


Yüklə 31,33 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin