MühaziRƏ 8 Avropada və Rusiyada pedaqoji fikrin inkişafı Böyük çex pedaqoqu Y. A. Komenski



Yüklə 38,99 Kb.
səhifə2/5
tarix02.01.2022
ölçüsü38,99 Kb.
#39785
1   2   3   4   5
J.J.Russonun pedaqoji görüşləri.

J.J.Russo 1712-ci ildə Cenevrədə saatsaz ailəsində anadan olmuşdur. Russonun anası o, anadan olarkən ölmüş, atasının və onun gənc bacısının himayəsində böyümüşdür. Siyasi əqidəsinə görə atası Cenevrədən qaçandan sonra dayısının himayəsində olmuş, usta şagirdi işləmiş, lakin ustanın təhqirlərinə dözməyib qaçmışdır. O, musiqi notlarının üzünü köçürüb çörək pulu qazanır.

Russo 1741-ci ildə Parisə gəlir, ensiklopediyaçılarla tanış olur. 1749 çu ildə D.Didro “Korların məktubu” əsərinə görə həbsxanaya salınmışdı. Russo ona baş çəkməyə gedərkən qəzetdə Con Akademiyasının “Elmin və incəsənətin tərəqqisi insan əxlaqına mənfi, yoxsa müsbət tə'sir etmişdir?” e'lanım oxuyur və bu barədə dostu D.Didroya danışır. Didro ona həmin mövzuda əsər yazmağı məsləhət edir. Russo az vaxtda əsəri yazır və birinci dərəcəli mükafata layiq görülür. Mükafat alan əsər çox böyük əks-səda yaradır. Russo elmlərin və incəsənətin inkişafnm insan əxlaqına mənfi təsir etdiyini əsaslandıra. Russo böyük şöhrət qazanır. O, bir-birinin ardınca “İnsanlar arasında bərabərsizliyin mənşəyi”, “İctimai müqavilə”, “Yeni Elioza”, “Dalamberə məktub”, “Emil və ya tərbiyə haqqında” əsərlərini yazır. “Emil” əsəri 1761-ci ildə nəşr edilir. Çox çəkmir əsər Parisin küçələrində yandırılır. Russo Parisdən qaçır. O, İngiltərəyə gedir. 1765-ci ildə “Tövbə” əsərini yazır. Russo 1778- ci ildə vəfat edir.

J.J.Russo pedaqogika tarixinə uşaq azadlığı nəğməkarı kimi daxil olmuşdur. O, pedaqogika tarixində azad tərbiyə nəzəriyyəsinin banisi kimi şöhrət qazanmışdır. Onun bu nəzəriyyəsinin tərkib hissələrini təbii din, təbii tərbiyə, təbii hüquq təşkil edir.

Russo da yaş dövrlərindən bəhs etmiş, dörd yaş mərhələsini irəli sürmüşdür. Birinci mərhələ uşağın anadan olduğu gündən dil açana qədər olan dövrü əhatə edir. Bu dövrədə uşaq köməksiz və cügsüzdür. İkinci mərhələ nitq inkişafından 12 yaşa qədər dövrü əhatə edir. Bu dövrdə fiziki qüvvə inkişaf edir, mənəvi həyatın bünövrəsi qoyulur. O, bu dövrü əqlin yuxu dövrü adlandırır. Üçüncü mərhələ 12 yaşdan 15 yaşa qədərki dövrü əhatə edir. Əqli qüvvələrin inkişafı və mə'nəvi inkişafın başlanğıcıdır. Bu dövr elm öyrənmək, işləmək üçün çox qiymətli dövrdür. Dördüncü mərhələ ehtiraslar dövrüdür. Bu dövrdə insan sanki yenidən doğulur və heç bir insani xassə ona yad deyildir.

Russo hər bir yaş dövründə fiziki tərbiyəyə böyük əhəmiyyət verir. O, qeyd edirdi ki, bizim ilk fəlsəfə müəllimimiz bizim ayaqlarımız, əllərimiz və gözlərimizdir. Bədən ilk dərk etmə alətidir. Russo deyirdi ki, uşağm bədənini möhkəmləndirmək - istiyə, soyuğa, sərt yatağa öyrətmək vacibdir.

Russoya görə əqli tərbiyə 12-15 yaşlarında verilməlidir. Uşaq həyatda ona lazım olan bilikləri öyrənməlidir. O, deyirdi ki, məktəblər düşünə bilən insanlar yetişdirməlidir. Russoya görə tərbiyə olunan hər kəs kəndli kimi işləməli, filosof kimi düşünməyi bacarmalıdır. Azadlıq olmadan Vətən, mərhəmət olmadan azadlıq, vətəndaş olmadan mərhəmət mövcud deyildir.


Yüklə 38,99 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin