Mühazirə Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və tədqiqat metodları


Müəllimin şəxsiyyəti səmərəli pedaqoji ünsiyyətin mühüm amili kimi



Yüklə 209,22 Kb.
səhifə63/80
tarix05.05.2023
ölçüsü209,22 Kb.
#108280
növüMühazirə
1   ...   59   60   61   62   63   64   65   66   ...   80
Ali mekteb Pedaqoqikasi

Müəllimin şəxsiyyəti səmərəli pedaqoji ünsiyyətin mühüm amili kimi. Pedaqoji ünsiyyətin səmərəsi müəllimin şəxsi keyfiyyətlərindən, ünsiyyət mədəniyyətindən çox asılıdır. Müəllim-tərbiyəçi hər sahədə olduğu kimi, bu məsələdə də tələbələrə nümunə olmalıdır. Müəllimin şəxsi keyfiyyətləri – alicənablığı, müdriklik, xeyirxahlıq, insanpərvərlik və yüksək vətəndaşlıq mövqeyi, elmi dünyagörüşü, dərin bilik və erudisiyası uğurlu ünsiyyətin vacib şərtlərindəndir. Alicənab, humanist müəllim tələbəyə sadəcə obyekt kimi yox, şəxsiyyət kimi yanaşır, xırda, cılız hissələrə və hərəkətlərə yol vermir. Tərbiyəçinin ünsiyyətlilik bacarığı da pedaqoji ünsiyyətə müsbət təsir göstərir. Ünsiyyətlilik müəllim-tərbiyəçi üçün sadəcə şəxsi keyfiyyət kimi yox, şəxsi-peşə keyfiyyəti kimi əhəmiyyət kəsb edir. Ünsiyyətlilik bacarığına malik olmayan müəllim-tərbiyəçi tələbələr üçün cansıxıcı, əlçatmaz olur. Buna görə də gənclərlə işləyən müəllim-tərbiyəçi özündə ünsiyyətlilik bacarığı formalaşdırmağa çalışmalıdır. Pedaqoji ünsiyyət pedaqoji etika tələblərinə əsaslanmalıdır. Bu tələblər sırasına pedaqoji peşə borcu və ləyaqəti, peşə vicdanı, ədalətlilik, pedaqoji nüfuz kimi kate qoriyalar daxildir. Pedaqoji peşə borcu cəmiyyətin müəllim qarşısında qoyduğu yüksək tələblər səviyyəsində işləməyi, bu sahədə məsuliyyət hissini nəzərdə tutur. Peşə borcu və ləyaqəti müəllimin özünün və təmsil etdiyi kollektivin şərəfini və ləyaqətini uca tutmaqda, ona ləkə gətirən əməllərdən çəkinməkdə ifadə olunur. Pedaqoji etika tələbləri içərisində ədalətlilik müəllimin nüfuzuna, ünsiyyətinə güclü təsir göstərir. Ədalətlilik müəllimi tələbə gözündə nə qədər yüksəldirsə, ədalətsizlik – bir o qədər alçaldır. Ədalətsizlik şəraitində normal ünsiyyətdən söhbət gedə bilməz. Müəllim-tərbiyəçi pedaqoji ünsiyyət mədəniyyətinə yiyələnməli, tələbələrlə ünsiyyət formasını daim təkmilləşdirməyə çalışmalıdır. Bunun üçün ünsiyyətin dəyişən şəraitinə operativ bələdləşmək; ünsiyyət şəraitinə, tələbə qrupuna və tələbələrin fərdi xüsusiyyətlərinə görə adekvat ünsiyyət vasitələrini düzgün müəyyənləşdirmək; tələbələrlə ünsiyyətdə neqativ ustanovka doğuran stereotipləri aradan qaldırmaq vacibdir. Müasir şəraitdə əməkdaşlıq pedaqoqikasının başlıca tələblərindən biri müəllim-tələbə (şagird) münasibətlərinin humanistləşdirilməsi və demokratikləşdirilməsidir. Müəllim-tərbiyəçi pedaqoji-peşə mədəniyyətinə yiyələnməklə öz işini müasir tələblər səviyyəsində qura bilər.


Yüklə 209,22 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin