Mühazirə 30 saat, laboratoriya məşğələsi 45 saat В. М. Чупахин «Основы ландшафтоведения». Москва, 1987



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə3/24
tarix24.02.2022
ölçüsü0,8 Mb.
#53032
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   24
Landsaftsunasliq

§ 2. LANDŞAFT VƏ ONUN STRUKTURU 

 

P L A N  

 

1. «Landşaft» anlayışı 

2. Landşaftın  öyrənilməsi cəhətləri 

3. Landşaft -tipoloci komplekslər 

4. Fasiya, uroçişe 

 

Landşaftşünaslığın  əsas  anlayışı  olan  «Landşaft»  termini  alman  sözü  olub 



«yerin  görnüşü»  mənasını  verir.  Landşaft-genetik  bircinsli  təbiət  ərazi 

kompleksidir  ki,  relyefin  nisbi  eyniliyi  ilə  xarakterizə  olunur.  Yer  səthində 

landşaftın 

müxtəlifliyini 

onun 

daxili 


quruluşunu 

və 


inkişafının 

qanunauyğunluqlarını öyrənin elm sahəsi ümumi landşaftşünaslıq adlanır. Coğrafi 

landşaftı  3 yerə bölürlər: ümumi,  regional və tipoloji. 

Landşaft  -yer  səthinin  real  mövcud  hissələridir,  bir-birindən  keyfiyyətcə 

fərqlənən  sərbəst  təbiət  törəmələridir.  Landşaftlar  komponentlərdən  və  onlar 

arasındakı 

qarşılıqlı 

əlaqələrdən 

ibarət 

olur. 


Konkret 

landşaftın 

formalaşdırılmasında iştirak edən geoloji qurluşu, relyef, iqlim, torpaq, su və digər 

komponentlər  landaşftyaratma    faktorları  hesab  edilir  və  müxtəlif  tip  sistemləri 

təmsil  edirlər.  Hər bir  landşaftın  özünün  fərdi daxili strukturu və xarici  görkəmi, 

yer  səthində  konkret  yeri  və  sərhədləri,  məkan  və  zaman  daxilində  inkişafı 

mövcuddur. 

Müəyyən  təbbi-ərazi  komplekslər  kimi  landşaftı  fərdi  və  tipoloji  cəhətən 

öyrənirlər. Tipoloji mənada lanşaft-müəyyən xarakterli nisbi eynicinsli ərazi və ya 

məhəll başa düşülür.  Məsələn səhra tipli lanşaft və onun alt  tipləri (qumluq, gilli, 

daşlı və s). Landşaftı  yayılma sərhədlərindən asılı olmayaraq onun quruluşuna  və 

xassələrinə görə tipoloji mənada başa düşürlər, öyrənirlər və təsnifatlandırırlar.  

Hər  bir  landşaft  məkan  və  zaman  kəsiyində  dəyişən  qurluşa  (struktura) 

malikdir.  Bu  dəyişmələr  dövrü,  tsiklik  və  ritmik  ola  bilər.  Dövru  dəyişliklərə  iri 

çay  məcralarının  eyni  bir  zamanda  su  basması  misal  ola  bilər.  Tsiklik  dəyişiklər 

downloaded from KitabYurdu.org




landşaftın    indentik  vəziyyətində  istənilən  vaxtdan  bir  qayıtması  ilə  xarakterizə 

edilir.  Məsələn,  bitki  qatının  yenidən  yaranması  və  ya  dəyişilməsi.  Ritmik 

dəyişliklər əsasən komponentlərin keyfiyyətcə şəkil dəyişmələridir (sel, uçqun, su 

ezoziyası,  zəlzələ)  ki,  böyük  ərazilərdə  landşaftın  görkəminin  dəyişməsinə  səbəb 

olur. 

Landşaftlar  əsasən  özünütənzimləyən  sistemlərdəndir  və  stabilliyə 



istiqamətləniblər. Buna landşaftda düz və əks əlaqələrin olması imkan yaradır.  

Landşaft  bir  vəziyyətdən  digərinə  keçməsi  vaxtı  çoxsaylı  faktorlardan  və 

səbəblərdən  asılıdır.  Bunlara  landşaft  kompleksinin  öz  kütləsini  və  enercisini 

saxlamaq  xüsusiyyəti,  müxtəlif  təsirə  davamlılıq  dərəcəsi,  baş  verən  proseslərin 

miqyası və s. aitdir. 

Landşaft -tipoloji komplekslər stabilliyə (dinamikliyə) görə 3 yerə bölünür: 

dayanıqlı,  nisbi  dayanaqlı  və  suksession.  Suksession  şəkildəyişmələr  əsasən 

antropogen  təsrndən  əmələ  gəlir,  landşaft  öz  daxili  və  xarici  strukturunu  tez 

dəyişir.  Qeyd  edək  ki,  torpaqlardan  istifadə  etməklə təsərrüfat      funksiyalarından 

başqa, landşaft həm də həyat funksiyasını-insanın yaşadığı mühit rolunu oynayır. 

Landşaftın  morfoloji  cəhətdən  öyrənilməsi  -  onan  daxili  ərazi  bölgüsünün 

qanunauyğunluqlanın,  qarşılıqlı  əlaqəsinin  və  morfoloji  hissələrinin  qarşılıqlı 

yerləşməsini təyin etməkdir. Landşaftın ən aşağı morfoloci vahidi fasiya  adlanır.  

Fasiya  -elə  təbiət-ərazi  kompleksidir  ki,  orada  səthi  suxurların  biologiyası, 

relyetin  xarakteri  və  nəmlənməsi,  mikroiqlim,  torpaq  fərqləri  və  biosenoz  eyni 

qalır. Fasiya əsasən  relyefin və ya onun hissəsinin mikroformasında yerləşməklə 

özünün əsas xassəsini-kompleksliliyini saxlayır. 

Fasiyaya  bitki  örtüyü  tamamilə  olmayan  dərə  yamacı,  çay  məcrasının  az 

dərinlikli  çökək  yerləri,  yuxarı  bataqlaqların  kiçik  sahələri  və  s.  misal  ola  bilər. 

İlkin  təbii  fasiyalarla  törəmə  (dəyişilmiş)  antropogen  fasiyalaları  fərqləndirmək 

lazımdır. (zəmi, meşə talası, meyvə bağı və s). 

Fasiyaların  miqdarı həddən artıq çox olduğu üçün onları təsnifatlandırırlar, 

yəni qruplara bölürlər. 

downloaded from KitabYurdu.org




İki  və  daha  çox  fasiyalar  birləşərək  nisbətən  mürəkkəb  təbiət-ərazi 

kompleksi-uroçişa  əmələ  gətirir.  Buna  misal  olaraq  düzənlik  ərazilərdəki  çay 

terraslarını, məcraları, moren təpəciklərini göstərmək  olar. Dağlarda bunlara dağ 

silsiləsinin  müxtəlif ekspozisiyalı yamac sahələri, dərin dərələrin dibləri, suayrıcı 

səthlər, gəzdəklər və s. misal ola bilər. Əsas (dominat) və tabeli uroçişalar olur.  

Əsas  uroçişa  landşaftda  geniş  yayılıbdır  və  onun  bütün  morfoloci 

strukturunun əsasını təşkil edir.  Tabeli tip isə az rast gəlinir və az sahələri  əhatə 

edir, bununla yanaşı müəyyən landşafta xarakterik  cizgilər verirlər. Bunlar əsasən 

relyeftin mənfi formalarıdır (eroziya sahələri, karst əraziləri və s).  

  

Təsənifatı çox mürəkkəbdir və onların zonal və vilayət xüsusiyyətləri nəzərə 



alanmalıdır.  Eyni  bir  landşafta  müxtəlif  tip  uroçişa  ola  bilər.  Uroçişanın 

öyrənilməsinin,  təsnifatının  və  xəritəyə  alanmasının  ərazinin  elmi  əsaslandırılmış 

kənd  təsərrüfatı  təşkilinin  hazırlanmasında  böyük  əhəmiyyəti  vardır.  Təbii 

landşaftın daxili müxtəlifliyini bilməklə aqrotexniki və təbiəti qoruma tədbirlərinin 

sisteminin  işlənməsinə  imkan  yaradılır  ki,  bu  da  landşaftda  gedən  biofiziki  və 

geokimyəvi  prossesləri  tənzimləməyə  kömək  edir,  torpaq  ehtiyatlarının  təbi 

potensialını  yüksək  səviyyədə  saxlayır.  Fasiya  və  uroçişa    ən  aşağı  təbiət  -ərazi 

kompleksi olmaqla konkret torpaq sahəsinin təbii xassələrini hərtərəfli xarakterizə 

edir. 

 

 



 

 

 



 

 

 



 

 


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin