Azər dilində Sumer dilində
Duru dú-ru «saf», «qatışıqsız»
um-(maq), ümid ù-ma «arzu», «istək»
yal (alovlanmaq) zal- «alovlanmaq»
yalın (alov) zalag «alov»
isi-t(mə), isti izi «od», «atəş»
Belə sumer-türk paralelləri içində hətta omonim cərgə təşkil edən sözlərin olması da bu dillər arasında yaxın əlaqə olduğunu göstərir:
uş «uzun» - «az getdi uz getdi», uzun/uzaq, uzatmaq
uş «izləmək» - uzlaĢmaq (uz-laĢma)
uş «uşaq» - uĢaq (uĢ-aq)
úr «özək» - orta (or-ta)
ur «biçmək, məhsul yığmaq» - oraq (or-aq), uralanmaq
ur//ur «artım», «kürü vermə», «qohumluq» - ur-va, ur-uq, uruq-turuq
Türk dilləri, özəlliklə, azər türkcəsi söz dağarcığının ağzını müxtəlif nitq hissələri üzrə alınma sözlərə açıq saxlasa da, feillər üçün bu yol həmişə qapalı olmuşdur. Bu baxımdan, dilimizdəki bəzi feillərin sumer dilində işlənməsi diqqəti çəkir.
Azər türkcəsi Sumercə Anlamı
Burax- bur- «azad etmək»
Bağla- pag- bağlamaq, «hasara almaq»
ver- (ber-) ba- vermək
dur- dúrun // dúrun durmaq, «rahatlanmaq»
düş-(tüş-ərgə) túš- oturmaq, «düşüb-qalmaq»
de- di- demək
dol- (do-l) du dolmaq
tök- dug- tökmək
eş - eš- eşmək
qaç kaš- qaçmaq, (türkcə: koş-)
qal qal qalmaq, «yerləşmək»
qıl (kı-l) ki qılmaq, «etmək»
qoy- (ko-y) ku- qoymaq
qoru kur qorumaq
yaz sar// /šar yazmaq
çaq (çax-maq) saq çaxmaq
çap šap çapmaq, vurmaq
tax tax taxmaq
dəy - (dəgənək) tag// te(ga)- dəymək, toxunmaq
yar- dar-//tar yarmaq
yap tab yapmaq, örtmək
get gid getmək
it ite itmək
Bu feillərdə özünü göstərən r~z, ş~l, g~Ø, d/t~c~y, z(s)/ş~y dialekt fərqləri digər nitq hissələrində də (isim, sifət, say) türk-sumer paralelləri üzrə özünü göstərir:
poz(uq) - bur; biĢ (mək) «yandırmaq» - bil; altı - ašša, alañ (açıq düzənlik) - aša(g); ig (xəstəlik) - gig; cırıq (yırtıq) - dirig; yumru (yumuru) - dubur; yarım (yarı) - šurim; çağa (uĢaq) - sag; çibin (milçək) - zibin və s.
Əlbəttə, bu qədim dialekt fərqləri sumer-türk əlaqələrində bir neçə türk dialektilə təmas olduğunu göstərir. Sumer dilində protodəclə deyilən dil qatının subarlara, sonrakı paralellərin isə lulu, qut, turuk boylarına aid olduğunu düşünmək olar. Özəlliklə, sumer dilində qut sözləri daha dərin iz buraxmalı idi, çünki bir əsr boyu qutlara tabe olan sumerlər türk boyu olan qutlarla əlaqənin intensiv dövrünü yaşamışlar.
Sumer dilində türk dilləri ilə tipoloji oxşarlıqlar da vardır. Belə ki, ikihecalı sumer sözlərində sinharmonizm qanunu güclüdür, belə sözlərdə eyni sait işlənir: qaba «sinə», uru «şəhər», eger «arxa». Sumer dilində söz kökü dəyişmir, iltisaqi dillərdə olduğu kimi, şəkilçilər sözün sonuna
dalbadal qoşula bilir. Lakin türk dillərindən fərqli olaraq, sumer dilində prefikslər (önqoşma) vardır və söz sırası eme-bal (dil-manc) tipli deyimlər istisna olmaqla, yuxarıda verilən nümunələdə olduğu kimi türkcədən fərqlənir; təyin edən təyin olunandan öncə deyil (qara-baş), sonra işlənir (baş-qara). Sumer-türk paralelləri Türk Dövlətçiliyi tarixi baxımından gərəkli bilgilər verir. Belə ki, m.ö. IV-III minilliyə aid sosial-siyasi qurumları ehtiva edən terminlərlə yanaşı, bunların sırasında coğrafi durumla, əkinçi, heyvandar, dəmirçi, dulusçu sənətlərilə ilgili sözlər və məişətdə işlənən alət adları aydın göstərir ki, sumer-türk əlaqələri təkcə iki qonşu xalq arasında ticarət əlaqəsi yox, həm də çox yaxın, sıx təması əks etdirir. Bu səpkidə olan bəzi sözləri gözdən keçirək:
Coğrafi durumla (landşaftla) bağlı bəzi azər-sumer paralellərində müəyyən dəyişmələr olsa da (əslində olmalıdır), onları asanlıqla seçmək olur. Belə ki, qır (kır, bozqır) sözü sumercə kiri sözündə, «torpaq» anlamında quru (kuru) sumercə kur sözündə, qum sumercə «xırdalamaq», «çınqıl» anlamlı qum sözündə və yaxa (yan) sumercə «kənar» anlamlı zag sözündə görünür. Bəzi astroloji terminlərdə də yaxınlıq vardır: Günəş tanrısı dUTU - od/ot, Çoban ulduzu Şulpae - Çolpan.
Bəzi türk dillərində qalan ordu (qarnizon, düşərgə) və uram (küçə, şəhər) sözlərinin or//ur kökü sumer dilində «şəhər» anlamındakı uru sözündə görünür. Azər dilindəki ev sözü sumer dilində E şəklində və qapı sözü də KA şəklində yazılır. Azər dilində oba şəklini almış sözə sumer dilində «yaşayış yeri», «sahə, məntəqə» anlamında işlənən ub sözündə rast gəlirik. Qədim türk dilində «qəbilə», «uruq» (ur-oq) anlamında olmuş *oq sözünə uyğun sumer dilində «insanlar», «xalq» anlamında ÙG, UKÙ sözü
işlənmişdir. Həmin oq kökü azər dilində oğul, oğlan sözlərində olduğu kimi, sumer dilində də ugú sözü «doğmaq», «evlad, uşaq» anlamında işlənir. Türk dillərində urva, uruq (uruq-turuq) sözlərinin kökü sumer dilində «qohumluq», «artım», «kürü vermə» anlamları olan ur6 , ur7 sözlərində və «icma», «şəhər» anlamlı uru sözündə, torun (nəvə), törəmə sözlərinin kökü isə sumercə «balaca» anlamlı tur sözündə əks olunmuşdur.
Diqqəti çəkən sosial terminlərdən biri də akad dilində kallatu kimi oxunan və sumer yazısında É.G.İ.A (evə gələn?) şəklində verilən «gəlin» sözüdür. Dul qadın anlamı NU.MU.SU (akadca almattu) işarələrilə verilir, İ. M. Dyakonov Dulatum adlı qadını «dul qadın» sayır.298 Titul bildirən sözlər sırasında türkcənin damğaçı, ərən, şad, bilgə sözlərinə uyğun sumer dilində DAM.GÁR (akadca tamkāru), ERĠM.HÁ «ordu», erin «əskər», şatam «nəzarətçi», bilqa «görücü», «bilən» sözləri vardır. Dövlətçiliklə bağlı bəzi türk sözlərinin etimologiyası onun sumer paraleli ilə daha asan açılır. Belə ki, bayraq (dialekt vapiantı baydaq) sözü sumer dilində badara (ba-da-ra) şəklində işləndiyindən onu *bat-ır-aq «sancaq», «bayraq» şəklində bərpa etmək olur. Yaxud C. G. Gastoninin dediyi kimi, «vəzir» anlamlı titul bildirən SUKAL (akadca sukallu) sözünün kökündə sumercənin su «saqqal» sözü varsa, onda türk dillərində işlənən saqqal sözünü sumercədən alınma saymaq olar.299 Bu halda, qədim ağsaqqallar şurası qurumu öncə başqa terminlə, olsun ki, KDQ-da olduğu kimi, qoca sözü ilə verilmişdir.
Sumer yazısında «tarla», «əkinə hazır yer» A.GAR (akadca ugaru) və GAN (akadca eglu), «əkinçi» sözü isə ENGAR (akadca ikkaru) şəklində verilir ki, bunu azər dilində ək- feilindən düzəlmiş əkər sözü ilə müqayisə etmək olur.301 Maraqlıdır ki, sumer yazısında «işlənməmiş torpaq», yəni əkinə hazır olmayan qanqallıq KANKAL şəklində yazılır.302 Sumer dilində «biçmək, məhsul yığmaq» anlamında olan ur4 sözü azər dilindəki oraq (or-aq), uralanmaq, urvalıq sözlərində görünür. Əvvəllər
taxıl, buğda anlamında işlənən aş sözünün «xörək», «plov» mənası aşxana, aşa- («ye-») sözlərində qalmışdır. Sumer dilində isə aş sözü taxıl tanrısı dAşnan adında və başçıya məxsus tarla anlamında aşaq-en sözlərində görünür.
Heyvanlarlıqla bağlı sumer dilində diqqəti çəkən «buğa», «öküz» anlamlı gud sözü q~ Ø dialekt fərqi ilə türk dillərində eyni mənalı ud sözündə qalmışdır. Azər dilindəki sürü və çoban sözlərinə sumercədə eyni anlamlarda işlənən şurum və siba//sipad deyimlərində rast gəlmək olur. Sumer dilində «quş» anlamında mušen ilə yanaşı, ušan sözü və «yuva» anlamında ušub (quş evi) sözü vardır.303 Burada hər iki dil üçün ortaq olan uç(maq), quş və eb sözləri vardır. Sumer çağında müxtəlif sənətlərlə ilgili sumer-türk paralelləri sırasında tikinti və hörgü ilə bağla urgu - hörgü (ör-gü), toxuculuqda işlənən tuku - toku-(toxumaq), metal və dəmirçiliklə bağlı tibira - dəmir (temir), agar - ağır «metal» (ağır metal, qurğuşun) sözləri vardır. İraqda çağdaş Bakır-təpə (Tel-əs-Sıfr) şəhəri də sumer çağında Bad-Tibiraki adlanırdı. Məişətdə işlənən sözlərin bir dildən başqasına keçməsi iki xalqın yaxın əlaqəsini göstərir: azgu - asqu (asqı); àştar «qıfıl» - açar; bár «qab», «səhəng» - bardaq (parç Vedi ləhcəsində), adakur - ayaq (adak, qədəh), kabkagak - qabqacaq (kab-*kadak) və s. Sumer dilində bal sözünün «qazmaq» və «balta» anlamı vardır ki, bu da azərcə bel və balta (bal-ta) sözlərinin ilkin anlamına işıq tutur. Bu dillər arasında ölçü anlamı, ölçü vahidi kimi işlənən sözlər arasında da yaxınlıq vardır. Belə ki, azər dilində siləbəsilə (silə-bə-silə) deyimi sumer dilində sila (300 litr) sözündə, dilim-dilim, bir-iki dilim deyimi isə sumer dilində dili və dili-dili (bir-bir, birər) sözündə görünür. Məsələn, sumer dilində lú-dili-dili deyimi «dilim-dilim (birər) ayrılmış adamlar» mənasında
işlənir. Maraqlıdır ki, şeir (şe‘r) sözü dilimizə ərəb dilindən keçmişdir və bu fakt şübhə doğurmur. Lakin sumer-türk paralelləri sırasında «türkü», «qoşma» anlamında şir - yır sözləri göstərir ki, söz sənəti ilə bağlı sumer dilindəki şir sözü sami dillərə keçmiş, sonralar biz öz bumeranq yır sözümüzü
yenidən ərəblərdən şe‘r kimi almışıq. Sumer-türk əlaqələri baxımından, Xəzər dənizinin quzey yaxasında sonralar su altında qalmış Sumer-kənd yaşayış məskəninin adı da diqqəti çəkir. Akad.V.V. Struve III minilin ortalarına aid (Subar çağı) Laqaşda qul və qulluqçuların adını əks etdirən siyahı tərtib etmişdir. Burada sadalanan Şubur-Ana, Şubur-Baba, Şubur-Tur kimi adlarla yanaşı, türk adlarına çox oxşayan xeyli başqa adlar da vardır.
Beləliklə, sumer-türk paralelləri aydın göstərir ki, İkiçayarasına gələn sumerlər burada müxtəlif çağlarda, müxtəlif dialektli türk boyları ilə təmasda olmuşlar. Öncə İkiçayarası ərazidə subar, kəngər, sonra isə lulu, qut boyları ilə təmasda olan sumerlərin Güney Azərbaycandakı Aratta ölkəsi ilə ticarət və diplomatik əlaqələri də sumer-türk paralellərinin yaranmasında rol oynamışdır. Aratta çağında özünü göstərən bu əlaqə daha çox ticarətlə bağlı olsa da, sumerlər dara düşən kimi yardımı Arattadan
umurdular. Qut eli çağında da davam edən bu gələnək bir sıra tarixçilər tərəfindən düzgün dərk olunmamış, Sumerlə-Qut münasibətlərini yalnız «düşmənçilik» kimi vermişlər. Qədim tarix uzmanı M. Mirzəyev düzgün olaraq, belə yanaĢmanı tənqid edir
Dostları ilə paylaş: |