Mühazirə-5 İşgüzar ünsiyyətin etikası və psixologiyası Plan


İşgüzar ünsiyyətdə nitq etiket qaydaları. Etiket



Yüklə 33,17 Kb.
səhifə6/14
tarix10.05.2022
ölçüsü33,17 Kb.
#57210
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   14
m5-1

İşgüzar ünsiyyətdə nitq etiket qaydaları. Etiket fransız mənşəli sözdür və davranış manerası, qaydası deməkdir. Tarixçilər belə hesab edirlər ki, onun yaranması kral XIV Lüdoviqin saray qəbullarında qonaqlara verilən kartlarla bağlıdır. Onların üzərində davranış qaydaları yazılmışdır. Kartın adından – etiketka sözündən də etiket sözü yaranmışdır. Etiket dedikdə rəsmi və qeyri-rəsmi şəxslərin davranış qaydaları başa düşülür. Yəni etiket davranış qaydalarının məcmusudur. Bu məcmuya cəmiyyətdə qəbul edilmiş ədəb və nəzakət normaları daxildir. Etiket özündə davranış mədəniyyətini, məişət və qonaqların qəbulunu, özünü cəmiyyətdə və masa arxasında aparmaq bacarığını, ünsiyyəti qurmaq və davam etdirmək məharətini, fikirlərini savadlı və aydın ifadəetməni, mədəniyyət və xarici səliqəliyi ehtiva edir. Mənəviyyat normaları insanlar arasında həm ictimai, həm ailə həyatında qarşılıqlı münasibətlərin uzunmüddətli təşəkkülü nəticəsind\ formalaşır. Bu normalara riayət edilmədən siyasi, iqtisadi, mədəni və ailə münasibətləri qeyri-mümkündür. Ona görə ki, insanlar bir-birini hesaba almadan, öz üzərinə müəyyən məhdudiyyətlər qoymadan mövcud ola bilməzlər.

Etiket, demək olar ki, qədimdən bu günə qədər mövcud olmuş bütün xalqların adət-ənənələrindən bəhrələnərək formalaşıb. Bu qaydalara əsasən ümumi xarakter daşısalar da, hər ölkənin xalqları etiketə öz düzəlişləri və əlavələrini daxil edirlər. Belə ki, Qədim Romadan bizə qonaqpərvərlik və duz-çörək adəti gəlib. Skandinav xalqları ilk olaraq masa arxasında ən hörmətli yerləri qonaqlara verməyə vərdiş ediblər. Qafqaz xalqları ta qədimdən yaşca böyük olanlara və qadına hörmətlə yanaşırlar. Hətta qadının döyüşü dayandırmaq üçün örpəyini yerə atması kifayət edir.

Etiketin müxtəlif növləri var: diplomatik etiket, ordu etiketi, ümumvətəndaş etiketi, nitq etiketi və s.

Tədqiqatçılar etiketin dörd əsas bölməsini qeyd edirlər: 1) nitq, yaxud verbal etiket; 2) mimika və jestlər; 3) etiketdə məkanın təşkili (yaxud etiket prosemikası); 4) etiket atributları (yaxud etiketdə əşyalar aləmi).




  1. Yüklə 33,17 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin