Çalovlu elevatorlar
Çalovlu elevatorlar (şəkil 20.1 və 20.2) sadə şəkildə aparan və tarımlayıjı barabanlardan (ulduzjuqlardan), onların üzərinə tarım geydirilmiş dartma elementindən (lent və yaxud zəncir), dartma elementinə sərbəst bərkidilmiş yükdaşıyıjı elementdən-çalovdan, yükləmə və boşaltma qürğüsündan, tarımlıq qurğusundan, elevatorun çərçivəsindən və intiqaldan ibarət olur.
Qabaritinin yığjamlığı, nəql olunma məsafəsinin böyüklüyü (60 m qədər) və məhsuldarlığının yüksək olması (500 t/saat və çox) çalovlu elevatorların üstünlükləridir. Artıq yükləməyə qarşı həssaslığı və yükün bərabər verilməsinin vajibliyi çalovlu elevatorların əsas qüsurlarıdır. Boşaltma üsuluna görə çalovlu elevatorları itisürətli və yavaşsürətli elevatorlara bölürlər. İtisürətli elevatorlarda boşaltma mərkəzdənqaçma qüvvəsinin təsiri ilə, yavaşsürətli elevatorlarda isə yükün öz çəkisinin təsiri ilə gedir.
Çalovlar dartma elementi üzrə seyrək (şəkil 20.5,a) və sıx (şəkil 20.5,b) yerləşə bilər. Çalovların yerləşdirilməsinin bu və yaxud digər növünün seçilməsi nəql olunan yükün xarakteristikasından və boşaltma üsulundan asılı olur. Çalov lentə həmişə arxadan, zəncirə isə arxadan və yanlardan bərkidilə bilər. Çalovların yüklənməsi örtüyün aşağı hissəsində çalovun yükə daxil olması (şəkil 20.5, a) və yaxud yükün bir başqa çalova verilməsi (şəkil 20.5, b) ilə aparıla bilər. Çalovların yükə daxil olaraq doldurulmasına quru, yaxşı səpilən tozvari və dənəvari səpmə yüklərin nəql olunmasında istifadə olunur. İri parçalı və abraziv yüklərin nəql olunmasında çalovun yükə daxil olaraq doldurulması məqsədəuyğun deyildir, çünki bu halda müqavimət böyük olduğundan çalovun və bəzi hallarda dartma elementinin qırılması baş verə bilər. Odur ki, bu jür yüklərdə yük birbaşa çalova verilir.
Şəkil 20.5. Çalovların boşaldılması üsulları
a)mərkəzdənqaçma qüvvəsi ilə;b) öz axını ilə istiqamətləndirici üzrə; v),q) sərbəst öz axını ilə
Jalovun boşaldılması mərkəzdənqaçma qüvvəsi ilə (şəkil 20.5, a), öz axını ilə istiqamətləndirici üzrə (şəkil 20.5, b) və sərbəst öz axını ilə (şəkil 20.5, v və q) ola bilər. Mərkəzdənqaçma qüvvəsi ilə boşaltmada yük mərkəzdənqaçma qüvvəsinin təsiri ilə boşaltma qurğusuna istiqamətlənir. Bu jür boşaltma itisürətli elevatorlarda baş verir. Bu halda elevatorun sürəti əksərən V=1…4 m/san olur. Sərbəst öz axını ilə boşaltmada yükün öz çəkisinin təsiri ilə boşaltma qurğusuna düşməsi üçün çalovlar xüsusi qurğu ilə arxaya verilir (şəkil 20.5, v). Bu jür boşaltma nəm, pis səpilən yüklərin boşaldılmasında tətbiq olunur. Şaquli elevatorda dartma elementi kimi iki zəncirdən istifadə olunan halda bu jür boşaltmanı tətbiq etmək olar. Maili elevatorlarda sərbəst öz axını ilə boşaltma elevatorun mailliyi ilə yaradılır.
İki zəncirli elevatorların sərbəst öz axını ilə boşaldılmasını şəkil 20.5,q-də göstərilən kimi də aparmaq olar. Ümumiyyətlə, yükün nəql olunma sürəti V=0,6…0,8 m/san olduqda sərbəst öz axını ilə boşaltma aparılır. Öz axını ilə istiqamətləndirilən boşaltmadan (şəkil 20.5,b) şaquli və maili elevatorlarda istifadə olunur. Burada bir çalovun arxası digər qonşu çalov üçün istiqamətləndirici rolunu oynayır. Yük öz çəkisinin təsiri ilə istiqamətləndiriciyə və oradan da boşaltma qurğusuna tökülür. Bu jür boşaltmadan V=0,4…0,8 m/san olan halda istifadə olunur. Elevatorun çalovunun boşaltma xarakteri çalovun hərəkət sürətindən və elevatorun aparan barabanının və yaxud ulduzjuğunun diametrindən asılı olur. Çalov yüklə birlikdə baraban və yaxud ulduzjuq ətrafında dönərkən (şəkil 20.6), yüklü çalova ağırlıq qüvvəsi P=mg ilə bərabər mərkəzdənqaçma qüvvəsi də F=mV2/r təsir edir. Çalovun barabanla və yaxud ulduzjuqla birlikdə hərəkəti zamanı P və F qüvvələrinin əvəzləyicisi R qiymət və istiqamətjə dəyişir, anjaq onun təsir xətti verilmiş hərəkət sürətində həmişə qütb adlanan B nöqtəsindən keçir. Barabanın və yaxud ulduzjuğun mərkəzindən B nöqtəsinə qədər olan məsafəni l ilə işarə etsək (buna qütb məsafəsi deyilir), onda yazmaq olar:
Burada V – çalovdakı yükün ağırlıq mərkəzinin hərəkət süərətidir; r – çalovdakı yükün ağırlıq mərkəzindən barabanın və yaxud ulduzjuğun mərkəzinə qədər olan məsafədir.
Beləliklə yuxarıdakı ifadədən alırıq:
Məlumdur ki, olur. Burada n- barabanın və yaxud ulduzjuğun fırlanma tezliyidir. Onda qütb məsafəsi üçün alırıq:
(20.1)
Sonunju ifadədən görünür ki, qütb məsafəsi ançaq barabanın və yaxud ulduzjuğun fırlanma tezliyindən asılı olur.
Şəkil 20.6 Çalovun boşaldılmasının hesablama sxemi
Əgər qütb məsafəsi l barabanın və yaxud ulduzjuğun radiusundan rb (ru) kiçik və yaxud ona bərabər olarsa, mərkəzdənqaçma qüvvəsi ağırlıq qüvvəsindən böyük olur və yükün mərkəzdənqaçma qüvvəsi ilə boşalması alınır. Əgər qütb məsafəsi l barabanın və yaxud ulduzjuğun radiusundan rb (ru) böyükdürsə, ağırlıq qüvvəsi mərkəzdənqaçma qüvvəsindən böyükdür və bu halda çalovun sərbəst öz axını ilə boşaltması baş verir. Əgər olarsa, çalovun qarışıq boşalması (həm mərkəzdənqaçma qüvvəsi ilə, həm də yükün öz axını ilə) baş verir. Beləliklə, çalovun boşalma xarakteri qütb məsafəsinin barabanın və yaxud ulduzjuğun radiusuna nisbəti ilə təyin olunur. Bu nisbəti B ilə işarə etsək alarıq:
Mərkəzdənqaçma qüvvəsi ilə boşalan itisürətli elevatorlarda B 1 olur. Onda aparan barabanın (ulduzjuğun) diametri üçün alırıq:
(20.2)
İtisürətli qarışıq boşalan elevatorlarda B = 1,0…1,4 olur. Onda
alınır.
Əksərən
götürülür. (20.3)
Orta sürətli qarışıq boşalan elevatorlarda B = 1,5…3 olur. Onda
alınır.
Əksərən
götürülür. (20.4)
Yavaşsürətli öz axını ilə boşalan elevatorlarda B = 3 olur. Odur ki,
götürülür. (20.5)
Dövlət standartına görə çalovlu elevatorlar aşağıdakı kimi işarə olunur:
LQ – lentli, girdələnmiş dərin çalovlu; LM – lentli, girdələnmiş dayaz çalovlu;
LO – lentli, iti uclu yan istiqamətləndiricili çalovlu; ÜQ –zəncirli, girdələnmiş dərin çalovlu; ÜM –zəncirli, girdələnmiş dayaz çalovlu; ÜO –zəncirli, iti uclu yan istiqamətləndiricili çalovlu; ÜQT –zəncirli, girdələnmiş dərin çalovlu, yavaşsürətli; ÜS –zəncirli, girdələnmiş yan istiqamətləndiricili çalovlu. Elevatorun işarəsindən sonra çalovun eni yazılır.
Dostları ilə paylaş: |