Mühazirə 8: Elevatorların konstruksiyaları və layihələndirilmə xüsusiyyətləri
Ümumi məlumat
Səpmə və ədədi yükləri şaquli və yaxud ona yaxın müstəvilərdə nəql etmək üçün elevatorlardan geniş istifadə olunur. Elevator sadə şəkildə aparan və aparılan barabanlardan (ulduzjuqlardan), onların üzərinə tarım geydirilmiş dartma elementindən (lent və yaxud zəncir) və dartma elementinə bərkidilmiş işçi elementdən (çalov, beşik, taxça) ibarət olur. Müasir elevatorların məhsuldarlığı 500 m3/saat, yükün qaldırılma hündürlüyü isə 50…60 m-ə qədər olur.
Elevatorun hərəkət edən hissəsi, onun metalkonstruksiyasına bərkidilmiş intiqal vasitəsilə hərəkətə gətirilir. İntiqal elektrik mühərrikindən, reduktordan və dayandırıjıdan ibarət olur. İntiqalın bəzi sxemlərində açıq dişli çarx və yaxud pazvarı qayış ötürməsindən istifadə olunur. Elevatorun aşağı hissəsində tarımlıq qürğusu (yüklü, vintli) qoyulur. Elevatorun yüklənməsi onun aşağı hissəsində aparılır.
Elevatorlardan kimya, maşınqayırma, yeyinti, metallurgiya və kömür sənayesində istifadə olunur. Elevatorlardan istifadə etməklə istehsal sahəsindən səmərəli istifadə edən yığjam nəqliyyat sxemi yaratmaq olar. Əksər hallarda yerli şərait yükü kiçik mailliklə uzaq məsafələrə nəqliyyat qurğusu vasitəsilə nəql etmək imkanı vermir. Bu hallarda elevatorlardan istifadə etmək vajibdir. Məhsuldarlığın az olması və ilkin istismar xərjinin başqa nəqliyyat maşınlarına, məsələn, lentli konveyerlərə nisbətən çox olması elevatorların tətbiq sahəsini məhdudlaşdırır. Yükdahıyıjı elementin növünə görə elevatorları jalovlu (şəkil 20.1, 20.2 və 20.3), taxçalı və beşikli (şəkil 20.4) elevatorlara bölürlər.
` Çalovlu elevatorlardan səpmə yüklərin, taxçalı və beşikli elevatorlardan isə ədədi yüklərin nəql olunmasında istifadə olunur. Çalovlu elevatorlar stasionar və hərəkət edən ola bilər. Çalovlu elevatorlarda aralıq yükləmə və boşaltma olmur. Beşikli və bəzi taxçalı elevatorlar isə aralıq yükləməyə və boşaltmaya imkan verir. İtisürətli elevatorlarda dartma elementi kimi əksərən lentdən, yavaşsürətli elevatorlarda isə zəncirdən istifadə olunur.
Şəkil 20.3. Maili çalovlu elevatorlar
Şəkil 20.4. Taxçalı və beşikli elevatorlar
a)çəllək üçün taxçalı; b)ikitərəfli asqılı beşikli;v)konsol asqılı beşikli
Maili elevatorlarda (şəkil 20.3) işçi qol dayaq diyirjəkləri 1, (şəkil 20.3, a,b) və yaxud xüsusi istiqamətləndirici yol 2, (şəkil 20.3,v) ilə hərəkət edir. Boş qol isə sərbəst sallanır və yaxud istiqamətləndirici yol ilə hərəkət edir. Daha geniş surətdə şaquli elevatorlardan (şəkil 20.1 və 20.2) istifadə olunur. Bu elevatorların quruluşu sadədir, boş qol üçün xüsusi istiqamətləndirici yol tələb etmir.
Dostları ilə paylaş: |