Mühazirə Akademik yazının xüsusiyyətləri. Akademik yazının növləri



Yüklə 351,72 Kb.
səhifə22/33
tarix07.01.2024
ölçüsü351,72 Kb.
#210623
növüMühazirə
1   ...   18   19   20   21   22   23   24   25   ...   33
C fakepathMuhazireler Toplusu 20

Qayda № 2: Ədəbiyyat axtarışı
Siz əgər icmal üzərində bir zaman işləmisinizsə (olsun hətta başqa mövzuda) yaxşı icmalın yazılması ehtimalı artır. Bu halda siz keçmiş nəşrinizi bir əsas kimi istifadə edə bilərsiniz. Budur aşağıda informasiya axtarışı üzrə bir neçə məsləhət:

  1. Elmi ədəbiyyat üçün bir axtarış sistemi ilə məhdudlaşmayın: bu ona görə lazımdır ki, icmal üçün dəyərli nəşrlər heç biri kənarda qalmasın. Bütün elmi axtarışın 99%-i aşağıdakı sistemlər vasitəsi ilə həyata keçirilir: 

DBLP, Google Scholar, ISI Proceedings, JSTOR, Search, Medline,
Scopus, Web of Science.

  1. Bütün məqalələri bir qovluqda saxlayın. Lazımi mənbəni tez tapmaq üçün orqanayzer-proqramları (Endnote, Mendeley) kömək edir. Həmişə informasiyanı bir neçə müstəqil daşıyıcıların köməyi ilə təkrar edin.

  2. Uyğun gələn məqalələr üçün meyarları qabaqcadan müəyyən edin

( məsələn, jurnalların impakt faktorlrarını, açar sözlərin kombinasiyasını və i.a. ). Bu meyarlar icmal üçün potensial istifadə oluna biləcək məlumatı tez seçməyə imkan verəcək.

  1. Verilən mövzuda nəinki bütün eksperimental məqalələri və hətta qabaqki icmalları nəzərdən keçirdin – bu artıq təsvir olunanlara vaxt sərf etməməyə imkan verəcək və bu sizə düşünmək üçün bir təkan verə biləcək. Məsləhətdir yeni çıxan məlumatları xüsusi vurğulayaraq, bu kimi icmallara istinad etmək.

  2. Fikir verin - kim və harada son icmalları sitat gətirmişdir. Fikir verin, onların yeni məlumatları onlardan qabaq nəşr olunanları necə tamamlayır yaxud təkzib edir.


Qayda № 3: Ağ kənarlarda qeydlər
Siz əgər icmalı yazmağa təzəcə başlamısınızsa və seçilmiş məqalələri ilk dəfə oxuyursuzsa, onda yeni informasiyanı, oxuduqlarınızdan təəssüratlar, yeni fikirlər və assosiasiyaları yadda saxlamaq tamamilə zəruridir. Yaxşı olardı ki, bütün bunları dərhal yazıb qeyd etmək - sonradan yeni fikirləri mövcud nəticələrlə, sizin şəxsi ideyalarınız ilə əlaqələndirmək daha sadə olacaq. Yazmaq olar birbaşa ağ kənarlarda yaxud “stick notes” da yapışdıra bilərsiniz (əgər siz məqalələrin çap versiyalarını istifadə edirsinizsə), yaxud yazıları planşet yaxud kompüterdə edə bilərsiniz: demək olar ki, elektron kitabxananın bütün müasir kataloq-proqramları yazıları qeyd etməyə imkan verir. İcmalda istifadə edəcəyiniz sitatları söz-bə-söz köçürün. Qaralamanı yazarkən çalışın sitatları öz sözlərinizlə parafraz edəsiniz. Beləliklə, siz seçilmiş ədəbiyyatı oxuyana qədər icmalın qaralaması artıq əmələ gələcək. Əlbəttə, bu qaralama hələ bir neçə dəfə yenidən yazılacaq, parafraz olunacaq və beləliklə aydın məntiq ilə və səlis arqumentlərlə tamamlanmış mətn əldə olunacaq. Bu sizi qorxutmamalıdır. Sadəcə olaraq qeydlərinizi etməyə başlayın, hətta hər hansı bir qeyd sistemsiz olsun – işin gedişatında sizin üçün icmalın planı görünməyə başlayacaq və irəli getdikcə o daha da aydın və dəqiq olacaq.

Yüklə 351,72 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin