MühaziRƏ 3 Şəxsiyyətin inkişafı, tərbiyəsi və formalaşması


Şəxsiyyətin inkişafı daxili və xarici amillərlə şərtlənir



Yüklə 87 Kb.
səhifə2/7
tarix07.08.2022
ölçüsü87 Kb.
#63039
1   2   3   4   5   6   7
MÜHAZİRƏ 3

Şəxsiyyətin inkişafı daxili və xarici amillərlə şərtlənir:
Daxili amillərə daxildir: genetik, bioloji, fiziki, fizioloji amil­lər. Bu cəhətdən daxili amillər insanın şəxsi fəallığını, şəxsin ma­ra­ğını, insanlarla ünsiyyət və münasibətini də özündə birləşdirir.
Xarici amillərə daxildir: fərdin müəyyən mədəniyyətə, sosi­al-iqtisadi sinfə və ailə mühitinə məxsusluğu. Bu baxımdan xarici amil­lər ictimai mühiti, kollektivi, ictimai qrupları, tərbiyəvi təsir­ləri də özündə birləşdirir.
Beləliklə, şəxsiyyət müasir pedaqogika və psixologiya el­min­də biogenetik, sosiogenetik və psixogenetik elementlərin məc­musu hesab edilir. Şəxsiyyət insan varlığının bir sıra ketfiyyət və və­ziyyətinin təzahürü formasıdır. İnsan ümumi anlayışdır. O bio­loji növün bir kateqoriyasıdır. Fərd bioloji varlığın insan növüdür. Şəx­siyyət isə insanı digər bioloji canlılardan fərqləndirən sosial varlıqdır. Şəxsiyyətin sosial mahiyyətini insanın tərbiyə aldığı və işti­rak etdiyi ictimai quruluş, mədəniyyət müəyyənləşdirir. Müasir peda­qogika və psixologiyada şəxsiyyət anlayışına birmənalı yanaşmamışlar.
Tədqiqatçıların əksəriyyəti hesab edir ki, həyatı boyu forma­la­şan, özünəməxsus fərdi xüsusiyyətləri, müəyyən təfəkkürü, davranış tərzi, hissləri, ictimai münasibət və ünsiyyəti olan insan şəxsiyyət adlanır (Şəxsiyyət haqqında başqa tərif və fikirlər də vardır).
Şəxsiyyətin aşağıdakı əlamətləri vardır:
1) Şəxsiyyət şüura malik olmalıdır.
2) Şəxsiyyət nitqə malik olmalıdır.
3) Şəxsiyyət ictimai-tarixi təcrübəni mənimsəyə bilməlidir.
4) Şəxsiyyət ictimai-tarixi təcrübəni başqalarına ötürə bilməlidir.
5) Şəxsiyyət əmək alətlərindən istifadə etməyi bacarmalıdır.
6) Şəxsiyət əməyi və əmək alətlərini qoruya bilməlidir.
7) Şəxsiyyət ətraf aləmi yaxşılaşdırmaq haqqında düşünməli və fəaliyyət göstərməlidir.
Şəxsiyyət problemi, onun müxtəlif yönlərdən öyrənilməsi hələ antik filosofların marağına səbəb olmuş və Sokrat, Pla­ton, Aristotel şəxsiyyətin inkişafı və formalaşması haqqında dəyərli fikirlər söyləmişlər.
Şəxsiyyət problemi, onun inkişafı, tərbiyəsi və qarşılıqlı əla­qə­ləri Şərq fəlsəfəsinin, pedaqoji, psixoloji fikrinin də həmişə hə­dəfi olmuş, bu istiqamətdə Nizami Gəncəvinin, Füzulinin, Nəsi­mi­nin, Nəsirəddin Tusinin, habelə Sədi Şirazinin, İmam Qəzzalinin, Cəlaləddin Ruminin və başqalarının dəyərli fikirləri, şəxsiyyətin tərbiyəsinə dair qiymətli öyüd nəsihətləri məlumdur.
Şəxsiyyətin inkişafı, tərbiyəsi, yaş xüsusiyyətləri və onun dövrləri Azərbaycan xalq pedaqoji fikrində də özünə möhkəm yer tutmuş, bu barədə xalqın düşüncə və fikirləri, mülahizələri bütün dövrlərdə yüksək dəyər və qiymətə malik olmuşdur.
Pedаqоgikа şəxsiyyəti tərbiyənin оbyekti, fəаliyyəti isə sub­yekti bаxımındаn öyrənir, şəxsiyyətin inkişаfındа tərbiyənin möv­qe­yini, onların qarşılıqlı əlaqələrini meydаnа çıxаrır.
Bütün bunlarla bərabər şəxsiyyət probleminə müxtəlif cəhət­lərdən və mövqelərdən yanaşılmış, xeyli ciddi əsərlər yazılmış və ardıcıl olaraq da bu sahə tədqiq edilməkdədir.
Şəxsiyyət dedikdə, şüurlu fəaliyyət göstərən, sosial münasi­bət­lərdə iştirak edən, yaxşı əməllər sahibi olan, ətrаf aləmi yax­şı­laş­dıran və ya bu barədə düşünən xeyirxah, humanist insan nəzərdə tutulur.
Pedаqоgikа və psixоlоgiyа elmində şəxsiyyətin inkişаfı və tərbiyəsi ilə bаğlı üç əsаs konsepsiya vardır ki, onları aşağıdakı istiqаmətlərdə qruplaşdırmaq olar:

Yüklə 87 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin