Mühazirə Akademik yazının xüsusiyyətləri. Akademik yazının növləri


Qəbul edilən parafrazetmə ilə bağlı bəzi qeydlər



Yüklə 351,72 Kb.
səhifə14/33
tarix07.01.2024
ölçüsü351,72 Kb.
#210623
növüMühazirə
1   ...   10   11   12   13   14   15   16   17   ...   33
C fakepathMuhazireler Toplusu 20

Qəbul edilən parafrazetmə ilə bağlı bəzi qeydlər
Yuxarıdakı ikinci nümunədən də gördüyünüz kimi, orijinal və parafraz edilmiş variant arasında müəyyən fərq yaratmaq üçün paraqrafa bir sıra yeniliklər gətirmişik.

  1. Kapitalı “iqtisadi məfhum” kimi vermişik. Belə çıxır ki, hətta ən elementar söz səviyyəsində belə, biz müəllifin fikrini yenidən ifadə etmək prosesini yönləndirməyə yardım etmək üçün həmin fikri necə anladığımızı əks etdirmişik.


  1. İlkin versiyada olduğu kimi, iki kapital növü arasında fərq yaratmaq əvəzinə, biz “geniş kapital” anlayışından onu iki yerə bölməklə söz açmışıq. Eynilə, yuxarıda da deyildiyi kimi, müəllifin sözlərini öz qavramamız çərçivəsində başqa formada ifadə etmişik.



  1. Cümlənin əvvəlində gələn bağlayıcı sözlər yazının axıcılığını təmin etmək üçün işlədilmişdir. Məsələn: “əslində” və “bunun əksinə olaraq”.




  1. İnsan və fiziki kapitalı “ibarətdir” şəklində ifadə etməkdənsə, “insan kapitalı ... üzərində fokuslanmışdır”, “fiziki kapitala ... daxildir” formalarından istifadə edilimişdir. Eynilə, insan kapitalından insanların bacarığını artıran bir məfhum kimi danışmaq yerinə, biz bunu “… inkişaf etdirməyə çalışan” kimi vermişik. Eyni şəkildə, “… istehsalı ilə sıx bağlı olan” ifadəsi “… istehsalı üçün istifadə olunurdu” frazasını əvəzləmişdir. Göründüyü kimi, müəllifin fikirlərini ifadə etmək üçün bizim tanış olduğumuz söz birləşmələrindən istifadə etməyə çalışmışıq.


  1. Ayrı-ayrı sözlər də başqa sözlərlə əvəz edilmişdir. Məsələn:“insan yaradıcılığı”nın yerinə “insanların yaratdıqları şeylər”, “insanlar”ın əvəzinə “fərdlər”. Yenə də ayrı-ayrı sözlər baxımından, biz məlumatı öz nöqteyinəzərimizdən yenidən şəkilləndirmişik.



  1. Müəllifin fikirləri tanınması üçün paraqrafda iki şəkildə göstərilmişdir – biri mötərizədə, digərisə cümlənin ortasında verilmişdir.


Yüklə 351,72 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin