MühaziRƏ 3 bulud hesablamalarinin qurulmasi modelləRİ


Biznes üçün bulud xidmətləri



Yüklə 39,9 Kb.
səhifə3/7
tarix28.11.2023
ölçüsü39,9 Kb.
#166964
1   2   3   4   5   6   7
3 (1)

Biznes üçün bulud xidmətləri
Yuxarıda söz açdığımız “SaaS”, “PaaS” və “IaaS” buludun işinə nə qədər güclü təsir edə biləcəyinizə görə bir-birindən fərqlənir.
Əgər siz biznes-istifadəçisinizsə və xidmət kimi “SaaS” proqram təminatını satın alırsınızsa, onun işinə minimum təsir imkanları əldə edirsiniz. Həmin proqramı öz ehtiyaclarınıza uyğun qura bilərsiniz, yaxud da təchizatçıya hansısısa funksiyanın əlavə olunması xahişi ilə müraciət edə bilərsiniz. Bu cür sorğular lazımi saya çatdıqdan sonra onu tətbiq də edə bilərlər, tətbiq etməyə də bilərlər. Proqram məhsulunun iş keyfiyyəti və məlumatların əlçatanlığı da təchizatçıdan asılıdır.
“SaaS”ın biznes üçün xidmət kimi böyük üstünlüyü ondadır ki, texniki detalları anlamaq üçün və ya proqramın iş qabiliyyətini dəstəkləyəcək bir mütəxəssis işə götürmək lazım gəlmir. 
Biznes üçün həll nümunələri:
• “Microsoft Office 365” və "Google Drive”;
• Anbar uçotu üçün bulud hesablamaları;
• Biznes-proseslərin idarə olunması, məsələn, “Битрикс24” alətləri;
• “Google Analytics” statistika toplusu və marketinq üçün platforma.
"PaaS" – xidmət platforması – inkişaf etdiricilər üçün uyğun gəlir. Müəyyən həcmdə resurslar – operativ yaddaş, disk anbarı, mərkəzi prosessor satın almaqla – siz buludda kompüter əldə edirsiniz. Burada siz istənilən proqram təminatını qura, sazlaya və əlavə edə bilərsiniz.
Platformalar iri xidmət təminatçıları tərəfindən təmin edilir, bunun sayəsində virtual kompüteriniz tez və sabit işləyəcək. Üstəlik, gələcəkdə lazım ola biləcək resursların həcmini dəqiq müəyyənləşdirmək lazım deyil. Əgər miqyası genişləndirmək zərurəti yaranarsa, bunu buludda asanlıqla yerinə yetirmək mümkündür.
Bir çox provayderlər, yalnız istifadə olunan mənbələr üçün ödədiyiniz tarif planlarını təklif edir: yaddaş, diskdə yer və əməliyyatların sayı.
Bu xidmət növü ən çox orta və böyük biznesə uyğun gəlir: birdən çox virtual server, məsələn, serverlər qrupu yaratmaq üçün və ciddi əlavələri işə salmaqdan ötrü, böyük resurslar lazımdır, hansı ki, buna görə ödəniş etmək lazım gələcək.
Şirkət bütün komponentləri özü qurduğundan, bununla məşğul olacaq mütəxəssislərdən ibarət bir heyət işə götürmək lazımdır. 


Yüklə 39,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin