Mühazirə 14 Mövzu: Avropada Otuzillik müharibənin başlanması və nəticələri. Plan



Yüklə 31,33 Kb.
səhifə6/8
tarix02.01.2022
ölçüsü31,33 Kb.
#35610
növüMühazirə
1   2   3   4   5   6   7   8
Otuzillik müharibənin başlanması M.

Ney-Brandenburq qalasında olan 3000 isveçlini mühasirəyə alaraq 1631 martın 19-da qalanı tutdu. Bütün İsveç qarnizonunu məhv etməyi əmr etdi. İsveçlilər də buna cavab olaraq Frankfurt-na-Oderi aldılar və Ney-Brandenburqa cavab olaraq bütün əsirləri öldürürlər. Qustav Adolf xüsusi manifestdə Saksoniya və Brandenburq kürfusrtlərini ikiüzlülükdə günahlandırırdı ki, onların belə mövqeyi mühasirəyə alınmış Maqdeburqu xilas etməyə imkan verməyib. İsveç kralı Brandenburq kurfüstündən bir sıra qalaları aldı. Tilli də Sakson kurfurstündən bir neçə qala almaq istədi. Sakson kurfurstü isveçlilərə kömək üçün müraciət edir. 1632-ci ildə 17 sentyabrdə Leypsiq yaxınlığındakı döyüşdə İsveç ordusu sayca az olmasına baxmayaraq imperiya qoşunlarını məğlubiyyətə uğratdı. Qustav Adolf 1632-ci ilin mayında Bavariyanın paytaxtı Münhenə daxil oldu. II Ferdinand yenidən Vallenşteynə müraciət etdi. Lyusen şəhəri yaxınlığında isveçlilər qalib gəldilər. Vallenşteyn Çexiyaya çəkilməyə məcbur oldu.

Qustav Adolfun ölümündən sonra İsveçin siyasətini Rişelyenin təsiri altında olan kansler qraf Oksenşem idarə etməyə başladı. Alman knyazları Qustav Adolfun ölümündən istifadə edərək onların hüquqlarına toxunmayacağı təqdirdə Habsburqlarla danışıqlara getməyə hazır olduqlarını nümayiş etdirdilər. Vallenşteyn də bu əhval-ruhiyyədən istifadə edərək 1633-cü ildə İsveçlə, Fransa ilə və Saksoniya ilə danışıqlara başladı. II Ferdinand Vallenşteynin xəyanətindən ehtiyat edərək onu komandanlıqdan uzaqlaşdırdı. II Ferdinandın oğlu yeni baş komandan təyin edildi. 1634-cü ilin sentyabrında İsveç ordusu ilk dəfə ağır məğlubiyyətə uğradı. Eyni vaxtda Sakson kurfurstü imperatorla sülhə razılıq verdi. Kiçik ərazi guzəşti və və Restitusiya ediktinin həyata keçirilməsinin müəyyən müddətə təxirə salınması müqabilində Sakson kurfurstü öz protestant müttəfiqlərinə xəyanət etdi və öz ordusunu imperatorun sərəncamına verdi. Ümumi siyasi vəziyyət Habsburqların xeyrinə dəyişdi. Fransa müharibəyə qoşulmağa qərar verdi.




Yüklə 31,33 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin