Hərəkətlərin obyektiv qeydə alınması.
Bu metod hərəkətlərin mexanikasını öyrənən zaman olduqca əlverişlidir. Hərəkətlərin qeydə alınması müxtəlif üsullarl ola bilər. Ən sadə üsullardan – ayaq ləpirlərinin kağızda qeyd edilməsi, kefaloqrafiya, pnevmoqrafiya və s. Ən dəqiq qiymətli qeydlər müxtəlif fotoçəkilişin köməyi ilə aparılır.
Ayaq izlərini almaq üçün qaçış və ya yerişdən qabaq ayaqlarına rəng çəkib, döşəməyə salınmış kağız zolağı üzərində qaçmağı təklif edirlər. Kağız üzərində qalmış izlərdə hər addımın uzunluğunu, hərəkətin simmetrikliyini, ayaqların arasındakı məsafəni, ayağın içəri və bayır tağına olan təzyiqi və s. düzgün təyin etmək olar.
Kefaloqrafiya – insanın müxtəlif şaquli vəziyyətlərdə başının tərpənmə hərəkətləri qeydə alınmışdır. Kefaloqrafiya həmçinin ümumi ağırlıq mərkəzinin dəyişməsini, əzələ qruplarında baş verən gərginliyin reflektor dəyişikliyini və s. müəyyən edir.
Pnevmoqrafiya – havanın sıxlığının köməyi ilə hərəkətin qeydə alınmasıdır. Bu metod əsas etibarı ilə tənəffüs hərəkətlərini öyrənən zaman istifadə olunur. Bunun üçün insanın gövdəsi ətrafına kəmər şəklində 3 hava kamerası bərkidilir: döş xətti səviyyəsində - yuxarı döş tənəffüsünün qeydi üçün, 9 – 10 qabırğa səviyyəsində - aşağı döş tənəffüsünün qeydi üçün. Bu hva kameraları rezin borular vasitəsilə kameraya təbillərilə birləşdirilir və beləliklə, tənəffüs hərəkətləri (vaxtın qeydə alınması şərtilə) kimoqrafda yazılır.
Sadə foto çəkilişi – bir anlıq şəkildir ki, insanın vəziyyəti və duruşu haqqında təsəvvür verir. Ancaq bu hərəkəti öyrənən zaman bir foto şəkil kifayət etmir. Mürəkkəb hərəkətləri qeyd etmək üçün kino və ya tsiklo çəkilişi lazımdır. Tsiklo çəkilişi adi fotoaparatla hərəkətsiz foto plastika üzərində olur.
Kino çəkilişi – bir anlıq bir – birinin ardınca çəkilən ayrı – ayrı hərəkət anlarının bir neçə dəfə kinolentə kadrlar şəklində çəkilməsidir. Adətən bir saniyədə 24 kadr çəkilir. Cəld hərəkətlərin öyrənilməsi üçün saniyədə 120 – 240 kadr çəkilir. Kino çəkilişin köməyi ilə fiziki məşğələlərin icra olunmasını obyektiv və dəqiq surətdə qeyd etmək olar.
Ölçünün (promerin) hazırlanması – bir şəkildə hərəkətin sahə və vaxt ərzində şəklinə ölçü deyilir. Bu şəkil bədənin və onun hissələrinin ölçülməsi üçün, bədənin müxtəlif nöqtələrini, koordinantlarını və hərəkət trayektoriyasını müəyyənləşdirmək üçün bir sənət sayılır. Ölçü kino lent ilə hazırlanır.
Xronoqramın hazırlanması - Xronoqramma hərəkət fazalarının vaxt üzrə diaqrammasıdır. Bunu hazırlamaq üçün hər bir hərəkət fazasında kadrları sayaraq, saniyədə fazaların davamlılığını hesablayırlar. Məsələn, saniədə 24 kadr çəkilişində əgər hərəkətin fzası 12 kadrda çəkilibsə, onda bu fazanın davam etməsi 12/24 və ya 0,5 san olacaqdır. Alınmış rəqəmi cədvəldə yazıb, millimetrovka kağızı üzərində qrafikini çəkirlər.
Kinoqramın hazırlanması – hərəkətin vaxtını hesaba almaq şərti ilə neqativ kino lentində hərəkətin icra edilən bir sıra şəkillərinin çəkilməsinə kinoqramma deyilir. Belə ölçüləri aparanda kadrların nömrələrinə riayət etmək lazımdır.
Tsikloqrafik çəkiliş – bədənin hərəkətlərini vaxt ərzində müəyyən edilməsi tsikloqrafiya ilə mümkündür. Analitik üsulla tsikloqrammanı hazırlamaq üçün şüşə üzərində çəkilmiş millimetr torundan istifadə olunur. Hansı hərəkətin çəkiləcəyindən asılı olaraq, ayrı – ayrı hissələrin tsikloqrammanı əldə etmək olar.
Məsələn: qolun və qıçın tsikloqrammasını əldə etmək olar.
Dostları ilə paylaş: |