Mühazirə 3 Coğrafiyanın tədrisi metodikası 2



Yüklə 341,67 Kb.
Pdf görüntüsü
səhifə3/4
tarix02.01.2022
ölçüsü341,67 Kb.
#36953
növüMühazirə
1   2   3   4
ctm 2 muhaz 3 vord (1)

1.Biliyi müstəqil əldə etmək imkanı, fəaliyyətin sərbəstliyi;  

2.Hər şagirdin öz fikrini bildirmək imkanı (həmçinin, zəif, utancaq təbiətli 

uşaqların) yaranır;  


3.Şəxsi keyfiyyətlərin açılmasına kömək edir;  

4.Qarşılıqlı öyrənmə, anlama imkanı: şagirdlər öz bilik və bacarıqları ilə bir-birini 

dəyərləndirir;  

5.Müxtəlif mövqelərdən çıxış etmək bacarığının formalaşması, qoyulan problemin 

hərtərəfli açılmasına imkan yaradır;  

6.Vaxtdan səmərəli istifadə: qısa müddətdə geniş həcmdə məlumatı əldə etməyə 

imkan yaradır;  

7.Şagirdin fərdi xüsusiyyətləri və bacarıqları nəzərə alınır;  

8.Şagirdlərdə özünüidarə qabiliyyətləri formalaşır;  

9.Yeni şəraitə və başqa insanlara uyğunlaşma bacarıqları formalaşır;  

10.Demokratik münasibətlərin aşılanması;  

11. Əks əlaqə və qiymətləndirmə prosesləri daha geniş və dəqiq meyarların 

vasitəsi ilə həyata keçirilə bilər, özünün və başqalarının işinin obyektiv 

qiymətləndirilməsi bacarığı aşılanır;  

12.Yeni bilik mənbələri təlim prosesində istifadə olunur (həmçinin hər şagirdin öz 

bilik və şəxsi təcrübələri).  

13.Bütün iştirakçıların işə cəlb olunması, şagirdlərin fəallıq və təşəbbüskarlığının 

artması;  

14.Təlimdə differensiasiya prinsipini həyata keçirməyə imkan verir;  

15.Şagirdlərdə ünsiyyət qabiliyyətlərinin və sosial keyfiyyətlərin  formalaşdırılması 

(kollektivdə işləmək bacarığı, bir-birinin fikrinə və mövqeyinə hörmət, bir-birini 

fəal dinləmə bacarığı, dialoji nitqə yiyələnmə);  

16.Əməkdaşlıq vərdişlərinin formalaşdırılması: şagirdlər bir-biri və müəllim ilə 

bilavasitə təmasda olur, əməkdaşlıq edə bilir;  

17.Qruplar arasında yaxşı mənada rəqabət motivasiyası yaranır ;  

18.Fikir mübadiləsi aparılması imkanı: qarşılıqlı nəzarət, yardım və məlumat 

mübadiləsi prosesləri baş verir;  

19.Qrup işinin müvəffəqiyyətinin hər kəsdən asılılığı şagirdlərin  məs’uliyyət 

hissini artırır;  


20.Şagirdlərdə öyrənmə fəaliyyətinə həvəs və maraq artır (idrak motivasiyası 

ünsiyyət motivasiyası ilə birləşir və öyrənmə motivasiyasını gücləndirir);  

21.Mövzunun müxtəlif qavrama üsullarına yönəlişlik;  

22.Şagirdin idrak fəaliyyətinin inkişafı.  

Qrup təlim formasının  tətbiq edilməsi  prosesində müəllimin  qarşısında müxtəlif  

vəzifələri (funksiyaları) durur. Onları iki qrupa ayırmaq olar.  

A. Təşkilati məsələlər- yəni qrupların işinin təşkil edilməsində müəllimin vəzifələri 

aşağıdakılardır. Müəllim: 

1.İşin təşkilini dəqiq ölçüb-biçmək: məqsədləri, planı və işin müddətini müəyyən 

etmək; 

2.Qrup işi üçün zəruri materialları (qrup işi üçün tapşırıqlar; iş vərəqləri və s.) 

hazırlamaq; 

3.Qruplara  bölmə üsulunu dərsin məqsədlərinə uyğun olaraq öncədən müəyyən 

etmək; 

4.İştirakçıları qruplara bölmək və yerləşdirmək 

5.Qrup üzvlərinin vəzifələrini düzgün bölmək;  

6.İşin yerinə yetirilməsi üzrə dəqiq təlimat vermək və bunu lövhədə yazmaq; 

7.İşin yerinə yetirilməsi vaxtını müəyyən etmək; 

8.Qrup işinin qaydalarını müəyyən etmək (yada salmaq); 


Yüklə 341,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin