Bədən hissəsinin oynaqda və kinematik zəncirdə dövri hərəkəti.
Bədən hissəsinin ox ətrafında hərəkəti, sürətlənən bədənin təsiri altında əmələ gələn mərkəzəqaçan sürətlənmə ilə baş verir.
Əyrixətli hərəkətlərdə sürətin istiqamətinin fırlanma mərkəzinə tərəf dəyişilməsi başqa cismin təsiri altında olur. Bu zaman normal sürətlənmə baş verir ki, bu mərkəzəqaçan qüvvənin təsirilə əmələ gəlir. Bu qüvvənin mənbəyi isə ikinci cisim olur, hansı ki, hərəkəti məhdudlaşdırır və əyrixətli yola imkan verir, ona görə də bu dayandırıcı cisim adlanır.
Bədən hissəsinin oynaqda hərəkəti zamanı onun dayandırıcı cismi onunla birləşən qonşu hissə olur. Mərkəzəqaçan qüvvə ikinci cisim tərəfindən əzələ dartmasına və oynaq – bağ aparatına göstərilən reaksiyadır. Bu qüvvə həmin birləşdirici aparat vasitəsilə fırlanan hissəyə tətbiq edilir və onun nöqtələrinin əyrixətli yollarda saxlanmasına kömək edir.
Fırlanan hissə mərkəzdənqaçar qüvvə şəklində dayandırıcı təsirin reaksiyasına əks təsir göstərir. Bu qüvvə mərkəzəqaçan qüvvəyə əks istiqamətdə yönəlir və miqdarca ona bərabər olaraq dayandırıcı hissəyə tətbiq edilir.
Mərkəzəqaçan sürətlənmənin miqdarı fırlanma oxuna qədər olan sürətdən və məsafədən asılıdır. Fırlanma sürətinin artması və yol əyriliyinin artması ilə mərkəzəqaçan sürətləndirmə artır.
Mərkəzəqaçan qüvvə hissə nöqtələrinin xətt sürətinin istiqamətinə perpendikulyar olduğu üçün, sürətini, miqdarını dəyişmir, yalnız istiqamətini dəyişdirir. Fırlanma vaxtı sürətin miqdarının dəyişilməsi isə yalnız radiusa perpendikulyar olan qüvvə və ya toxunan sürətləndirmə ilə mümkündür.
Deməli, hissənin ox ətrafında hərəkətini aydınlaşdırarkən, radiusun uzununa və ona perpendikulyar tətbiq edilən qüvvələri mütləq ayırd etmək lazımdır. Birincilər yolun əyilməsinə, ikincilər isə fırlanmanın sürətlənməsinə və ya yavaşımasına səbəb olurlar.
Xarici qüvvə anının təsiri altında (hissənin yoluna toxunma ilə tətbiq edilən) hissənin fırlanma hərəkəti dəyişilir, onun bucaq sürəti artır və ya azalır. Hissə üçün xarici qüvvələr ona birləşmiş əzələlərin dartma qüvvəsi, qonşu hissələrin peaksiyası və onlara tətbiq edilən qüvvələr ( məs: ağırlıq qüvvəsi) sayılır. Hissə üçün lazımi sürətin əldə edilməsi qüvvənin sürətləndirici impulsundan, yəni hərəkətedici və ləngidici qüvvə anlarınınfərqindən və onların tətbiq edilməsi vaxtından asılıdır. Hissənin fırlanma sürətini artırmaq üçün hərəkətedici üzvlərinin dartma qüvvəsi anını artırmaq, ləngidici əzələlərin dartma qüvvə anını isə azaltmaq lazımdır.
Dostları ilə paylaş: |