Mühazirə Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və tədqiqat metodları


Pedaqoji təsirlərin (tələblərin) vahidliyi, sistemliliyi, ardıcıllığı və fasiləsizliyi prinsipi



Yüklə 209,22 Kb.
səhifə48/80
tarix05.05.2023
ölçüsü209,22 Kb.
#108280
növüMühazirə
1   ...   44   45   46   47   48   49   50   51   ...   80
Ali mekteb Pedaqoqikasi

Pedaqoji təsirlərin (tələblərin) vahidliyi, sistemliliyi, ardıcıllığı və fasiləsizliyi prinsipi. Bu prinsip insana göstərilən təsirlərdə, tələblərdə vahid mövqedən çıxış etməyi, ardıcıl olmağı nəzərdə tutur. Tələblərdə vahidlik hamının tərbiyə işinə eyni tələblə yanaşması deməkdir. Belə olduqda insana müəyyən davranış tərzini aşılamaq, onda müsbət adətlər yaratmaq asan olur. Vahidlik pozulduqda isə insanı hər hansı qaydaya alışdırmaq çətinləşir. Məsələn, gecikən tələbəni bir müəllim dərsə buraxır, o biri buraxmırsa, bu halda onda dəqiqlik, intizam adəti yaratmaq olmur; tələbə ümumi qaydaya yox, ayrı-ayrı müəllimlərin tələblərinə uyğunlaşır.
Şəxsiyyətin kollektivdə və kollektiv vasitəsilə tərbiyəsi prinsipi. Bu prinsip insanı təklikdə yox, kollektivdə, yalnız tərbiyəçinin təsiriilə yox, həm də kollektiv vasitəsilə tərbiyə etməyi nəzərdə tutur. İnsan kollektivdən kənarda, kollektiv münasibətlərə daxil olmadan şəxsiyyət kimi tərbiyə oluna bilməz. O, bu halda öz şəxsi mənafeyi üçün yaşayan fərdiyyətçi kimi böyüyür. Kollektivdə isə o, öz inkişafı üçün daha əlverişli imkan əldə edir, kollektivçi kimi böyüyür. Tərbiyə işində tərbiyəçinin (müəllimin) təsiri tələbə kollektivinin təsiri ilə birləşdikdə daha böyuk səmərə verir: kollektivin qəti tələbi ilə insanın daxili aləmində az vaxtda kəskin dönüş baş verir. Bunu “partlayış” nəzəriyyəsi adlandıran A.S.Makarenko kollektivi tərbiyə işinin başlıca forması, şəxsiyyətin tərbiyəçisi hesab edirdi.
Yuxarıda nəzərdən keçirilən tərbiyə prinsipləri qarşılıqlı vəhdət təşkil edir. Yalnız prinsiplərin qarşılıqlı əlaqədə götürülməsi tərbiyə işini səmərəli qurmağa, onu düzgün idarə və tənzim etməyə imkan verir. Müəllim insanın fərdi xüsusiyyətlərindən, real şərait və imkanlardan çıxış edərək tərbiyə prinsiplərini yaradıcılıqla tətbiq etməyə çalışmalıdır.
3. Tərbiyə metodları
Tərbiyə metodları anlayışı, onların təsnifatı. “Metod” yunanca məqsədə çatmaq yolu deməkdir. “Metod” sözü ərəbcə “üsul” sözünün qarşılığıdır. Tərbiyə metodları qarşıda duran tərbiyə məqsədlərinə nail olmaq üçün istifadə olunan yollara deyilir. Tərbiyə metodları çoxdur. Pedaqogikada metodların təsnifatında vahidlik olmasa da, bu məsələdə ümumi bir meyl vardır. Alimlərin böyük qismi tərbiyə metodlarının təsnifatında məntiqi əsas kimi tərbiyənin psixoloji amillərindən və fəaliyyətin bütövlüyü prinsipindən çıxış edirlər. Tərbiyə prosesinin psixoloji təhlili göstərir ki, insanın fəaliyyəti müəyyən psixoloji amillərlə bağlıdır: bizim fəaliyyətimiz şüurun, iradə və adətlərin, habelə hisslərin məhsuludur. İnsan şəxsiyyəti göstərilən psixoloji amillərin kompleksi ilə formalaşır: ideya ağıl və ürəklə birləşdikdə qəlbin sərvətinə, güclü stimula çevrilə bilər. Beləliklə, insana hərtərəfli təsir və fəaliyyətin tamlığı prinsipindən çıxış edərək, tərbiyə metodlarını dörd qrupa bölmək olar (bax: cədvələ):
1. Şüuru formalaşdıran metodlar
2. Fəaliyyətin təşkili və davranış təcrübəsini formalaşdıran metodlar
3. Fəaliyyət və davranışı stimullaşdıran metodlar
4. Tərbiyədə nəzarət və özünənəzarət metodları
Hər bir metodun özünəməxsus xüsusiyyətlərini, şəxsiyyətə təsir imkanlarını qabarıq göstərmək üçün onları ayrılıqda nəzərdən keçirmək lazım gəlir. Şüuru formalaşdıran metodlar. Bu qrup metodların məqsədi insanın şüuruna təsir etməklə onda düzgün təsəvvürlər, inam və əqidə yaratmaqdan ibarətdir. Onların köməyi ilə gənclər ictimai davranış normaları ilə tanış olur, özlərini harada və necə aparmaq lazım olduğunu, yaxşını və pisi başa düşür, əxlaqi tələblərin zəruriliyinə inanırlar. Buna görə də bəzi pedaqoji mənbələrdə şüuru formalaşdıran metodlara inandırma metodları da deyilir. Bu metodlar qrupuna əxlaqi söhbətlər, əxlaqi mövzuda məruzə və mühazirələr, disputlar, bədii əsərlərin (filmlərin) müzakirəsi, nümunə metodları daxildir. Əxlaqi söhbətlər müəyyən əxlaqi, siyasi, estetik keyfiyyətlərin mahiyyətini, məzmununu, şərtlərini izah etmək məqsədi güdən inandırma metodlarıdır. Belə söhbətlər iki növdə olur: kollektiv və fərdi söhbətlər. Fərdi söhbətin bir forması təxirə salınmış söhbətdir. Bu halda tələbə ilə söhbət qəbahət baş verən kimi aparılmır, müəyyən müddət ərzində təxirə salınır. Burada məqsəd insanı öz qəbahəti üzərində düşündürmək və onda peşimançılıq hissi oyatmaqdır. Əxlaqi mövzuda məruzə və mühazirələr müəyyən əxlaqi ideyanı daha geniş şərh etməklə insanda dolğun əxlaqi təsəvvürlər, inam və əqidə yaratmaq məqsədi güdür. Disputlar tərbiyə məsələləri üzrə mübahisələrdir. Disput yanlış təsəvvürləri üzə çıxarmağa və düzəltməyə imkan verir. Bədii əsərlərin (filmlərin) müzakirəsi əxlaqi təsəvvür və ideyaların formalaşmasında daha böyük imkanlara malikdir. Bədii ədəbiyyat qüdrətli tərbiyə vasitəsidir: burada əxlaqi ideya mücərrəd şəkildə yox, konkret bədii obrazların nümunəsində açılır. Bu obrazlar əxlaqi ideyaları əyaniləşdirir. Nümunə metodu şüuru formalaşdıran metodlar içərisində mühüm yer tutur. Tərbiyəçinin sözü canlı nümunə ilə birləşdikdə daha inandırıcı olur və daha böyük təsir gücünə malik olur. Şəxsi nümunə ilə yanaşı tərbiyə işində müxtəlif növ müsbət nümunələrdən (tarixi şəxsiyyətlərin, görkəmli elm və mədəniyyət xadimlərinin, bədii əsər qəhrəmanlarının, yaşlıların, yoldaşların nümunələrindən) də istifadə edilməlidir. Fəaliyyətin təşkili və ictimai davranış təcrübəsini formalaşdıran metodlar. Bu metodlar qrupu insanda müsbət adətlər yaratmaq və iradəni möhkəmlətməklə düzgün davranış təcrübəsi formalaşdırmağa xidmət edir. İnsan qəbul etdiyi mənəvi ideyanı, öz əqidə və inamını gündəlik davranış və rəftarında tətbiq edir, müəyyən fəaliyyətə alışır. Bu mənada bəzi pedaqoji mənbələrdə bu metodlar qrupu alışdırma metodları adlanır. Həmin metodlar bir çox formalarda olur.
1. İnsanın müxtəlif fəaliyyət növlərinə cəlb edilməsi onda davranış təcrübəsinin formalaşmasında böyük rol oynayır.
2. Tərbiyələndirici situasiyaların yaradılması metodu əvvəlki metodla sıx bağlıdır. Burada da tərbiyəçi müxtəlif fəaliyyət növlərinin vasitəsilə gəncləri xüsusi təşkil edilmiş tərbiyəedici situasiyaya salır.
3. Tələb metodu insanı müsbət əməllərə sövq etmək və xoşagəlməz hərəkətlərdən çəkindirmək yolu ilə düzgün davranış təcrübəsi formalaşdırmaq məqsədi güdür. Tələb tərbiyənin vacib şərtidir: tələbsiz tərbiyə yoxdur (A.S.Makarenko).
4. İctimai rəy metodu tələbin kollektiv forması olub, müəyyən şəxs və hərəkətlə bağlı kollektivin ümumi rəyini, qiymətini ifadə edir.
5. Təmrin (məşq) metodu hərəkətlərin təkrarı yolu ilə onları möhkəmləndirib müsbət davranış adətləri yaratmaq məqsədi güdür.
6. Rejim insanın həyat və davranışını tənzim edən qaydaların məcmusudur. İnsanın günü rejimlə tənzim edildikdə o, müəyyən qaydalara tez alışır, onda davranış adətləri daha tez və asanlıqla yaranır.

Yüklə 209,22 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin