MühaziRƏ 7 : HÜquqi ŞÜur və ŞƏXSİYYƏTİn hüquqi sosiallaşmasi


II. Hüquqi şüur, onun səviyyələri və tərəfləri



Yüklə 143,5 Kb.
səhifə2/2
tarix08.12.2022
ölçüsü143,5 Kb.
#73051
1   2
Mühazirə 7. Hüquqi şüur və şəxsiyyətin hüquqi sosiallaşması

II. Hüquqi şüur, onun səviyyələri və tərəfləri
Hüquqi şüur-qanunun reallaşmasının psixoloji əsasıdır. Hüquq normaları konkret cəmiyyətin qanunlar qorunan əsas dəyərləri ilə sıx bağlıdır.
Hüquqi şüur-insanların, sosial qrupların qanuna, hüquqi və hüquqazidd olana münasibətlərini ifadə edən baxışların məcmusundan ibarətdir.
Hüquqi şüur ictimai və fərdi hüquqi şüura bölünür:
1.İctimai hüquqi şüur-cəmiyyətdə hüquq normaları haqqda hakim olan təsəvvürlərin məcmusudur.
2.Fərdi hüquqi şüur-şəxsiyyətin daxil olduğu kiçik sosial qrupun hüquqi şüuru ilə müəyyən olunur.
Cəmiyyət sosial və hüquq normalarının köməyilə öz üzvlərinə bu vəya digər davranış normalarını çatdırır, bu barədə nümunələr göstərir, cəmiyyət üçün faydalı olan davranış normalarını yayır.
Hüquqi şüurun 2 səviyyəsi var:
Elementar səviyyə-hüquq normaları haqda təsəvvürlərin hüquqi davranışla üst-üstə düşməsində ifadə olunur
Ali səviyyə-qanunun, hüquq normalarının sosial baxımdan əhəmiyyətli olmasının dərki ilə bağlıdır.
Hüquqi şüurda 3 tərəfi fərqləndirirlər:
1.İdraki tərəf-fərdin şüurunda hüquqi dəyərlərin adekvat inkişası ilə bağlıdır. Bu tərəf hüquqi biliklərin məcmusundan ibarətdir.
2.Qiymətləndirici tərəf-insanın hüquq normalarına şəxsi münasibətində ifadə olunur.
3.Tənzimetmə tərəfi- fərdin öz davranışında hüquq normalarını rəhbər tutmasında ifadə olunur. Bu tərəf hüquq əhəmiyyətli əməllərə nəzarət edilməsi və onun nəticələrinin qiymətləndirilməsi ilə bağlıdır. Tənzimetmə tərəfi – hüquqi şüurun hüquqi davranışda, hüquqi əməllərdə təzahrüdür.
Ümumiyyətlə hüquq düşüncəsinin pozitiv yönümdə formalaşmasında uğurlu sosializasiya əhəmiyyətli rol oynayır.
Bir qayda olaraq cinayət törətmiş şəxslərin hüquqi şüuru hüquq normalarına zidd olur, cəmiyyətdəki hüquqi şüurla üst-üstə düşmür. Cinayətkar kokret hüquq normalarından imtina edir.


III.Hüquqi sosiallaşmanın qüsurları

Məlum olduğu kimi hüquqi sosiallaşmanın əsas mənbələri ailə, məktəb və yaşıdlar qrupudur. Elə bu səbəbdən də hüquqi sosiallaşmanın qüsurları da ilk növbədə həmin sahələrdə özünü göstərir.


Ailədə hüquqi sosiallaşmanın qüsurları sosial baxımdan ən təhlükəlisidir. Məlum olduğu kimi, valideynlərin davranışı uşaqlar üçün etalondur. Lakin bir çox hallarda ailədə valideynin yanlış davranışı uşağın qüsurlu sosiallaşmasına aparır. Bu aşağıdakı hallarda baş verir:
-valideynlər sözdə və işdə antisosial davranış nümayiş etdirir. Belə halda asosial davranış normaların bilavasitə mənimsənilməsi baş verir.
-dildə ümumi qəbul edilmiş normalara əsaslanılır, işdə isə əksi edilir. Belə halda isə uşaqda 2 üzlülük yalançılıq yaranır.
-valideyn işdə və sözdə hüquq normalarına əsasən davranır. Amma uşağın emosional tələbatını ödəmir. Belə emosional əlaqələrin olmaması normal sosiallaşma prosesini çətinləşdirir.
-valideyn düzgün olmayan tərbiyə üsullarına(sistematik, davamlı fiziki cəzaya) əl atır.
Hüquqi sosiallaşmada dərin qüsurlar müşahidə edilən ailələr uğursuz ailələr adlanır. Onlar belə təsnif edilir:
-kriminogen ailə
-əxlaqsız ailə (alkoqolik əxlaqsız həyat tərzi cinsi deviasiyalar)
-daimi konfliktli mühitlə səciyyələnən problemləi ailə
-Natamam ailə
-çox uğurlu görünən əslində isə daimi fiziki tərbiyə üsullarında istifadə edilən ailələr.
Kriminogen ailə üçün onun üzvlərinin cinayət törətməsi səciyyəvidir. Kriminoloqlara görə ailə üzvlərindən birinin məhkumluğu (ata və ya qardaş) digər ailə üzvlərinin cinayət törətmək ehtimalını 4-5 dəfə artırır. Belə ailələrdə ailə üzvlərinin cinayi davranışı uşaqlara asosial davranış nümunələri nümayiş etdirir.
Əxlaqsız sərxoş ailələr-belə ailələrdə uşaqların lazımi intellektual emosional inkişafı baş vermir, onlarda psixopatik xarakter əlamətləri formalaşır. Uşaqlar döyülür evdən qovulur və ya qaçırlar. Məktəbə hazırlıqsız gəlirlər. Təlimdə geri qalır, sinifdə neqativ mövqe qazanır. Tədricən sinifdən təcrid olunurlar. Nə ailədə nə, məktəbdə nə də sinif yoldaşlarından dəstək almayan uşaqlar yeni yoldaşlarını kənarda -küçə kompaniyalarında axtarır.
Problemli ailə-belə ailələrdə valideynlər ailədə aparıcı mövqe uğrunda rəqabət aparır. Ailə üzvləri arasında birlik, həmrəylik yoxdur, valideynlərlə uşaqlar arasında təcridlik var. Ailədə gərginlik yaranır. Uşaqlar belə vəziyyətə dözə bilmir. Bacardıqları qədər evdən uzaqlaşmağa çalışır. Hər bəhanə ilə küçəyə can atır. Belə ailələrdə də II tip ailədə olduğu kimi uşaq üzərində sosial nəzarət zəifləyir və valideynlə uşaq arasında emosional əlaqə olmur. Bu halda da küçə kompaniyalarına meyl yarana bilir.
Natamam ailə- uşaqlar belə ailələrdə emosional diskomfort yaşayırlar. Xüsusilə Atasız böyüyən oğlanlar. Ata oğlan üçün ilk nöbədə təqlid üçün, kişilik etalonunu mənimsəmək üçün nümunədir. Məhz atadan kişilik cəsarət qadınlara hörməti öyrənir. Atasız ailələrdə oğlanların feminizasiyası problemi yaranır. Onlar bundan çox qorxur və nümayişkarcasına maskulanlığa can atır. Aqresiyaya kobudluğa meyl edirlər.
Boşanmış ailələrdə də sosial nəzarət zəifləyir.
Psevdouğurlu Ailələr- despotik xarakterlidir. Valideynlərdən biri tam dominantdır digər ailə üzvləri onara tam tabedir. Tərbiyə metodu kimi fiziki cəza tətbiq edilir.
Onun neqativ nəticələri isə aşağıdakılardır:
-uşağı davamlı olaraq cəzalandıran döyən valideyn onun üçün antiideala çevrilir. Nəticədə uşaq ona heç vaxt hörmət etməyəcək. Onudan nümunə götürməyəcək. Bunun nəticəsində uşaqda ideal mənin formalaşması ləngiyir.
-çox vaxt fiziki cəza uşaqda frustrasiya vəziyyəti yaradır. Toplanmış inciklik və qəzəb əl altında olan obyektə yönəlir çox vaxt da yaşıdlarına. Nəticədə uşaq bütün frustrasiya yaradan situasiyada aqressiv davranış nümayiş etdirir və bu cür davranış inkişaf edir.
-fiziki cəza uşağın özünüqiymətləndirməsini zədələyir, neqativizm yaradır.
Məktəbdə sosiallaşmanın qüsurları- ailədə əsası qoyulan qüsurlu sosiallaşmanın düzəldilməsi məktəb üzərinə düşür. Lakin təəssüf ki, bunun üçün heç bir cəhd edilmir.
Ailə tərbiyəsi neqativ olan uşaqların şagird sosial rolu zəif təzahür edir. Onlar çətin uşaq statusu qazanırlar. Müəllifmlərin isə onlara münasibəti mənfidir. Müəllimlər bu uşaqları damğalayırlar. Bütün bunlar isə uşaqların müəllim və sinif yoldaşları ilə konfliktli münasibətini dərinləşdirir və onları təcridləşdirir. Sinifdə sosial status qazanmaq, ünsiyyət tələbatı ödənilmir. Bununla yanaşı təhsildə və intizamda uğur­suz­luq müşahidə olunur. Bütün bunlar neqativzimlə aqressivliklə konfliktlikliklə spirtli içki və narkotik maddələrə meyllə kompensasiya olunur. Tədricən siniflə əlaqələr itirilir. Məktəbə neqativ münasibət yaranır. Uşaq dəstəyi küçə kompaniya­ların­da axtarır. Boş vaxtlarını orada keçirir.
Uşaqların sosiallaşmasına yaşıdlar qrupu da təsir edir. Valideynlərin diqqətsizliyi onların küçə qruplarına meyl etməsi yeganə səbəb deyil. Qruplara tələbat aşa.la bağlıdır:
-təhlükəsizlik
-əsəb gərginliyini aradan qaldırmaq
- dəstək
-dostluq
-müstəqillik
-şəxsi status qazanmaq
- özünü təsdiq, populyarlıq qazanmaq tanınmaq
-emosional rahatlıq əldə etmək
İlk mərhələdə uşağın qrupla əlaqəsi təsadüfi xarakter daşyırı. Təlimə neqativ münasibəti neqtiv olur. Kriminal əməllərə meyl epizodikdir. Siqaret qumar narkotik xuliqanlıq müşahidə olunur.
II mərhələdə təlimə neqativ münaisbə ədavət hissi ilə əvəz olunur. Müəyyən qanunpozuntuları törədilir.
III m-də qrup öz məhdud normaları ilə yaşaır asosial davranışa haqq qazandıran normalarla. Məktəblə tam əlaqə kəsilir. Belə qruplar artıq tam kriminal qruplardır.
İnsanların cəmiyyətdə həyatı çoxsaylı qanunlara tabedir. Bu qanunların hüquqi biliklərin və tələblərin mənimsənilməsi öz hüquqlarını dərk etmək hüquqi sosiallaşmanın əsasında durur. Hüquqi sosiallaşma prosesi I növbədə hüquqi əhəmiyyətli situasiyanın qiymətləndirmə meylinin mənimsənilməsidir. Müəyyən qanun və qaydalırn mənimsənilməsidir. Bu normalardan necə istifadənin öyrənilməsini nəzərdə tutur.
İnsanların sadəcə cəmiyyətdə qanunların olduğunu bilməsi kifayət deyil, eyni zamanda onların dərk edilməsi bu qanunların nəyə icazə verdiyini nəyi qadağan etdiyini bilmək də vacibdir.
Hüquq normalarının sosiallaşma prosesində mənimsənilməsinin 3 yolu var:
-əşyavi insanın bu və ya digər fəaliyyət prosesində insanların qarşılıqlı təsiri prosesində davranşı şablonlarını mənimsəməsi.
-ənənəvi-insanların müxtəlif situasiyalarda davranışları müşahidə edərək hüquq normalarını mənimsəməsi
-rasional üsul- insanın hüquq normalarının dəyərlər hüquqi davranış standartları haqda başqaları ilə söhbətlərdən kitablardan KİV-dən öyrənməsi
Hüquq normalarının mənimsənilməsi sosiallaşmanın mərhələlrinə müvafiq baş verir.
Kiçik yaşlarından uşaq hüquq normaları haqqında ilk elementləri standartları əldə edir, ilk təsəvvürləri nağıllardan. Hüququn funksiyaları haqqında rollu oyunlardan öyrənir.
Bu əsasda tədricən uşaqda primitiv özünəməxsus hüquqi həyat haqqında mənzərə yaranır.
Yaş artdıqca ünsiyyət dairəsi genişlənir. Fəaliyyət mürəkkəbləşir. Hüquqi şüurun inkişafı və zənginləşməsi baş verir.
Hüquqi şüurun 3 komponenti var:
İntellektual
Qiymətləndirici (emosional)
Davranış(emosional iradi)
I komponent hüquqi biliklərin məcmusudur.
II hüquq normalarına münasibəti bildirir (pozitiv, neqativ, neytral)
III öz davranışında bu normaları nümayiş etdirmək neqativ münasibət
Hüquqi sosiallaşma prosesində insanda yalnız( müxtəlif sosial amillərin təsiri altında ) hüquqi şüur I səviyyədə formalaşa bilər. lakin bu heç də həmişə hüuqi davranışı təmin etmir. Belə ki, insanlar qanunu pozmağın qadağan olduğunu gözəl billə bilər. lakin bununla belə, qanunu pozar.
II səviyyədə formalaşırsa (o təkcə qanunu bilmir həm də müsbət qiymətləndirir) bu da hüquqi davranışa təminat vermir. Belə ki, insan bəzi situasiyalarda cazibəyə tab gətirməyə bilər. qanunu pozar: müəyyən asosial qrupun təsiri altında və ya müəyyən mənfəət əldə etmək üçün)
Sözün həqiqi mənasında hüquqi davranışa riayət edilməsi üçün hüquqi biliklər, daxili dəyərə çevrilməlidir. Adət edilmiş davranış forması kimi möhkəmlənməlidir.
Hüquqi şüurun əsası uşaqlıq dövründə məktəbdə qoyulur. Hüquqi şüurun əsas mənbələri ailə və məktəbdir. Uşaq üçün hüquqi dəyərlər qanunlar, valideyn fiqurunda şəxsləşir. Məhz valideyndən müxtəlif situasiyalarda necə davranmaq lazım olduğunu öyrənir, lakin bu davranış obrazının mənimsənilməsi dərəcəsi və səviyyəsi uşağın valideynə münasibətindən asılıdır. Əgər münasibət neqativdirsə onun dediklərinə də münasibət eyni olacaq.
Uşaqlarda eyni zamanda öz hüquqları haqqında da fikir formalaşır. Özü də valideynlə yaşıdlarla ünsiyyət prosesində. O əvvəlcə mənəvi normalara ədalət hissinə istinad edir çünki bunu başqa cür formulə edə bilmir. Bəzən uşağın gözü qarşısında uşaq konfliktlərinin dərininə getmirlər konflikt iştirakçısının birinə qarşı çox ədalətsiz cəza tətbiq edilir, o birinə əsaslandırılmayan güzəş edilir. Bu cür situasiyalar təkrarlandıqca uşaqda frustrasiya yaşanılır. Daxildə toplanmış inciklik yeni konfliktlərə səbəb olur son nəticədə qanunpozuntusu ilə nəticələnə bilər.
Uşaq sonrakı yaş dövründə öz hüquqlarını daha yaxşı anlayır.
Hüquqi sosiallaşmanın qüsurları:
Məlum olduğu kimi hüquqi sosiallaşmanın əsas mənbələri ailə, məktəb və yaşıdlar qrupudur. Elə bu səbəbdən də hüquqi sosiallaşmanın qüsurları da ilk növbədə həmin sahələrdə özünü göstərir.
Kiçik yaşlı uşaqlar valideynlərinin onların əməllərinə verdiyi reaksiya nəticəsində pisi yaxşıdan ayrımağı öyrənir, «mənimkidir» «başqasınındır» anlayışları arasındakı fərqi başa düşür. Məhz valideyndən müxtəlif situasiyalarda necə davranmaq lazım olduğunu öyrənir, lakin bu davranış obrazının mənimsənilməsi dərəcəsi və səviyyəsi uşağın valideynlə münasibətindən də asılıdır. Əgər valideyn onun üçün ideal rolunda çıxış etmirsə, valideynə münasibət neqativdirsə onun dediklərinə də münasibət eyni olacaq.
Adətən valideynlər kiçik yaşlı uşağa hansı davranışın bəyənilən, hansının isə arzuedilməz olduğunu mimika və intonasiyanın köməyi ilə izah edir.
Məktəbəqədər yaş dövründə uşaq müxtəlif sosial rolları, o cümlədən mənfi qəhrəmanların rollarını sınayaraq onların davranışlarını oyunlarında təqlid edir
Yəqin ki, gəzintidən qayıdarkən Uşaqda məmimkidir başqasınındır haqqında təsəvvürdər 3 yaşından sonra mənlik şüuru inkiş etməyə başladıbı zaman yaranı 2-3 yaşlı uşağı oğur adlanjırmaq heç kimin ağdıqa gəlmiəx lakin yaş artdıqca onun əməlini oğurluq kimi qiymətdəndirmək gümanı artır görəsən anasının qızıllarını simpatiya bəslədiyi qıza bağışlayan 5 yaşlı uşağı oğru adlandırmaq olarmı o düşünür ki zinət əşlayarı anasına mənsub olduğu kimi ona da mənsub idi çox vaxt uşağın belə asosial davranışında valideyn özü təqsirkardır. Uşağa mənimkildir başqasınındır anlayışını izah etməyib məktəbəqədər yaş dövründə uşaq müxtəlif sosiad rlları mənfi qəhrəmanların rollarını sınaşdant keçirir davranışında onları təqlid edir
Məhz ailədə
Əsas mənbələr ailə məktəb yaşıdlar qrupu olduğundan qüsurlar da elə bu sahədə özünü göstərir.
I ailədə sosiallaşma sahəsində qüsurlar(valideynlə konfliktlər)
II məktəbdə sosiallaşmada qüsurlar
III asosial yaşıdlar qrupunda
Ailənin müsbət təsirinin itirilməsi məktəbdəki uğursuzluqlar neqativ yaşıdlar qrupu ilə yaxınlaşdırır. Bu 3 sahədəki qüsurlarının qarşılıqlı təsiri asosial davranışa aparır.


Yüklə 143,5 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin