Müəllif Fikirlərindən Sitat Gətirmə
Akademik yazınızda başqasının sözlərini parafraz etmək və ya yekunlaşdırmaqdan savayı, siz sitatlar gətirməklə də, başqa müəllifin ideyalarını öz akademik yazınıza daxil edə bilərsiniz. Sitat bir başqasının yazdığı və ya söylədiyi sözlərin sözbəsöz dəqiq köçürülməsidir. Sitat dırnaq işarələri “ ” içərisində yazılır. Başqa müəllifin soyadını və yazının nəşr ilini göstərməklə yanaşı, həm də sitatın yerləşdiyi səhifəni də qeyd etmək lazımdır.
Nümunə
“Kompüter oyunlarından istifadə çox güman ki, uşaqların media təcrübələrinin bir hissəsi kimi qalacaq və eyni zamanda, yeni texnoloji yeniliklərlə əlaqədar olaraq, onlardan (kompüter oyunlarından) istifadə dərəcəsi xeyli arta da bilər.”
Durkin, K. (1995). Kompüter oyunlarının gənc insanlara təsiri: İcmal. Sidney, NSW: Film and Ədəbiyyat Təsnifatı Ofisi, səh. 70.
Müəlliflərdən sitat gətirmə
ki, uşaqların media təcrübələrinin bir hissəsi kimi qalacaq və eyni zamanda, yeni texnoloji yeniliklərlə əlaqədar olaraq, ondan istifadə dərəcəsi xeyli arta da bilər.”
Mötərizədə
Böyük “K” hərfi olduğu kimi saxlanılmışdır, çünki cümlə həmin sözlə başlayır.
“Kompüter oyunlarından istifadə çox güman ki, uşaqların media təcrübələrinin bir hissəsi kimi qalacaq və eyni zamanda, yeni texnoloji yeniliklərlə əlaqədar olaraq, ondan istifadə dərəcəsi xeyli arta da bilər” (Durkin, 1995, səh. 70).
İlkin mənbədən fərqli olaraq, burada nöqtə mötərizədəki məlumatdan sonraya keçirildi, çünki cümlə istinad detallarından sonra bitir.
Effektiv sitatgətirməklə bağlı məsləhətlər
İlkin mənbədəki sözü orfoqrafiya və punktuasiya qaydalarında olduğu kimi, dəqiqliklə köçürün.
Əgər orijinal mətndə səhvlər mövcuddursa, o zaman sözün ilkin mənbədə necə göründüyünü göstərmək üçün səhvlərdən sonra kvadrat mötərizələrdə latın mənşəli ‘sic’ sözünü yazın. Əliyarlı (1999, səh. 125) iddia edirki, “mənəviyyat qanunlarını müəyyən ediləcək [sic] vasitə mövcud deyildi”.
Əgər electron sənədlər kimi nəşrlərin səhifə nömrəsi yoxdursa (Akrobat Riderin çıxış təmin etdiklərini çıxmaq şərtilə), o zaman paraqraf nömrələrini yazın və bunu “para.” şəklində göstərin. Əliyarlı və Məmmədlinin də qeyd etdiyi kimi (1995, para. 8), ...
Əgər fikri aydınlaşdırmaq üçün sitata sözlər artırırsınızsa, əlavə edilmiş sözləri kvadrat mötərizələr [] içərisində yazın.
Nümunə
“BƏT [Beynəlxalq ƏməkTəşkilatı] - əmək münasibətlərini tənzimləyən BMT-nin ixtisaslaşmış qurumlarından biri olaraq, bu məsələyə fərqli münasibət bildirmişdir” (Akifzadə, 2006, səh. 187).
5. Əgər sitatdan detalları çıxarmaq istəyirsinizsə, çıxarılmış sözləri üç nöqtə … ilə əvəzləyin. Bu vasitə sizə hər hansı bir sitatı cümlənizə daxil etmək istədiyiniz, lakin onun müəyyən bir hissəsi məqsədinizə uyğun gəlmədiyi və ya çox uzun olduğu təqdirdə, faydalı ola bilər.
Nümunə
Cons (2001, səh. 115) qeyd edir ki, “bu “plasebo effekti” ... bütün uyğun davranış formaları öyrənildikdə yoxa çıxdı.”
6. Əgər, sitat 40 və ya daha çox sözdən ibarət olarsa, mətn bloku kimi, sitatdan (təxminən 5 interval qoymaqla) əvvəl abzas qoymaq və dırnaq işarələrini çıxarmaq lazımdır.
Nümunə
Hələ tam başa düşülməmiş olsa da, dinin də birgə yaşam məcburiyyətindən meydana gəldiyi görünür, dində müqəddəsləşdirilmiş birgə yaşam formaları başqa formada anlaşılıb qavrama düşüncəsini əvəz edərək fərdlər arasında ünsiyyət qurucu rol oynayir. (Adler, 1927, səh. 97)
7. Əgər ilkin mənbə mövcud deyilsə, ikinci dərəcəli sitatlar və ya başqa mənbələrə istinad edilən sitatlarda hər iki mənbə qeyd edilməlidir. Hər iki mənbəni mötərizədə qeyd edərkən, ikinci dərəcəli mənbədən öncə
“-də qeyd edildiyi kimi” yazın.
Nümunə
Cümlənin ortasında
Rixter (1984, səh. 99) tərəfindən aparılmış tədqiqat barədə məlumat verərkən, Smis (2003, səh. 111) “kommersiyalaşmanın dörd əsas nəticəyə necə gətirib çıxardığını” vurğulayır.
Mötərizədə
Rixterin (1984, səh. 99, İstinad - Smis, 2003, səh. 111) araşdırması vurğulayır ki, “kommersiyalaşma dörd əsas nəticəyə necə gətirib çıxarır.”
Dostları ilə paylaş: |