MühaziRƏ №15 Müasir dövrdə Azərbaycanda məktəb və pedaqogika



Yüklə 35,64 Kb.
səhifə1/5
tarix02.01.2022
ölçüsü35,64 Kb.
#43337
  1   2   3   4   5
Mühazirə 15


MÜHAZİRƏ № 15

Müasir dövrdə Azərbaycanda məktəb və pedaqogika (1992-ci ildən bu günə qədər)
PLAN

  1. Suveren müstəqil Azərbaycanda təhsil.

  2. Azərbaycan Respublikasının “Təhsil .Qanunu”.


1. Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu pedaqogikanın əsas mənbələrindən biri, təhsilə aid başlıca sənəddir.Bu sənəd respublika Prezidenti tərəfindən imzalanır. Sənəddə təhsil qanunvericiliyi və onun vəzifələri, təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri, vətəndaşların təhsil hüquqları, təhsil dili, təhsil sistemi və onun başlıca vəzifəsi, təhsil sisteminin quruluşu, təhsil formaları, məktəbəqədər təhsil müəssisələri, ümumtəhsil, peşə, orta ixtisas və ali məktəblər, ali təhsilin pillələri və ixtisas dərəcələri, təhsil sisteminin idarə olunması məsələləri və s. öz əksini tapır. 

Respublika Milli Məclisinin 2009-cu il iyunun 19-da keçirilmiş iclasında “Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu” qəbul olunmuş və ölkə prezidentinin təsdiqinə verilmişdir. Ölkə Prezidenti İlham Əliyev “Təhsil haqqında Azərbaycan Respublikasının Qanunun tətbiq edilməsi barədə” 5 sentyabr 2009-cu il tarixdə Fərman imzalamışdır.

Təhsil Qanunu altı fəsildən və 47 maddədən ibarətdir. Ayrı-ayrı maddələr özləri də bəndlərə bölünmüşdür.

“Ümumi müddəalar” adlanan birinci fəsil yeddi maddədən ibarətdir. Burada təhsildə işlənən əsas anlayışlara aydınlıq gətirilir; təhsil haqqında Azərbaycan Respublikasının qanunvericiliyi; təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri; təhsilin əsas məqsədi; təhsil hüququna dövlət təminatı; təhsil sahəsində dövlət standartları; tədris ili kimi ümdə məsələlər şərh edilir.

Ikinci fəsil “Azərbaycan Respublikasının təhsil sistemi” adlanır. Bu fəsil 20 maddədən ibarətdir. Ayrı-ayrı maddələrdə təhsil sisteminin quruluşu; təhsilin keyfiyyət səviyyəsi; təhsil proqramı (kurikulum); təhsil məzmununa və təşkilinə dair ümumi tələblər; təhsilin formaları; təhsilalma formaları; təhsil müəssisəsi; təhsil müəssisəsinin təsisçisi; təhsil fəaliyyətinin lisenziyalaşdırılması və təhsil müəssisəsinin akkreditasiyası; təhsilin pillələri və səviyyələri; məktəbəqədər təhsil; ümumi təhsil; ilk peşə-ixtisas təhsili; orta ixtisas təhsili; ali təhsil; doktorantura; əlavə təhsil, təhsil sistemində elmi araşdırmalar; ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun ümumi qaydaları; təhsil haqqında dövlət sənədi; təhsil müəssisələrində iaşə və tibb xidməti kimi məsələlər öz əksini tapmışdır.

Təhsil haqqında Qanunun III fəsli “Təhsil sisteminin idarə olunması, təhsil subyektlərinin hüquqları, vəzifələri və sosial müdafiəsi” adlanır. Bu fəsil 8 maddəni özündə birləşdirir. Adı çəkilən fəsildə təhsil sahəsində dövlətin vəzifələri; təhsil müəssisəsinin idarə olunması; təhsil prosesinin iştirakçıları; təhsilalanların hüquq və vəzifələri; təhsilverənlərin hüquq və vəzifələri; valideynlərin və ya digər qanuni nümayəndələrin hüquq və vəzifələri; təhsilalanların sosial müdafiəsi; təhsilverənlərin sosial müdafiəsi kimi maddələr verilmişdir.

“Təhsilin iqtisadiyyatı” adlanan IV fəsil 6 maddədən ibarətdir. Bu maddələrdə təhsil sistemində mülkiyyət münasibətləri; təhsil müəssisəsinin maliyyələşdirilməsi; dövlət və bələdiyyə təhsil müəssisələrinin maliyyələşdirilməsi mənbələri; özəl təhsil müəssisələrinin maliyyələşdirilməsi; təhsil müəssisəsinin sahibkarlıq fəaliyyəti; keyfiyyətsiz təhsilə görə vurulan zərərin ödənilməsi məsələlərinə aydınlıq gətirilir.

Qanunda V fəsil “Təhsil sahəsində beynəlxalq əlaqələr” adlanır. Burada təhsil sahəsində beynəlxalq əməkdaşlıq və xarici əlaqələr; Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil almaq hüququ kimi maddələr öz ifadəsini tapmışdır.

“Keçid və yekun müddəaları” adlanan sonuncu, VI fəsil üç maddəni özündə birləşdirir. Bu maddələrdə qanunun pozulmasına görə məsuliyyət; keçid müddəaları; qanunun qüvvəyə minməsi kimi məsələlər işıqlandırılır.

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun ayrı-ayrı maddələrində nəzərdən keçirilən bəzi məsələlərlə tanış olaq.


Yüklə 35,64 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin