Mühazirə Biomexanika fənninin predmeti və üsulları



Yüklə 159,4 Kb.
səhifə85/85
tarix02.01.2022
ölçüsü159,4 Kb.
#37859
növüMühazirə
1   ...   77   78   79   80   81   82   83   84   85
ELÇİN MƏMMƏDOV - - Biomexanika-III kurs-B-tərb.vəidman

Texnikanın möhkəmliyi – onun effektliyinin dəyişilmə dərəcəsilə xarakterizə olunur. Effektlik nə qədər az olarsa, texnikanın möhkəmliyi bir o qədər yüksək olar. Texnikanın effektliyi aşağıdakı əsas faktorların təsiri altında dəyişilir: idmançının halının dəyişilməsi, rəqibin təsiri, xarici şəraitin dəyişilməsi.

Məşqlərin arasındakı fasilədə hərəkət bacarığının saxlanılması: hərəkətlər nə qədər yaxşı mənimsənilirsə, bir o qədər məşqlər arasındakı fasilədə hərəkət bacarığı möhkəm saxlanılır.

Müxtəlif hərəkətlərin saxlanması və yenidən bərpa olunması müxtəlifdir. Uşaqlıqda üzmək, velosiped sürməyi, konkidə sürüşməyi öyrənən insanlar, bu hərəkətləri bütün həyatı boyu yerinə yetirə bilirlər, hətta neçə illik fasilədən sonra belə. Deməli, hərəkət vərdişinin əsası uzun müddət saxlanılır ancaq hərəkətin effektliyi aşağı düşür və texnikada buraxılan səhvlərə görə yüksək nəticə əldə edilmir.

Hərəkətin uzun müddət saxlanılmasıüçün, uzun müddər ərzində həmin hərəkətləri möhkəmləndirmək, lazımi texnika effektliyinə nail olduqdan sonra dəfələrlə təkrr etmək lazımdır. Aydın edilmişdir ki, nə qədər uzun müddət hərəkətlər icra olunarsa, bir o qədər idman texnikası möhkəm saxlanılır.

Avtomatizm – hərəkətlərin icra olunması prosesində xüsusi diqqət yetirmədən hərəkətləri icra etmək bacarığı ilə xarakterizə olunur.



Hərəkətlərin avtomatizminin dərəcəsi, hərəkət zamanı əlavə tapşırıqların verilməsi üsulunun köməyi ilə təyin edirlər. Bu üsul idmançının hərəkətin icrasına nə qədər diqqət yetirdiyini təyin etməyə imkan verir. Bunun üçün idmançıya əvvəlcə sakit şəraitdə cəbri tapşırıq, sonra isə hərəkəti icra edən vaxt həmin tapşırıq verirli. Bununla da hesablayırlar ki, səhvlərin sayı nə qədər artır və sonra hərəkətlərin avtomatikliyinin dərəcəsi təyin olunur.



Yüklə 159,4 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin