Mühazirə Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və tədqiqat metodları


Azərbaycanda elmi dərəcələrin və elmi adların verilməsi



Yüklə 209,22 Kb.
səhifə8/80
tarix05.05.2023
ölçüsü209,22 Kb.
#108280
növüMühazirə
1   ...   4   5   6   7   8   9   10   11   ...   80
Ali mekteb Pedaqoqikasi

4.Azərbaycanda elmi dərəcələrin və elmi adların verilməsi
Azərbaycanda elmi dərəcələrin və elmi adların verilməsi sahəsində kifayət qədər zəngin təcrübə qazanılmışdır. Azərbaycanda elmi və elmi-pedaqoji kadr hazırlığının ilkin mərhələsi XX əsrin 20-ci illərinə təsadüf edir. 1926-cı ilin may ayında Azərbaycan KP MK Xalq Maarif Komissarlığına respublikanın ali məktəblərində aspirantura təşkil etməyi tapşırdı. Bu dövrdə elmi kadr hazırlığının qaydasını, formalarını və müddətini qəti müəyyən edən normativ sənəd yox idi. “Elmi əməkdaş”, «elmi işçi», “aspirant» kimi anlayışlar arasında dəqiq fərq qoyulmamışdı. Onların hüquq və vəzifələri müəyyənləşdirilməmişdi. Elmi kadrlar hazırlamaq üçün maliyyə vəsaiti ayrılmamışdı. İlk dəfə ADU-da və Azərbaycan Politexnix İnstitutunda (indiki Neft Akademiyasında) aspirantura şöbələri yaradıldı. 1929-cu ilin may ayının 18-də respublika XMK nəzdində Dövlət Elm Şurası elmi işçilər hazırlamaq üçün «Əsas- namə» təsdiq etdi. Bu əsasnamədə göstərilirdi ki, aspiranturada təhsil müddəti 3 ildir. Aspirant həmin müddət ərzində elmi işini hazırlanmalı və fakültənin açıq iclasında onu müdafiə etməlidir. Aspirant elmi işlə yanaşı, təhsil illərində rus dilini, həm də milliyətindən asılı olmayaraq xarici dillərdən birini öyrənməlidir. Milli kadrlar hazırlamaq məqsədilə 1929-cu ildə ADU- da, «İrəli çəkilmiş tələbələr institutu» təşkil edildi. Həmin institutun fəaliyyətini tənzimləyən «Əsasnamə»də yazılırdı: «Tələbələrin proletar hissəsindən daha hazırlıqlı olanlarını əvvəlcədən müəyyən edib irəli çəkmədən və onlara hələ tələbəlik skamyalarından başlayaraq tədricən elmi işə hazırimaq üçün faktik imkan yaratmadan, elmi işçi kadrlarının planlı surətdə komplektləşdirilməsi kifayət dərəcədə yaxşı aparıla bilməz. Məhz bu vəzifəni yerinə yetirmək məqsədilə ali məktəblərin nəzdində «İrəli çəkilmiş tələbələr institutu» yaradılır». Belə bir təşəbbüsün həyata keçirilməsi bilavasitə aspirantura vasitəsilə Azərbaycanda milli elmi-pedaqoji kadr hazırlığına xidmət edirdi. SSRİ AAK-ı 1992-ci ilə kimi Azərbaycanın ali məktəb və elmi-tədqiqat institutları Elmi Şuralarının qərarına əsasən alimlik dərəcələrini təsdiq etmiş, elmi-pedoqoji kadrların attestasiya şuralarının fəaliyyətinə nəzərət etmiş, respublikamızda yaranan şuralara doktorluq və namizədlik dissertasiyalarını müdafiə etmək hüququ vermiş, onların tərkibini təsdiq etmişdir. Hazırda bu işi Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası həyata keçirir. Azərbaycanda elmi və elmi-pedaqoji kadr hazırlığında yaranmış ənənə hələ də saxlanılır. Avropa ölkələrindən fərqli olaraq yüksək elmi ad almaq üçün iki dəfə (namizədlik və doktorluq) dissertasiya müdafiə etmək tələb olunur. Respublikamızda ikipilləli ali təhsil sisteminə keçid böyük miqyaslı və mühüm əhəmiyyətli dəyişkənliyə səbəb oldu. İkipilləli mütəxəssis hazırlığının birinci pilləsində məzunlara «bakalavr» ali peşə-ixtisas dərəcəsi, ikinci pillənin məzunlarına «magistr» ali peşə-ixtisas dərəcəsi, pillələrə bölünməyən ixtisaslar üzrə təhsilini başa vuran məzunlara isə ali ixtisas dərəcəsi verilir. Azərbaycan Respublikasının «Təhsil Qanunu»nun yeni layihəsinə görə, ali məktəb təhsilindən sonrakı təhsil doktoranturada həyata keçirilir. Müvafiq elmi dərəcələrin alınması doktorantura yolu ilə həyata keçirilir. Azərbaycan Respublikasında aşağıdakı elmi dərəcələr müəyyənləşdirilmişdir: - fəlsəfə doktoru (R.H.D) (elm sahələri göstərilməklə), - elmlər doktoru (Dr. Sc) (elm sahələri göstərilməklə). «Doktor» - ixtisaslaşdırılmış Elmi Şura tərəfindən verilən ən yüksək elmi dərəcədir. Yeni təhsil strukturlarına müvafiq fəaliyyətə başlayan təhsil sistemində ilk doktoranturalar açılana qədər «elmlər namizədi» elmi dərəcəsi saxlanır. Yeni doktoranturalar fəaliyyətə başlayarkən elmlər namizədlərinin attestasiyası keçirilir. Attestasiyanın nəticələrinə uyğun olaraq «magistr» və ya «doktor» elmi dərəcəsi verilir. «Dosent» və «professor» elmi adlarını ali məktəblərin, elmi tədqiqat institutlarının Elmi Şuraları verir və müəyyən olunmuş qaydada təsdiqlənir. Magistrdən sonra birbaşa doktor elmi dərəcəsinə keçilməsi ilə əlaqədar olaraq «dosent» və «professor» elmi adlanmn verilməsinə tələbkarlığın artırılması gözlənilir. Ali məktəb vəzifələrinə seçkilərdə ancaq doktorların iştirakı məqsədəuyğun hesab olunur.
2005-2006-cı tədris ili üçün respublikamızda ali məktəblərin magistraturasına yeni qəbul qaydaları müəyyənləşdirilmişdir. Azərbaycan Respublikasının dövlət və qanunvericilikdə müəyyən edilmiş qaydada qeydiyyatdan keçmiş qeyri- dövlət ali məktəblərinin magistraturasına qəbul mərkəzləşdirilmiş şəkildə həyata keçirilir. Ümumiyyətlə, müxtəlif ölkələrin akademik və elmi dərəcələrin verilmə reqlamentlərində, strukturu, sertifikat və diplomların forma və xüsusi çəkisində bir çox oxşar cəhətlər var. Lakin bununla belə iki elə ölkə tapmaq mümkün deyil ki, təhsil modelləri, diplomlar və onların əldə olunması üçün verilən tələblər və qoyulan şərtlər biri-birinin eyni olsun. Ayrı-ayrı ölkələrdə bakalavr, magistr, fəlsəfə doktoru, elmlər doktoru, mütəxəssis, lisenziat, tədqiqatçı və digər dərəcələri özündə əks etdirən təhsil sənədləri mövcuddur. Hər bir ölkə bu sənədlərə özünəməxsus kriteriyalarla yanaşır. Azərbaycan Respublikası öz təhsil sisteminin inkişaf prioritetlərini Avropa məkanında gedən proseslərə inteqrasiya olunmaqla müəyyənləşdirir. Uzun illər boyu elmlər namizədi və elmlər doktoru strukturu ilə fəaliyyət göstərən Azərbaycanda bu gün fəlsəfə doktoru və elmlər doktoru modelinə keçid ideyası əsas götürülür. 2003- cü ilin may ayında respublika hökuməti «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivaientliyinin müəyyən edilməsi (nostrifikasiyası)» qaydalarını təsdiq etmiş. Təhsil Nazirliyində yaradılan xüsusi komissiya bu istiqamətdə real fəaliyyətə başlamışdır.


Yüklə 209,22 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin