varislik – təhsil sahəsində əldə olunmuş bilik və təcrübənin ardıcıl olaraq növbəti nəslə (dövrə) ötürülməsi;
3.9. liberallaşma - təhsil sahəsinin və təhsil fəaliyyətinin ardıcıllığının genişləndirilməsi;
3.10. inteqrasiya – milli təhsil sisteminin dünya təhsil sisteminə səmərəli formada qoşulması, uyğunlaşması və qovuşması əsasında inkişafı.
Təhsil müəssisələri. Mülkiyyət növünə görə respublikamızda 3 tip təhsil müəssisələri fəaliyyət göstərməkdədir: dövlət, özəl və bələdiyyə. Bu təhsil müəssisəlrin fəaliyyətinin əsas məqsədi respublikada təhsil sahəsində rəqabət mühiti yaratmaqdan ibarətdir. Adı şəkilən hər bir təhsil müəssisəsi fəaliyyət göstərmək üçün mütləq lisenziya almaq məcburiyyətindədir. Dövlət təhsil müəssisələrinə lisenziya daimi (müddətsiz), bələdiyyə və özəl təhsil müəssisələrinə isə 5 illik verilir. Bundan başqa əcnəbilər və xarici hüquqi şəxslər tətəfindən açılan təhsil müəssisələri də vardır ki, onlara lisenziya 3 illik verirlir.
Dostları ilə paylaş: |