Mühazirə Akademik yazının xüsusiyyətləri. Akademik yazının növləri


Cümlənin quruluşu və formasını dəyişmək



Yüklə 351,72 Kb.
səhifə16/33
tarix07.01.2024
ölçüsü351,72 Kb.
#210623
növüMühazirə
1   ...   12   13   14   15   16   17   18   19   ...   33
C fakepathMuhazireler Toplusu 20

Cümlənin quruluşu və formasını dəyişmək
Akademik söz bazanızı möhkəmləndirməkdən savayı, müəllifin versiyası ilə sizin versiyanız arasında fərq yaratmağın digər yolu isə məlumatı təqdim etmə strukturunu dəyişmək ola bilər.
Aşağıdakı strategiyalar cümlə strukturlarını dəyişməyin müxtəlif metodlarını müəyyənləşdirir.
1. Müəllifə istinad edərək, məlumatı yenidən ifadə edin. Misal: Əliyarlı (1992) vurğulayır ki...
Əliyarlıya görə (1992); Əliyarlının da vurğuladığı kimi (1992). 2. Cümlənin əvvəlində, ortasında və ya sonunda müəllifi göstərin. Nümunə:
İsmayıllının (1990) müəyyənləşdirdiyi kimi, sosial dinamikaya bunlar daxildir; Sosial dinamikaya İsmayıllının (1990) müəyyənləşdirdiyi kimi, ... daxildir; Sosial dinamikaya bunlar daxildir: ... (İsmayıllı, 1990).

  1. Aşağıdakı cümləyə başlamaq üçün istifadə edilən ifadələrlə ideyanı yenidən formalaşdırmağa çalışın:

Bu konsepsiya … haqqındadır.
Bu ideya … mövzusunda qurulmuşdur.
Bu mövzu … fokuslanmışdır, işıqlandırmışdır.
Bu, o deməkdir ki…
Bu, ondan ibarətdir ki
Bu, onu ehtiva edir ki… Bu fikirdəki ana xətt..
Bu fikri vurğulayan əsas məqam… Bu, … xidmət edir.
Bu, … fəaliyyətinə xidmət edir.

  1. Hadisələrin və ya bəndlərin ardıcıllığını, sırasını dəyişin.




  1. İdeyaları fərqli yollarla demək üçün tezarusun – sinonimlərin köməyindən istifadə edə bilərsiniz.




  1. Cümləyə başlamaq, eləcə də, eyni bir cümlə daxilində fərqli fikirləri birbirilə əlaqələndirmək üçün müxtəlif bağlayıcı sözlər və frazalardan istifadə edin. Aşağıdakı nümunələrə nəzər salın.


Yüklə 351,72 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin