Mühazirə Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və tədqiqat metodları


Müəllimin şəxsi-mənəvi keyfiyyətləri



Yüklə 209,22 Kb.
səhifə70/80
tarix05.05.2023
ölçüsü209,22 Kb.
#108280
növüMühazirə
1   ...   66   67   68   69   70   71   72   73   ...   80
Ali mekteb Pedaqoqikasi

3. Müəllimin şəxsi-mənəvi keyfiyyətləri.
Buraya ədalətlilik, xeyirxahlıq, humanizm, düzlük, doğruçuluq, sadəlik, təvazökarlıq, vicdanlılıq, məsuliyyətlilik, mədənilik, pedaqoji etika və b. keyfiyyətlər daxildir. Müəllimin şəxsi keyfiyyətləri onun təlim-tərbiyə işinə təsirsiz qalmır. Yaxşı müəllim, hər şeydən əvvəl, yaxşı tərbiyəçidir, nəcib, alicənab, mədəni insandır. Müəllimlik humanist peşədir. Tərbiyənin məqsədi – insanlıq, vasitəsi isə - insana qayğı, hörmət və sevgidir. Humanizm xeyirxahlıqla, ədalətliliklə, tələbkarlıqla vəhdət təşkil edir. Ədalət – pedaqoji mədəniyyətin əsasıdır: “Ədalət insan qəlbini nəcibləşdirir, ədalətsizlik isə kobudlaşdırır, qəddarlıq doğurur” (V.A.Suxomlinski). Buna görə də ədalət ruhu hər sahədə, xüsusın pedaqoji işdə hakim olmalıdır. Müəllim əxlaqi saflıq nümunəsi olmalıdır, çünki bunsuz tərbiyəçi kimi fəaliyyət göstərməyə onun mənəvi haqqı çatmaz. Əxlaqi cəhətdən səbatsız insana gənc nəslin tərbiyəsi kimi çox məsuliyyətli işi tapşırmaq olmaz, çünki müəllim özündə olmayan keyfiyyətləri başqalarına verə bilməz. Buna görə də müəllim tərbiyə işinə özündən başlamalı, müntəzəm olaraq özünütərbiyə ilə məşğul olmalıdır. Müəllim yüksək mədəniyyəti və mənəviyyatı ilə gəncləri nəcib şəxsiyyətlər kimi yetişdirə bilər. O, özündə zahiri və daxili mədəniyyəti, müsbət əxlaqi keyfiyyətləri (düzlük, doğruçuluq, sadəlik, xeyirxahlıq və b.) cəmləşdirməli, kamil şəxsiyyət olmalıdır.

  1. Müəllimin iradi-emosional keyfiyyətləri.

Pedaqoji fəaliyyətin və ünsiyyətin səmərəsi müəllimin iradi-emosional keyfiyyətlərindən də çox asılıdır. Müəllim iradəli, səbrli, təmkinli olmalı, öz hissi-emosional halını idarə etməyi bacarmalıdır. Müxtəlif xarakterli, müxtəlif səviyyəli tələbələrlə işləmək nə qədər çətin olsa da müəllim öz hisslərinə, danışığına, hərəkətlərinə nəzarət etməli, hər şeydən ötrü əsəbiləşib özündən çıxmamalıdır. Əsəbilik, hay-küy, qışqırıq, hədə-qorxu, cəza müəllimin pedaqoji səriştəsizliyinin göstəricisidir: qışqırıq, hay-küy olan yerdə kobudluq, anlaşılmazlıq, emosional gönüqalınlıq olur. Kobudluq kobudluq doğurur. Müəllim üçün vacib keyfiyyətlərdən biri də tələbələr yanında nüfuza malik olmasıdır. Dərin bilik, mədənilik və mənəviyyat nümunəsi olan müəllimin nüfuzu da yüksək olur. Nüfuzu qazanmaq çətin, itirmək isə asandır: yersiz hərəkət, ədalətsiz münasibət, ehtiyatsız söz müəllimi nüfuzdan sala bilər. Buna görə də hər bir müəllim sözlərinə və hərəkətlərinə məsuliyyətlə yanaşmalı, öz nüfuzunun keşiyində durmalıdır.

Yüklə 209,22 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin