Mühazirə 2. Azərbaycan R-da gömrük işinin təşkili və gömrük siyasəti.
Suallar:
Gömrük sisteminin təyinatı və funksiyaları.
Az R-nın gömrük siyasəti və onun məqsədləri.
Gömrük qanunvericiliyi.
Azərbaycan Respublikası gömrük orqanlarının təşkilat strukturu.
Az R-sı gömrük orqanlarının vəzifələri və hüquqları.
Gömrük işinin təşkil etdirilməsində gömrük infrastrukturunun rolu. Heydarov.K. “Gömrük işinin əsasları” cild 1.
Gömrük işi – gömrük sərhədindən keçirilən mallar və nəqliyyat vasitələri barəsində gömrük-tarif tənzimlənməsi tədbirlərindən, xarici ticarətin iştirakçıları tərəfindən gömrük qanunvericiliyi ilə müəyyənləşdirilmiş qadagalara və məhdudiyyətlərə riayət olunmasını təmin edən üsullar toplusundan, gömrük siyasətinin həyata keçirilməsinin digər vasitələrindən ibarətdir. (maddə 2) Gömrük tənzimlənməsi dedikdə gömrük sərhədindən malları və nəqliyyat vasitələrini keçirmək hüququndan istifadə edən şəxslərin riayət etməli olduğu norma və qaydaların müəyyən olunması başa düşülür.
Azərbaycan r-nın gömrük xidməti ölkə iqtisadiyyatının dövlət tənzimetmə sisteminin əsas tərkib hissələrindən biridir. Gömrük sisteminin məqsədi və təyinatı – Azər R-nın strateji milli-dövlət mənafələrinin təmin edilməsindən, milli iqtisadiyyatın sosial-iqtisadi səmərəliliyini və rəqabətə davamlığını stimullaşdırmaqdan, ölkənin milli təhlükəsizliyinin lazımı səviyyədə saxlanılmasından, xarici iqtisadi fəaliyyət sahələri üçün əlverişli şəraitin təmin edilməsindən ibarətdir.
Əvvələr Azərbaycan Respub-nın SSRİ tərkibində olduğundan onun müstəqil gömrük xidməti olmamışdır. Bununla yanaşı respublika ərazisində SSRİ-yə məxsus gömrük orqanları fəaliyyət göstərirdi, idxal-ixrac əməliyyatlarına nəzarət İttifaq orqanları tərəfindən yerinə yetirilirdi.
Milli iqtisadiyyat xarici iqtisadi əlaqələr sistemindən son dərəcə asılıdır. İqtisadiyyatın tənzimlənməsində məqsəd onun təkmilləşmə və inkişaf üçün zəruri olan strukturunun fasiləsiz olaraq dəyişdirilməsini, milli təsərrüfatın
sistem kimi bütövlüyü üçün təhlükə yaradan uyğunsuzluğun aradan qaldırılmasını təmin edən dinamik tarazlığın saxlamasından ibarətdir.
Azər. Dövlət Gömrük Komitəsi respublikanın inkişaf xüsusiyyətlərini nəzərə alaraq, müvafiq strategiyanı işləyib hazirlayarkən aşağıdakı əsas vəzifələri müəyyən etmişdir:
təhvil verilmə üsulundan asılı olmayaraq bütün malların gömrük rəsmiləşdirilməsinin təmin olunması;
gömruk proseduralarının sadələşdirilməsi və rəsmiləşdirilmə müddətinin qısadılması;
gömrük nəzarətinin müasır mütərəqqi texnoloğiyalarının tətbiqi;
gömrük ödənişləri texnologiyasının təkmilləşdirilməsi və onların büdcəyə daxil olmasına nəzarət;
yüklər və yük göndərənlər haqqında ilkin məlumatların əldə edilməsi;
gömrük qanunvericiliyi pozuntularının qarşısının alınması;
valyuta nəzarəti;
nəzarət işlərinin təkmilləşdirilməsi, nəzarətin müxtəlif formalarından istifadə edilməsi, ayrı-ayrı identifikasiya və sənədli baxış texnologiyasının tətbiqi;
gömrük sənədlərinin beynəlxalq tələblərə uyğun olaraq daha da unifikasiyalaşdırılması;
qeyri-tarif tənzimləmə tədbirlərinə riayət olunmasına nəzarət texnologiyasının təkmiləşdirilməsi;
bütövlükdə gömrük xidmətinin və onun struktur bölmələrinin işinin effektivliyinin vaxtaşırı təhlili.
Bütün şəxslər mal və nəqliyyat vasitələrini bərabər əsaslarla Az.R-sı ərazisinə gətirmək və bu ərazidən apara bilmək hüququna malikdirlər. Malların və nəql.vasitələrinin respublikaya gətirilməsi və aparılması, o cümlədən xarici iqtisadi fəaliyyətin həyata kecirilməsi hüququ Az R sı Konstitusiyasi ilə təstiq edilmişdir.
Gömrük Məcəlləsi və digər qanunvericilik aktları ilə nəzərdə tutulmuş hallar istisna olmaqla, hec kəsin Az-na mal və nəqliyyat vasitələri gətirməsi və ya aparması hüququ əlindən alına və ya məhdudlaşdırıla bilməz.
Qanunvericilik aktı malların və nəqliyyat vasitələrinin aparılıb-getirilməsi hüququnun reallaşdırılmasına münasibətdə müəyyən məhdudiyyətlər
nəzərdə tuta bilər. Belə məhdudiyyətlər, bir qayda olaraq, ictimai asayişi və cəmiyyətin əxlaqi dəyərlərinin müdafiəsi məqsədini güdür.
Gömrük işinin predmeti – mallar, gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi əməliyyatlarıdır, XİF tənzimlənmə tədbirləridir. Mallar dedikdə - gömrük sərhədindən keçirilən valyuta, valyuta sərvətləri, qaz, neft, elektrik enerjisi də daxil olmaqla, istənilən daşınar əmlak, o cümlədən malların daşınmasında istifadə olunan nəqliyyat vasitələri istisna olmaqla, nəqliyyat vasitələri.
Gömrük siyasətinin formalaşdırılması və həyata keçirilməsində iştirak edən institutların məcmusu, həmçinin onun həyata keçirilmə metodları, səlahiyyətli dövlət orqanları tərəfindən gömrük tənzimlənməsi metodlarının istifadə qaydası gömrük siyasəti mexanizmi anlayışını təşkil edir.
Gömrük siyasəti dövlətin xarici ticarət dövriyyəsinin gömrük sərhədindən mal və nəqliyyat vasitələrinin uyğun gömrük prosedurasını müəyyən edilməsi vasitəsi ilə keçirilməsinin dövlət tənzimlənməsi üzrə məqsədyönlü fəaliyyət istiqamətlərini təyin edir və dövlətin iqtisadi təhlükəsizliyinin təmin edilməsinə xidmət etməlidir.
Iqtisadi təhlükəsizlik məsələləri iqtisadiyyatın Az R-nın sosial, siyasi, müdafiə qabiliyyətinin və mütərəqqi inkişafının kifayət edəcək səviyyəsini təmin edə bilən vəziyyətini, tarazlaşdırma problemlərinin həlli yollarını, mümkün xarici və daxili təhlükələrə, onun iqtisadi maraqlarının xarici təsirlərdən asılı olmaması və kifayət qədər xətərdən qorunması qabiliyyətini nəzərdə tutur.
Gömrük siyasətini mahiyyəti öz əksini gömrük-tarif qanunvericiliyində, müxtəlif istiqamətli beynəlxalq gömrük birlikləri və münasibətləri yaradılmasında, sərbəst gömrük və ticarət zonalarının təşkil edilməsində tapır. Gömrük siyasəti dövlətin iqtisadi və xarici ticarət siyasətinin ayrılmaz hissəsidir və buna görə də hökümətin ümumi iqtisadi strategiyasının məqsəd və vəzifələrdən asılıdır.
Ölkə iqtisadiyyatının inkişaf səviyyəsi və daxili istehsalcıların beynəlxalq rəqabət qabiliyyətindən asılı olaraq xarici iqtisadi siyasətin, o cümlədən də gömrük siyasətinin nisbətən dəqiq konturlara malik olan aşağdakı növləri müşahidə edilir:
proteksionizm;
sərbəst ticarət.
Bu istiqamətlər, eyni zamanda ölkə iqtisadiyatının xarici iqtisadi müdaxilələrə açıqlıq dərəcəsini nümayiş etdirir. Proteksionist gömrük siyasəti yerli inkişafı üçün daha əlverişli şərait yaradılmasına yönəldilib. Onun əsas məqsədləri idxal edilən mallara gömrük vergiqoymasının daha yüksək səviyyəsini tətbiq etməklə əldə edilir.
Proteksionist siyasətdən fərqli olaraq sərbəst ticarət siyasəti gömrük rüsumlarının daha aşağı – minimum səviyyəsini nəzərdə tutur və daxili bazara xarici malların daha çox cəlb edilməsinə təhrik edir.
Gömrük siyasətinin həyata keçirilməsinin əsas vasitələri gömrük rüsumları, yığımları, gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti əməliyyatları, xarici ticarətin lisenziyalaşdırılması və kvotalaşdırılması təcrübəsi ilə bağlı olan müxtəlif gömrük məhdudiyyətləri və rəsmiyyətdir.
Gömrük siyasəti müxtəlif hüquq normaları və gömrük qaydaları əsasında həyata keçirilməlidir və bu da gömrük hüququ məfhumu meydana çıxarır.
Gömrük siyasətinin dəqiq hüquqi əsaslandırılmaları ilk növbədə ona görə vacibdir ki, sahibkarlıq fəaliyyətinin bu və ya digər istiqamətlərini imperativ tənzimləyərkən onun həyata keçirmə vasitələri istər-istəməz mülkiyyət münasibətləri sferasına müdaxilə etmiş olur. Bundan başqa gömrük siyasətinin xarici münasibətlərə təsiri dövlət üçün beynəlxalq – hüquqi xarakterli öhdəliklər yaradığından onun normalaşdırılması zəruri olur.
Gömrük sərhədindən mal və nəqliyyat vasitələrinin keçirilməsi prinsiplərini nizama salan və rəsmiləşdirilmə əməliyyatlrının yerinə yetirilməsi üçün mövcüd qanunvericiliyə əməl olunmasını təmin edəcək olan dövlət tərəfindən müəyyənləşdirilmiş hərəkət qaydaları gömrük-hüquq normaları adlanır. Belə qaydaların məcmusu gömrük hüququnu əmələ gətirir ki, bu da Azərbaycan Respublikası Ganunvericiliyinin mühüm tərkib hissələrindən biridir.
Gömrük hüququn mənbəyini ixtiyari hüquqi akt deyil, yalnız elə akt təşkil edir ki, gömrük işinin ümumi qaydalarını əks etdirə bilsin. Gömrük hüququ mənbələrini sistem xarakterlı olub aşağıdakl əsas elementlərdən
ibarətdir: a) daxili gömrük qanunvericiliyi; b) gömrük münasibətlərinə aid olan və Azərbaycan R-nın tərəf-müqabil olduğu beynəlxalq müqavilə və sazişlər.
Gömrük işi haqqında Azərbaycan Res-nın Qanunvericiliyi Konstitusiyasından, Gömrük Məcəlləsindən, Gömrük Tarifi haqqında Qanundan, onlara uyğun olaraq qəbul edilmiş digər normativ hüquqi aktlardan və Az R-nın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir (maddə 4).
Aşağıdakılar istisna olunmaqla, gömrük qanunvericiliyindən başqa digər qanunvericilik aktlarına gömrük ödənişləri və gömrük nəzarəti məsələləri daxil edilə bilməz:
Az R-nın İnzibatı Xətalar Məcəlləsində nəzərdə tutulan gömrük münasibətlərinə aid inzibati xətalar haqqında müddəalar;
Az R-nın Cinayət Məcəlləsində nəzərdə tutulan müvafiq cinayətlər haqqında müddəalar;
Büdcə qanunvericiliyində gömrük ödənişləri ilə bağlı müddəalar;
Ixrac məqsədli neft-qaz fəaliyyəti və xüsusi iqtisadi zonalar haqqında qanunlarda nəzərdə tutulan müddəalar.
Gömrük Məcəlləsi və Gömrük Tarifi haqqında qanun gömrük münasıbətlərinin hüquqi tənzimlənməsində baş mövqədə durur və qömrük praktikasında meydana çıxan bütün əsas hüquqi məsələləri əhatə edir. Hüquqi qüvvəsinə görə onlar yalnız Konstitusiyadan geriyə qalır və əsasında bütün gömrük qanunvericiliyinin qurulduğu və inkişaf etdirildiyi hüquqi bazasını təşkil edirlər. Bu gömrük qanunlarının əlahiddə normalarının tətbiq edilmə xüsusiyyətləri Az R-sı prezidentinin 25 iyul 1997-ci il tarixli 616 saylı fərmanı ilə müəyyən edilmişdir.
Hal-hazırda gömrük münasibətlərini tənzimləyən qanun qüvvəli aktların aşağıdakı əsas növləri tətbiq edilməkdədir:
Konstitusiyanın 99-cu maddəsinə əsasən Az R-da İcra Hakimiyyətinin Prezidentə mənsub olması ilə əlaqədar olaraq:
Xarici siyasətin, o cümlədən də onun tərkib hissəsi olan xarici iqtisadi və gömrük siyasətinin strateji istiqamətlərinin müəyyənləşdirilməsi Prezidentin fərman və sərəncamları ilə öz həllini tapmış olur. “Azərbaycan
Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidenrinin 24 iyun 1997-ci il tarixli 609 saylı Fərmanı ilə idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları təstiq edilmişdir.
Nazirlər Kabinetinin qərarları ilə, adətən, gömrük siyasəti və gömrük hüququnun mühüm məsələləri tənzimlənir və daha yüksək statusa malik aktların icra mexanizmi müəyyən edilir.
Bir necə dövlət orqanı tərəfindən birgə qəbul edilən qanun qüvvəli aktlar.
Öz səlahiyyətləri çərçivəsində yerli gömrük orqanları da hüquqi aktlar yarada bilər. Belə aktlar, adətən, fərdi xarakter daşıyır. Məsələn, struktur bölmələrin əsasnamələr, gömrük əməkdaşlarının vəzifə təlimatları, daxili əmrlər və s.
Dövlət süverenliyi hər dövlətin gömrük məsələlərinin birtərəfli qaydada daxili qanunvericiliklə tənzimlənməsi zərurətini meydana çıxarır. Əgər hər hansı bir dövlət, gömrük məsələlərinin həlli zamanı digər dövlətlərin maraqlarını nəzərə alınmırsa və ya onların mənafeyinə zərbə vura bilən siyasət yeridirsə, xarici iqtisadi əlaqələri və bütövlükdə beynəlxalq əlaqələri mürəkkəbləşdirən konfliktlər meydana çıxa bilər.
Gömrük –hüquq normalarının tətbiq edilməsinin məkan hüdudlarının təyini üçün gömrük ərazisi və gömrük sərhədi anlayışlardan istifadə olunur.
Azərbaycan Res-nın ərasizi vahid gömrük ərazisidir. Gömrük Məcəlləsinin 3 maddəsinə əsasən gömrük ərazisinə Az r-nın quru ərazisi, daxili suları, Xəzər dənizinin (gölünün) Az R-na mənsub olan bölməsi (o cümlədən, orada yerləşən adalar, qurğular və tikililər) və onların üzərindəki hava məkanı daxildir. Gömrük sərhədi dedikdə gömrük ərazisinin perimitri – bu ərazinin konturlarını hüdudlandıran xətt başa düşülür. Gömrük sərhədi həndəsi bölgü xarakterlı, yer üzərindəki real xətt olan dövlət sərhədindən fərqli olaraq hüquqi funksiya hesab edilir. Bələ təsvir bəzi hallarda gömrük sərhədinin dövlət sərhədi ilə üst-üstə düşməyə biləcəyi variantların mümkünlüyünü göstərir.
Az R-da gömrük işi gömrük orqanları tərəfindən yerinə yetirilir. Gömrük xidmətinin inzibati bölməsi olan və vahid sistem təşkil edən gömrük
orqanları hüquq mühafizə orqanlarıdır. Gömrük orqanlarının fəaliyyəti qanunun aliliyi,
Gömrük orqanlarının vahid sisteminə aşağdakılar daxildir: Az R-nın Dövlət Gömrük Komitəsi:
Naxçıvan Muxtar R-sı DGK-si; NaxçıvanTerminalKompıeks; Naxçınav Gömrük İdarələri (5 idarə).
Gömrük idarələri (12):
Gömrük postları (29). (maddə 7)
Gömrük sisteminə daxil olmayan, lakin DGk-nin tabeçiliyində olan qurumlar aşağıdakıladır:
gömrük məqsədləri üçün malların ekspertizasına və tədqiqini aparmaqdan ötrü yaradılan gömrük laboratoriaları;
gömrük işi sahəsində elmi-tədqiqat işlərinin aparılması, kadr hazırlığı və onların ixtisasının artırılması məqsədi ilə yaradılan elmi-tədqiqat müəssisələri, peşəyönümlü təhsil-tədris müəssisələr;
gömrük fəaliyyətinin yerinə yetirilməsinə kömək edən hesablama mərkəzləri, poliqrafiya, tikinti-istismar idarələri və digərləri (məsələn, gömrük anbarları, müvəqqəti saxlanc anbarları)
Mərkəzi Gömrük Ekspertiza İdarəsi; Tədris Mərkəzi;
Avtomobil təsərrüfatı; AzərTerminal kompleks Birliyi; Gömrük mühafizə xidməti;
Gömrükçü İdman-Sağlamlıq mərkəzi; Tibbi Xidmət İdarəsi;
Kinoloji Mərkəz.
Gömrük işinə bilavasitə rəhbərlik Dövlət Gömrük Komitəsi tərəfindən həyata kecirilir. Basqa sözlə Dövlət Gömrük komitəsi Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanıdır.
DGK-nin idarəçilik fəaliyyəti ilk növbədə tabeli gömrük orqanları ilə qarşılıqlı münasibətlərdə öz əksini tapır. Bəzi hallarda DGK fiziki şəxslər və vəzifəli şəxlərlə bilavasitə ünsiyyətdə olur. Gömrük orqanlarının ümumi məsələlərədən başqa DGK gömrük xidmətinə rəhbərlik və gömrük işinin inkişafı ilə əlaqədar olan spesifik məsələləri həll edir. Azərbaycan dövlət Gömrük Komitesi: tabeli orqanların, müəssisələrin, qurumların mülkiyyətinin idarə edilməsində mülkiyyətçi hüquqlarını həyata keçirir; gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən qaçaqmalçılıq, gömrük qaydalarının və vergi qanunvericiliyinin pozulması halları barədə işlərin icraatında prosessual normalara əməl edilməsinə nəzarət edir, belə pozuntular barədə verilmiş şikayət və protestlərə baxır. Azərbaycan Respublikasının gömrük işini bilavasitə həyata kecirən orqanlar DGK-nin təstiq etdiyi əsasnamələrə uyğun fəaliyyət göstərirlər. DGK-nin fəaliyyətinə Sədr rəhbərlik edir. Respublika Prezidenti Komitə sədrini vəzifəyə təyin və vəzifədən azad edir. Gömrük işinə rəhbərliyin mühüm məsələləri DGK Kollegiyasının iclaslarında müzakirə edilir. DGK-nin mərkəzi aparatı, əsasən operativ tədbirlər həyata kecirir, gömrük sisteminin işləmə mexanizmini yaradılır, müvafiq normativ aktların hazırlanmasını təmin edir, məlumatların yığılması və analizi, idarəetmə qərarların mərhələlərinin hazırlanması və yerli gömrük orqanlarının fəaliyyətinin əlaqələndirilməsini təşkil edir.
DGK-nin idarə və şöbələri gömrük xidmətinin mərkəzi orqanı səviyyəsində qərarlar qəbul edilməsini təmin edir və bu qərarların yerlərdə yerinə yetirilməsini təşkil edir. DGK-nin idarə və şöbələri öz səlahiyyətləri çərçivəsində gömrük işinin bəzi məsələlərini müstəqil həll edir və yerli gömrük orqanlarının fəaliyyətinin konkret sahələrini istiqamətləndirirlər.
DGK-nin idarə struktur bölmələrinin iş prinsipinin əsasını funksional fəaliyyət təşkil edir, yəni hər bir idarə və şöbənin fəaliyyəti DGK-nə həvalə edilmiş funksiyaların yerinə yetirilməsini təmin etmək məqsədi güdür.
Dövlət Gömrük Komitəsinin əsas funksiyaları aşağıdakılardır:
Azərbaycan Respublikasında gömrük işini təşkil etmək və onu təkmilləşdirmək;
Azərbaycan Respublikasının gömrük siyasətini həyata keçirmək;
Öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının iqtisadi mənafeyini və təhlükəsizliyini qorumaq;
Öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının gömrük ərazisinin vahidliyini təmin etmək;
Azərbaycan Respublikasında qabaqcıl gömrük tənzimlənməsi vasitələrinin tətbiqini təşkil etmək;
İcrasına nəzarət gömrük orqanlarına həvalə olunmuş gömrük işinə dair və digər qanunvericiliyinə əməl olunmasını təmin etmək;
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ona həvalə edilmiş funksiyalara əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:
Azərbaycan Respublikasının gömrük siyasətinin həyata keçirilməsi üçün hüquqi, iqtisadi, təşkilati mexanizmlər hazırlayır və onların həyata keçirilməsini təmin edir;
Azərbaycan Respublikasında gömrük işinin inkişafı proqramını hazırlayır və həyata keçirir;
Gömrük nəzarətinin həyata keçirilməsini və təkmilləşdirilməsini təşkil edir, bu cür nəzarətin səmərəliliyinə zərər vurmadan onun sadələşdirilməsi və təkmilləşdirilməsi üçün tədbirlər görür;
Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallar barəsində qiymətlərin tənzimlənməsi və digər qeyri-tarif tədbirləri də daxil olmaqla, iqtisadi proqramların işlənib hazırlanmasında iştirak edir və öz səlahiyyətləri daxilində onların həyata keçirilməsini təşkil edir;
Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallardan vergilərin, gömrük rüsumlarının, aksizlərin, habelə digər gömrük ödənişlərinin alınmasını, beynəlxalq avtomobil daşımalarını yerinə yetirən xarici ölkələrin nəqliyyat vasitələrinə sərhəddə «İcazə» blanklarının verilməsinə görə dövlət rüsumunun tutulmasını təşkil edir;
Malların gömrük dəyərinin düzgün müəyyən olunması üzərində nəzarət sistemini təşkil edir;
Gömrük rüsumlarının, müvafiq dövlət rüsumlarının, vergilərin vaxtında və tam həcmdə dövlət büdcəsinə köçürülməsini təmin edir;
Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallarda lisenziya və ya ixtisas attestatları verir, onları ləğv edir, yaxud geri alır, reyestrinin aparılmasını təmin edir;
Mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən müvafiq gömrük proseduralarından səmərəli istifadəni təmin edir;
Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsinə dair qaydaların işlənib hazırlanmasını təşkil və onların icrasını təmin edir;
Malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsini təşkil edir, onun təkmilləşdirilməsi və sadələşdirilməsi üçün tədbirlər görür;
11-1. malların baytarlıq, fitosanitar, gigiyenik və digər sertifikatlarının (şəhadətnamələrinin) yoxlanılmasını, sərhəddə həmin mallar üzərində baytarlıq, fitosanitar, sanitariya nəzarətini həyata keçirir;
11-2. ərazisində heyvanların xüsusi təhlükəli xəstəliklərinin baş verməsi qeydə alınan qonşu ölkələrdən Azərbaycan Respublikasının ərazisinə keçən nəqliyyat vasitələrini baytarlıq qanunvericiliyində müəyyən edilmiş qaydada və müddətdə məcburi dezinfeksiya edir;
Müstəqil surətdə, yaxud zəruri olduqda digər hüquq-mühafizə orqanları cəlb edilməklə gömrük nəzarəti zonası rejiminə riayət olunmasına nəzarəti təmin edir, gömrüyün infrastruktur obyektlərinin mühafizə sistemini təşkil edir, Azərbaycan Respublikasının gömrük sərhədinin qorunması məqsədi ilə digər tədbirlər də həyata keçirir;
İcrasına nəzarət Azərbaycan Respublikasının gömrük orqanlarına həvalə olunmuş gömrük işi üzrə və digər qanunvericilik aktlarına əməl olunmasını təmin edən tədbirlər sistemini hazırlayır və həyata keçirir;
Rezident və qeyri-rezident tərəfindən milli və xarici valyutanın, eləcə də digər valyuta sərvətlərinin müvafiq qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının gömrük sərhəddindən keçirilməsinə, habelə
Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə nəzərdə tutulmuş digər hallarda valyuta nəzarətini həyata keçirir;
Qaçaqmalçılığa və gömrük işi sahəsində digər cinayətlərə qarşı mübarizə aparılmasını təşkil edir. Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən bu cür cinayətlər üzrə qüvvədə olan qanunvericilik aktlarına müvafiq olaraq təhqiqat ibtidai istintaq aparılmasını və əməliyyat- axtarış fəaliyyəti həyata keçirilməsini təmin edir;
Narkotik vasitələrin və psixotrop maddələrin, silahların, Azərbaycan xalqının və xarici ölkə xalqlarının bədii, tarixi və arxeoloji sərvətləri olan əşyaların, intellektual mülkiyyət obyektlərinin, habelə digər malların gömrük sərhədindən qanunsuz keçirilməsinin qarşısını almaq məqsədi ilə tədbirlər sistemi hazırlayır və həyata keçirir;
17-1. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində bioloji sərvətlərdən səmərəli istifadə edilməsi və onların qorunması üzrə dövlət siyasətinin hazırlanıb həyata keçirilməsində iştirak edir, öz səlahiyyətləri daxilində bioloji sərvətlərin Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi zamanı mövcud qanunvericiliyin tələblərinin yerinə yetirilməsi üzərində nəzarəti təmin edir
18. Azərbaycan Respublikasının dəmir yolu vağzallarında, hava və dəniz limanlarında beynəlxalq nəqliyyat vasitələrinin fəaliyyətinə qanunsuz müdaxilənin qarşısının alınmasında və beynəlxalq terrorçuluqla mübarizədə Azərbaycan Respublikası hüquq-mühafizə orqanlarına köməklik göstərir;
20. Azərbaycan Respublikasının xarici ticarətinin gömrük və xüsusi gömrük statistikasının aparılmasını təşkil edir;
21 Öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini təmin edir;
Gömrük işi həyata keçirilərkən fiziki şəxslərin və təsərrüfat subyektlərinin hüquq və mənafelərinin müdafiəsi üzrə tədbirlər görür;
Şikayətlərə və müraciətlərə vaxtında və tam baxılmasını təmin edir; fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin pozulmasını yaradan səbəblərin aradan qaldırılması üçün tədbirlər görür;
Öz səlahiyyətləri daxilində gömrük işi üzrə mühüm hüquqi aktların nəşrini təmin edir;
Konkret mallarla və ya təsərrüfat əməliyyatları ilə əlaqədar gömrük işi haqqında qanunvericilik aktlarının tətbiqi məsələləri üzrə öz qərarlarının qəbulu və fəaliyyət göstərməsini təmin edir;
Gömrük işi məsələləri ilə məşğul olan beynəlxalq təşkilatların işində iştirak edir; Azərbaycan Respublikasının gömrük işinə dair beynəlxalq öhdəliklərinin yerinə yetirilməsini təmin edir;
Xarici dövlətlərin gömrük və digər səlahiyyətli orqanları ilə əməkdaşlığı və qarşılıqlı fəaliyyəti həyata keçirir;
Xarici dövlətlərin gömrük siyasətini və bu dövlətlərdə gömrük işinin vəziyyətini öyrənir və təhlil edir;
Müvafiq sahədə kadr hazırlığını təmin edir, həmçinin mütəxəssislərin hazırlanması və ixtisasının artırılması üçün tədbirlər görür;
Gömrük idarələri, gömrükxanalar, gömrük postları, gömrük laboratoriyaları, elmi-tədqiqat və tədris müəssisələri, hesablama mərkəzləri yaradır və ləğv edir;
Azərbaycan Respublikası gömrük orqanlarının vahid avtomatlaşdırılmış məlumat sisteminin yaradılmasını, fəaliyyət göstərməsini və təkmilləşdirilməsini təmin edir;
Azərbaycan Respublikasında gömrük işinin inkişafı üzrə həyata keçirilən tədbirləri maliyyələşdirir;
Müəyyən olunmuş qaydada Azərbaycan Respublikası gömrük sisteminin büdcədənkənar inkişaf Fondunu idarə edir və onun üzərində sərəncam verir;
Gömrük orqanlarının, gömrük laboratoriyalarının, tabeçiliyində olan digər idarə, müəssisə və təşkilatların maddi-texniki və sosial bazasını inkişaf etdirir;
Gömrük orqanlarının vəzifəli şəxslərinin, gömrük laboratoriyalarının, həmçinin tabeliyindəki digər idarələrin, müəssisələrin, təşkilatların işçilərinin dövlət və sosial müdafiəsini, fiziki hazırlığını təmin edir, onların tibbi təminatını həyata keçirir;
Azərbaycan Respublikasının qanunvericiliyi ilə ona həvalə edilmiş digər vəzifələri yerinə yetirir.
Ərazi gömrük idarələri öz fəaliyyətlərini DGK-nin ümumi rəhbərliyi altında həyata keçirirlər. DGK-si gömrük idarələrin fəaliyyət zonasının hüdudlarını müəyyən edir. Gömrük idarələrin tabeçiliyində işin xarakterindən və həcmindən asılı olaraq gömrük postları yaradılır. Gömrük idarələrin fəaliyyət zonalarının sərhədləri respublikanın ərazi-bölgü prinsipi ilə müəyyən edilmiş bölgələrin inzibati sərhədləri ilə üst-üstə düşməyə bilər.
Gömrük idarələrə, onlara həvalə edilmiş vəzifə və funksiyaların yerinə yetirilməsini təmin etmək üçün geniş profilli hüquqlar verilmişdir:
mal və nəqliyyat vasitələrinin müəyyən edilmiş gömrük proseduru altında yerləşdirilməsinə icazə vermək;
gömrük müayinəsi və gömrük nəzarətinin müxtəlif formalarını həyata keçirmək;
mal və nəqliyyat vasitələrinin gömrük nəzarəti altında eyniləşdirilməsini aparmaq;
gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsinin aparılması üçün nəqliyyat vasitələrinin qayanacaq yerlərindən yola düsmələrinə icazə verilməsi;
Az R-nın gömrük ərazisini gömrük orqanlarının icazəsi olmadan tərk etmiş nəqliyyat vasitələrini dayanmağa məcbur etmək, hava və dəniz gəmilərini geriyə qaytarmaq (xarici gəmilər və digər dövlətlərin ərazisində olan gəmilərdən başqa);
gömrük məqsədləri üçün prob və nümunələrin götürülməsi və tədqiqatı;
deklarant və gömrük qaşıyıcılarından gömrük rəsmiləşdirilməsi icraatında və gömrük nəzarətinin kecirilməsində köməklik göstərilməsini tələb etmək;
mal və nəqliyyat vasitələri buraxıldıqdan sonra gömrük nəzarəti həyata keçirmək;
öz səlahiyyətləri daxilində gömrük ödəncləri müddətinin uzadılması barədə qərar qəbul etmək;
gömrük qaydalarının pozulmasına görə şəxsləri məsuliyyətə cəlb etmək;
ödənilməmiş gömrük ödənclərini mübahisəsiz almaq;
gömrük idarələrinin struktur bölmələrinin fəaliyyət yerini, onların iş vaxtını müəyyən etmək.
Gömrük postları öz fəaliyyətini gömrük idarələrin bilavasitə rəhbərliyi altında həyata keçirir. Ehtiyac olduqda bilavasitə DGK-nə tabe olan gömrük postları da yaradıla bilər. Qəbul edilmiş ümumi qaydalara görə gömrük postları, adətən, hüquqi şəxs statusuna malik olmur, amma DGK-nin qərari ilə belə status müəyyən edilə bilər. Bu halda gömrük postunun müstəqil balansı, banklarda hesablaşma və digər hesabları yaradılır və post dövlət mülkiyyəti olan, ona verilmiş mülkiyyət üzərində operativ idarəetmə hüququ alır.
Gömrük postlar üçün, əsasən, aşağıdakı vəzifələr və funksiyalar müəyyən edilir:
gömrük rəsmiləşdirilməsinin və gömrük nəzarətinin həyata keçirməsi;
- qaçaqmalşçılıq və gömrük sahəsində digər hüquqpozma və cinayətlərə qarşı mübarizə aparılması.
Mövcüd qanunvericiliyin tələblərinin yerinə yetirilməsini təmin etmək üçün ixtisaslaşdırılmış gömrük postları yaradıla bilər. Məsələn, Komitə sədrinin 20 fevral 1998-ci il tarixli 002 saylı əmri ilə Respublika Nazirlər Kabinetinin 22 mart 1997-ci tarixli 24 saylı qərarının tələblərinə müvafiq olaraq, respublika ərazisinə idxal edilən aksizli malların mərkəzləşdirilmiş qaydada gömrük rəsmiləşdirilməsini təmin etmək, aksiz markalarının tətbiqinə nəzarəti gücləndirmək, aksiz vergilərinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada düzgün hesablanıb tutulmasını və vaxtında dövlət büdcəsinə köcürülməsini təmin etmək məqsədi ilə DGK-nə bilavasitə tabe olmaqla, Bakı şəhərində, fəaliyyət zonası bütövlükdə Az R-nın gömrük ərazisi olan – Aksiz Gömrük postu yaradılmışdır, sonra Aksiz Gömrük İdarəsi statusunu almışdır.
“Azərterminalkompleks” fəaliyyətinin məğzi və məqsədləri aşağıdakılardır:
-xarici iqtisadi əlaqələrin yeni formalarının inkişaf etdirilməsi üzrə tədbirlərin hazırlanması və həyata keçirilməsi, Azərbaycan Respublikasının müəssisələrinə, idarələrinə, təşkilatlarına xarici-iqtisadi fəaliyyətin həyata keçirilməsində kommersial əsaslarda yardım göstərilməsi;
-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada idxal-ixrac əməliyyatları üçün sənədlərin hazırlanması, yüklərin, həmçinin gömrük nəzarəti altında olan yüklərin qorunmasını və salamatlığını təmin etmə üzrə xidmətlər göstərilməsi;
-dünya əmtəə və xidmətlər bazarının konyunkturasının öyrənilməsi və ondan istifadə edilməsi;
-xarici-iqtisadi fəaliyyət iştirakçılarının və vətəndaşlarının gömrük qanunvericiliyi və gömrük işini və xarici-iqtisadi fəaliyyəti tənzimləyən normativ aktlar barədə məlumatlandırılması, bu sahədə konsaltinq xidmətlərinin göstərilməsi;
-Xarici ticarət yüklərinin daşınmasının təşkili və təkmilləşdirilməsi üzrə tədbirlərin hazırlanması və həyata keçirilməsi;
-gömrük brokerliyi fəaliyyətinin həyata keçirilməsi;
Dünya əmtəə və xidmətlər bazarının konyunkturasını öyrənir və əldə edilmiş məlumatlardan istifadə etməklə kommersial əsaslarda marketinq, konsaltinq və məlumatlandırma xidmətlərini həyata keçirir:
Azərbaycan Respublikasının gömrük orqanlarının zəruri tikililər, nəqliyyat, təşkilati-texniki vasitələri və avadanlıqla təchiz edilməsinə yardım göstərir:
Gömrük orqanları tərəfindən müsadirə edilmiş malların və əşyaların realizə edilməsi üçün gömrük auksionları təşkil edir.
Sənaye, inşaat, nəqliyyat, rabitə, kənd təsərrüfatı, ictimai-iaşə, mədəniyyət, elm və digər sahələrdə xidmətlər, pərakəndə və topdansatış ticarəti, ticarət-tədarük və vasitəçilik xidmətləri göstərmək:
Müqavilə və həvaləetmə əsasında baş podratçı və baş tədarükçü funksiyalarını yerinə yetirmək:
Əmtəə, fond, valyuta birjaları təşkil etmək və onların işində iştirak etmək
Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə zidd olmayan yuxarıda göstərilən fəaliyyət növlərini tamamlayan və inkişaf etdirən fəaliyyət növləri ilə məşğul etmək.
“Azərterminalkompleks”ə Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş qaydada aşağıdakı hüquqlar verilir:
Azərbaycan Respublikasında, həmçinin xaricdə idarələrlə, müəssisələrlə, təşkilatlarla, cəmiyyətlərlə, şirkət və ortaqlıqlarla və ayrı-ayrı şəxslərlə sövdələşmələr və digər hüquqi aktlar, o cümlədən xidmət göstərilməsi, alqı-satqı, sığorta, saxlanc, tapşırıq, komissiya və digər hüquqi fəaliyyət növlərinin həyata keçirilmək, hərraclarda, müsabiqələrdə iştirak etmək, zəmanətlər vermək:
Azərbaycan Respublikasında, həmçinin xaricdə öz fəaliyyətini həyata keçirmək üçün yardımçı müəssisələr yaradıb təsis etmək, hər cür daşınar və daşınmaz əmlak əldə etmək, özgələşdirmək, icarəyə götürmək və icarəyə vermək:
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin razılığı ilə müəyyən edilmiş qaydada öz filiallarını, kontorlarını, şöbələrini, nümayəndəliklərini, agentliklərini təsis etmək, eləcə də fəaliyyətləri öz vəzifələrinə uyğun olan hər növ təşkilatlarda iştirak etmək, öz fəaliyyətini həyata keçirmək üçün müəssisələr, ortaqlıqlar, o cümlədən ticarət evləri, banklar, birgə müəssisələr yaratmaq:
Konsaltinq, məsləhət xidmətləri, eləcə də xarici-iqtisadi fəaliyyət üçün zəruri olan sənədlərin tərtib olunması idxal, ixrac və tranzit yüklərinin və malların digər gömrük rejimləri üzrə bəyan edilməsi, şəxsi bəyannamə doldurulması üzrə xidmətlər göstərmək:
Blankların, arayışların və gömrük orqanları üçün zəruri olan digər sənədlərin, gömrük qanunvericiliyinin, gömrük işini və xarici ticarəti tənzimləyən normativ aktların, göstərilən sahələrdə digər ədəbiyyatın çoxaldılması üzrə istehsalatlar təşkil etmək:
Məhkəmələrdə, arbitraj məhkəmələrində iddiaçı və cavabdeh kimi çıxış etmək, müqavilə əsasında digər müəssisələrin, idarələrin və təşkilatların mənafelərini məhkəmə və dövlət idarəetmə orqanlarında təmsil etmək:
Az R-sı gömrük orqanlarının vəzifələri və hüquqları. Gömrük orqanlarının vəzifələri aşağıdakılardır (maddə 8):
Az R-nın Gömrük siyasətinin formalaşdırılmasında iştirak və bu siyasətin həyata keçirilməsini təmin etmək;
icrasına nəzarət gömrük orqanlarına həvalə edimiş qanunvericilik aktlarına riayət olunmasını təmin etmək;
gömrük Məcəlləsinin və gömrük işi üzrə digər qanunvericilik aktlarının pozulması hallarının qarşısını almaq və müvafiq araşdırmalar aparmaq;
qanunvericilikdə nəzərdə tutulmuş qaydada Az R-nın iqtisadi və milli təhlükəsizliyini təmin etmək;
gömrük nəzarətini və rəsmiləşdirilməsini həyata keçirmək və təkmilləşdirmək;
mallar və nəqliyyat vasitələri gömrük sərhədindən keçirilərkən gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi qaydalarına riayət olunmasını təmin etmək;
gömrük rüsumlarının, müvafiq vergiləri və digər gömrük ödənişlərini almaq;
malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsinin sürətləndirilməsi üçün əlverişli şərait yaratmaq;
gömrük sərhədindən keçirilən mallar barəsində ticarət siyasəti tədbirlərinin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
gömrük işi sahəsində cinayətlərə, həmçinin gömrük qaydaları əleyhinə inzibatı xətalara və digər hüquqpozmalara qarşı mübarizə aparmaq, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, silahların, ozondağıdıcı maddələrin, xalqların mədəni, tarixi və arxeoloji sərvətlərinin, əqli mülkiyyət hüquqları obyektlərinin, yox olmaq təhlükəsi altında olan heyvanların və bitki növlərinin, başqa malların gömrük sərhədindən qanunsuz keçirilməsinin qarşısını almaq;
Az R-nın dəmiryol vağzallarında, dəniz, çay limanlarında, habelə digər yerlərdə beynəlxalq nəqliyyat vasitələrinin fəaliyyətinə qanunsuz müdaxilənin qarşısının alınmasında və beynəlxalq terrorçuluqla mübarizədə digər hüquq mühafizə orqanlarına yardım göstərmək;
milli təhlükəsizliyi, ictimai asayişin, insanların mənəviyyatının, həyat və sağlamlığının, heyvanlar və bitkilər aləminin, ətraf mühitin, xalqların bədii, tarixi və arxeoloji sərvətlərinin qorunması sahəsində tədbirlərin həyata keçirilməsində müvafiq dövlət orqanlarına yardım göstərmək;
insan alverçilərinin, habelə insan alveri qurbanlarının gömrük sərhədindən keçməsinin qarşısını qanunvericilikdə nəzərdə tutulmuş qaydada almaq;
Az R-da xarici ticarətin gömrük statistikasını və xüsusi gömrük statistikasını beynəlxalq standartlara və təcrübəyə uyğun aparmaq və təkmilləşdirmək;
gömrük ərazisinə gətirilən mallara münasibətdə istehlakçılarının hüquqlarının müdafiəsi üzrə tədbirlərin həyata keçirilməsinə müvafiq dövlət orqanlarına yardım göstərmək;
gömrük işini həyata keçirərkən şəxslərin hüquqlarının və maraqlarının qorunması üzrə tədbirlər görmək;
milli və xarici valyutanın, digər valyuta sərvətlərinin gömrük sərhədindən müvafiq qanunvericiliyə uyğun olaraq keçirilməsinə nəzarət etmək, habelə Gömrük Məcəllə ilə müəyyənləşdirilmiş hallarda valyuta nəzarətini həyata keçirmək;
gömrük işi ilə əlaqədar beynəlxalq müqavilələrin layihələrinin işlənib hazırlanmasında iştirak, orada nəzərdə tutulmuş beynəlxalq öhdələklərin yerinə yetirilməsini təmin etmək;
qanunvericilikdə nəzərdə tutulmuş qaydada ixrac nəzarətini həyata keçirmək;
dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən mallar üzərində qanunvericiliyə uyğun olaraq baytarlıq, fitosanitar və sanitariya nəzarətini həyata keçirmək;
beynəlxalq avtomobil daşımalarını yerinə yetirən nəqliyyat vasitələrinə dövlət sərhədinin buraxılış məntəqələrində qanunvericiliyə uyğun olaraq İcazə blanklarını vermək;
gömrük işi sahəsində yeni informasiya sistemlərinin və texnologiyalarının layihələrinin hazırlanmasını və tətbiqini təmin etmək;
müasir texnologiyalardan və avadanlıqdan istifadə etməklə, gömrük işi sahəsində risklərin idarəetmə sistemi əsasında gömrük nəzarətini təkmilləşdirmək;
xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının aparılması ilə əlaqədar müvafiq tədbirlər görmək;
gömrük işi sahəsində elmi tədqiqatlar aparmaq və bu sahəyə aid məsləhətlər vermək;
dövlət orqanlarına, hüquqi və fiziki şəxslərə gömrük məsələləri üzrə Az R-nın Nazirlər Kabinetin Az R-nın Prezidenti ilə razılaşdırmaqla, müəyyən etdiyi qaydada məlumat vermək;
dövlət orqanları ilə, xarici ticarətin iştirakçıları və səlahiyyətli iqtisadi operatorlarla məlumatların elektron formada mübadiləsini həyata keçirmək;
müvafiq qanunvericiliklə müəyyənləşdirilmiş qaydada malların idxalı və ixracı barədə məlumatların digər dövlətlərin gömrük xidmətləri ilə elektron formada mübadiləsi, gömrük rəsmiləşdirilməsi və nəzarəti müddətinin mümkün qədər qısaldılması, beynəlxalq ticarət-təchizat zəncirinin kompleks idarə edilməsində iştirak etmək yolu ilə beynəlxalq ticarətin asanlaşdırılmasına şərait yaratmaq;
digər dövlət orqanları ilə əməkdaşlıq etmək, həmçinin müvafiq məqsədlərə nail olmaq üçün qanunvericilikdə nəzərdə tutulmuş hallarda onların fəaliyyətini əlaqələndirmək;
qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
Gömrük Məcəllə və digər qanunvericiliklə həvalə olunmuş vəzifələrini yerinə yetirmək üçün gömrük orqanları aşağıdakı hüquqlara malikdirlər:
gömrük qanunvericiliyinə riayət olunması məqsədi ilə müvafiq tədbirlər həyata keçirmək;
Gömrük Məcəlləyə və gömrük işi üzrə digər qanunvericilik aktlarına əsasən gömrük orqanlarına təqdim olunması nəzərdə tutulan sənəd və məlumatları şəxslərdən tələb etmək;
gömrük orqanlarına təqdim edilən məlumatların, sənədlərin və bəyannamələrin düzgünlüyünü araşdırmaq;
şəxslərin xarici ticarət əməliyyatlarının gömrük auditini aparmaq;
dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin sənədlərini, o cümlədən malların baytarlıq, fitosanitar, gigiyenik və digər sertifikatlarını (şəhadətnamələrini) qanunvericiliyə uyğun olaraq yoxlamaq;
malların və nəqliyyat vasitələrinin buraxılışından sonra şəxslərin bunlar barəsində sərəncam verilməsinə dair məhdudiyyətlərə, tələblərə və şərtlərə riayət etmək öhdəliklərini yerinə yetirilməsini yoxlamaq, gömrük
prosedurlarına nəzarət həyata keçirmək, hüquqpozmaların operativ surətdə qarşısını almaq, əməliyyat-axtarış fəaliyyətini sürətləndirmək və digər məqsədlər üçün gömrük orqanlarının sistemi daxilində mobil qruplar təşkil etmək;
təhqiqatı və istintaqı gömrük orqanlarının səlahiyyətinə aid edilmiş cinayətlərin qarşısının alınması, aşkar edilməsi və açılması, onları hazırlayan, törədən və ya törətmiş şəxsləri müəyyənləşdirmək məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək;
cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada təhqiqat və ibtidai istintaq aparmaq;
müvafiq qanunvericiliyə uyğun olaraq inzibati xətalarla bağlı işlər üzrə icraatı aparmaq, bu işlərə baxmaq və inzibati xətalar törətmiş şəxsləri məsuliyyətə cəlb etmək;
gömrük işi sahəsində cinayətlərin qarşısını almaq, belə cinayətləri törətmiş, habelə törədilməsində şübhəli bilinən şəxslərin saxlanılması və ya təqib edilməsi məqsədi ilə idarə, müəssisə və təşkilatlara (xarici dövlətlərin diplomatik, konsulluq və başqa nümayəndəliklərinə, beynəlxalq təşkilatlara məxsus olan və xüsusi təyinatlı nəqliyyat, rabitə vasitələri istisna edilməklə) məxsus olan rabitə və nəqliyyat vasitələrindən son zərurət vəziyyətində istifadə etmək;
müstəqil surətdə, yaxud digər hüquq mühafizə orqanları cəlb edilməklə, gömrük nəzarəti zonasında rejim qaydalarına riayət olunmasına nəzarət etmək, gömrük xidmətinin infrastruktur obyektlərinin mühafizə sistemini təşkil etmək, gömrük sərhədinin qorunması məqsədi ilə başqa tədbirləri həyata keçirmək;
malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi, həmçinin gömrük nəzarəti altında yerləşdirilən malların daşınması, saxlanılması, onlar üzərində yük əməliyyatlarının aparılması ilə bağlı faktları və hadisələri sənədləşdirmək, audio yazılarını, video və foto çəkilişlərini aparmaq;
Gömrük Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada fiziki qüvvədən, xüsusi vasitələrdən (o cümlədən texniki vasitələrdən) və odlu silahdan istifadə etmək;
öz funksiyalarını yerinə yetirmək məqsədi ilə şəxslərə gömrük qanunvericiliyinin pozulmasının aradan qaldırılması üçün yazılı formada xəbərdarlıqlar göndərmək və tələblərinin yerinə yetirilməsinə nəzarət etmək;
digər ölkələrin gömrük orqanları ilə, habelə beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək; gömrük rəsmiləşdirilməsinin və nəzarətinin müasir metodlarının və vasitələrinin tətbiqi məsələləri üzrə xarici ticarət iştirakçıları ilə əməkdaşlıq etmək məqsədi ilə onlarla rəsmi münasibətlər yaratmaq, məsləhətləşmələr aparmaq;
Gömrük Məcəllədə və gömrük işi üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş başqa hüquqlardan istifadə etmək.
Gömrük infrastrukturunun təşkili və inkişafı – gömrük orqanları vahid sisteminin ayrılmaz atributu, gömrük işinin həyata keçirilməsində onun səmərəli olmasını şərtləndirən əsas amillərdən biridir.
“İnfrastruktura” latın sözu olub – (infra- altında, struktur- quruluş, təşkilat) “yardımçı quruluş” mənası daşıyır. Beləliklə, infrastruktura – orqanın normal fəaliyyət göstərməsini təmin edən istehsal, qeyri-istehsal, elmi sahələr kompleksidir.
Gömrük sistemini normal fəaliyyətini təmin edən infrastruktura təminatı elementlərini üç əsas qrupa ayrımaq olar.
qrupa mal və nəqliyyat vasitələrinin keçirilməsi, saxlanması və anbar emalı üçün, həmçinin sərnişinlərə xidmət etmək üçün şərait yaradan elementlər daxildir. Başqa sözlə bu, gömrük orqanlarının maddi-texniki bazası (inzibatı binalar, keçid-buraxılış məntəqələri, anbar təsərrüfatı, nəqliyyat vasitələri, sosial təyinatlı obyektlər, vağzal və hava limanlarında gömrük nəzarəti zonaları və s.) hesab edilir.
qrupa gömrük əməliyyatlarının aparılmasını, prosesin gedişi və alınmış nəticələr barədə məlumatın ötürülməsini təmin edən sistem, vasitə və fəaliyyət növləri (gömrük nəzarətinin texniki vasitələri, gömrük ekspertizası vasitələri, rabitə, gömrük orqanlarının vahid avtomatlaşdırılmış məlumat sistemi, kömpyüter avadanlığı və s.) daxildir.
qrupa orqanları kadrlarının normal həyat fəaliyyətinin bərpası üçün maddi, məişət, mədəni və digər şəraitin yaradılmasına xidmət edən sosial infrasruktura aid edilir. Bu sfera gömrük işçilərin peşə hazırlığının və
hərtərəfli inkişafının təmin edilməsi üçün qeyri-istehsal xarakterli tələbatın ödənilməsini təmin etməlidir.
Beləliklə, gömrük infrasruktura dedikdə, XİF-in gömrük tənzimlənməsi şərtlərini, gömrük sisteminin bütövlükdə fəaliyyət göstərməsini təmin edən, gömrük nəzarəti, ekspertizası, rabitəsi, məlumat sistemi, gömrük orqanlarının maddi-texniki bazası, texniki vasitələri, institusional, sosial struktur və fəaliyyət növləri kompleksi başa düşülməlidir.
Az R-sı gömrük sisteminin infrastrukturunun təkmilləşdirilməsi və inkişaf etdirilməsində DGK-nın təklifi ilə qəbul edilmiş Az R-sı Nazirlər Kabinetinin 25 dek1997-ci tarixli 140 saylı qərarı mühüm addımdır. Bu qərarla gömrük vəzifələrini uğurla həyata keçirmək üçün Az R-sı gömrük sisteminin büdcədənkənar inkişaf fondu təsis edilmişdir.
Gömrük sisteminin inkişaf fondu aşağıda göstərilən mənbələr hesabina yaradılır:
Az R-nın gömrük sərhədindən əmtəə şəkilində keçirilən nəqliyyat vasitələri, eləcə də müşayiət olunmayan yük, kommersiya məqsədləri üçün nəzərdə tutulmayan beynəlxalq poçt daşımaları, eləcə də nəqliyyat vasitələri ilə daşınan yüklər və mallar daxil olmaqla gömrük rəsmiləşdirilməsinə görə alınmış gömrük yığımları;
mütəxəssislərə gömrük rəsmiləşdirilməsi üçün ixtisas attestatlarının verilməsinə və ixtisas attestatının bərpasına, gömrük ödəmələrinin ödənməsinə zəmanət verən bankların və digər kredit təşkilatlarının rejestrə daxil edilməsinə görə alınan yığımlar;
gömrük işi sahəsində, qacaqmalçılığa və gömrük qaydalarının pozulması işinə görə müəyyən edilmiş qaydada Az R-nın mülkiyyətinə keçirilən malların, nəqliyyat vasitələrinin və digər predmetlərin satışından əldə olunan vəsaitlər;
girov əşyası hesab olunan malların və nəqliyyat vasitələrinin herraclarda satışından əldə olunan dövlət büdcəsinə köçürülən vəsaitdən artıq olan məbləg;
Az R-sı gömrük orqanlarının normal fəaliyyətinə qəsd edən iqtisadi hüquq pozuntularına, gömrük qaydalarının pozulmasına görə müsadirə edilmiş malların, nəqliyyat vasitələrinin satışından əldə olunan rüsumlar, cərimələr, vəsaitlər;
valyuta tənzimlənməsi haqqında mövcüd qanunvericilik və normativ aktların pozulmasına və ya gömrük orqanlarının normal fəaliyyətinə qəsd edən hüququpozmalara görə Az R-nın gömrük orqanları tərəfindən müsadirə edilmiş valyuta;
gömrük sisteminin inkişaf fondu vəsaitlərinin bank hesablarında və digər kredit orqanlarının hesablarında yerləşdirilməsindən və saxlanmasından əldə olunan mənfəət;
qabaqcadan qəbul olunmuş qərarlara görə ödəmələr;
Az R-nın gömrük qanunvericiliyində nəzərdə tutulmuş maddi ziyana görə ödənmiş məbləğ və digər gömrük ödəmələri;
Az R-nın maliyyə nazirliyi ilə razılaşdırılmış digər daxilolmalar.
Gömrük sisteminin inkişaf fondunun vəsaitlər aşağıdakı tədbirlərin maliyyələşdirilməsinə yönəldilir:
Az R-da vergi siyasətinin hazırlanması və həyata keçirilməsi, Az R-nın iqtisadi maraqlarının təmin edilməsinə və həyata keçirilməsinə nəzarət;
Az R-sı gömrük orqanlarına tapşırılan mövcüd qanunvericiliyə riayət edilməsi;
xarici iqtisadi fəaliyyətin və onun ayrı-ayrı bölmələrinin inkişaf etdirilməsi, Az R-nın istehsal üzrə beynəlxalq kooperasiyasında iştirakına kömək edilməsi;
gömrük işi sahəsində qanunun pozulmasına qarşı mübarizə;
Gömrük Məcəlləsinə görə Az R-nın beynəlxalq əməkdaşlığının təmin edilməsi;
gömrük idarələrinin normal işinin və inkişafının təmin edilməsi;
gömrük sisteminin maddi-texniki bazasının və sosial sahəsinin möhkəmləndirilməsi;
gömrük kadrlarının hazırlanması və təkmilləşdirilməsi tədbirlərinin maliyyələşdirilməsi, eləcə də DGK-nin tədris müəssisələrinin saxlanması, inkişaf etdirilməsi və əlavə xərclərin maliyyələşdirilməsi;
Az R-sı DGK sisteminə daxil olan müəssisə və təşkilatların yaranması və fəaliyyəti ilə bağlı xərclərin maliyyələşdirilməsi;
gömrük orqanlarının aldığı kredit borcların qaytarılması və s.
Dostları ilə paylaş: |