Mühazirə №8. Qlobal informasiya cəmiyyəti İnformasiya cəmiyyətinin formalaşma xüsusiyyətləri


İnformasiya müharibəsinin istiqamətləri



Yüklə 148 Kb.
səhifə6/6
tarix01.05.2022
ölçüsü148 Kb.
#56789
növüMühazirə
1   2   3   4   5   6
8. information globalisation az

İnformasiya müharibəsinin istiqamətləri

İnformasiya-texniki təsir – müxtəlif növ informasiya sistemlərinə (verilənlər bazası, verilənlər bankı, analitik sistemlər və s.), telekommunikasiya vasitələrinə, kompyuter şəbəkəsinə və s. texniki vasitələrə təsirdir. İnformasiya-texniki təsir dedikdə, radioelektron mübarizə, radioelektron kəşfiyyat, kompyuter şəbəkələrinə müdaxilə, haker müharibələri və s. nəzərdə tutulur. Texniki obyektlər kimi əlaqə və idarəetmə sistemləri, dövlətin maliyyə-iqtisadi fəaliyyətli və s. hədəfə alına bilər.
İnformasiya-psixoloji təsir – siyasi elita və əhalinin psixoloji durumuna, davranışına, cəmiyyətin informasiya-psixoloji mühitinin inkişafına, funksionallığına birbaşa təsir göstərən xüsusi informasiyanın məqsədəuyğun istehsalı və yayılmasıdır. Təbliğat, “beyinlərin yuyulması” və psixoloji təsir informasiya-psixoloji təsirin növləridir. İnformasiya-psixoloji müharibə zamanı birinci yerdə ictimai fikrin formalaşdırılması prosesi dayanır. Bu halda azlıq təşkil edənlərin fikirlərini çoxluğun fikri kimi təqdim etmək informasiya-psixoloji müharibələrdə ən effektli təsir növlərindəndir. İnformasiya müharibəsi zamanı psixoloji müharibə vasitələrindən istifadə, bir tərəfdən, mövcud informasiya sistemini dağıtmağa, digər tərəfdən isə, onu başqa informasiya-kommunikasiya sistemi ilə əvəz etməyə imkan verir və bununla da, cəmiyyətin maraqları ona qarşı informasiya müharibəni aparan tərəfin maraqlarına tabe etdirilir.
İnformasiya silahı – İnformasiya infrastrukturunun funksiya və xidmətlərini, və ya onun ayrı-ayrı elementlərini müvəqqəti və ya tamamilə sıradan çıxarılmasına yönəlmiş xüsusi (fiziki, informasiya, proqram, radioelektron və s.) metod və vasitələrin məcmusudur.
İnformasiya təhlükəsizliyi dedikdə, biz informasiya münasibətlərində olan subyektlərə, o cümlədən informasiya sahibləri və ondan istifadə edən və onu dəstəkləyən istifadəçilərə informasiyanın və onu dəstəkləyən istifadəçilərə infrasturkturun təbii və ya süni xarakterli, təsadüfi və ya bilə-bilə edilən təsirlərdən mühafizəsini başa düşməliyik.

İnformasiyanın mühafizəsi informasiya təhlükəsizliyini təmin edən kompleks tədbirlərdən ibarətdir.
Ehtimal edilir ki, dövlət, qlobal informasiya məkanında öz maraqlarını müdafiə edərkən, informasiya cəmiyyətinin inkişaf prosesində bu cəmiyyətdəki müxtəlif subyektlərin arasında bir əlaqələndirici rol oynamalıdır və məqsədyönlü siyasəti ilə, vətəndaşların qlobal informasiya cəmiyyətinin inteqrasiyasını təmin etməlidir. Bu 2000-ci ilin iyul ayının 22-də, Okinavada keçirilən zirvə görüşündə qəbul olunmuş Qlobal İnformasiya Cəmiyyəti üzrə Xartiyasında bildirilib. İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında informasiya texnologiyalarına çıxış imkanı boşluğunu azaltmağa ehtiyac olduğunu vurğulayaraq, sammit iştirakçıları əmin olduqlarını bildiriblər ki, dünyada sosial və iqtisadi inkişafı təşviq etmək üçün ölkələr arası qarşılıqlı əlaqə metodlarını dəyişə bilən, informasiya sahəsində siyasətin və tədbirlərin möhkəm təməlidir.
Yüklə 148 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin