Mühazirə Biomexanika fənninin predmeti və üsulları



Yüklə 159,4 Kb.
səhifə1/85
tarix02.01.2022
ölçüsü159,4 Kb.
#37859
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9   ...   85
ELÇİN MƏMMƏDOV - - Biomexanika-III kurs-B-tərb.vəidman



Tədris ili : 2018-2019

Kafedra: Fizika

İxtisas: Bədən tərbiyəsi və idman

Fənn: Biomexanika

Kurs: III

Fənn müəllimi: b/m- Elçin Məmmədov

Mühazirə 1.

  1. Biomexanika fənninin predmeti və üsulları.

Biomexanika elmi, canlı orqanizmin anatomik – fizioloji xüsusiyyətləri nəzərə alınmaqla, mexanika qanunları əsasında heyvan və insanın fəal hərəkətlərini, bu hərəkətləri doğuran səbəbləri, bu hərəkətlər nəticəsində baş verən dəyişikləri və onların gedişini, həmçinin hərəkət zamanı bədənin vəziyyətlərinin saxlanmasını öyrənirş

Fiziki hərəkətlərin biomexanikası, ümumi biomexanikanın bir bölməsi olub, idman məşğələləri zamanı insanın hərəkətlərini öyrənir. Deməli, biomexanika elminin əsas məqsədi fiziki hərəkətlərin texnikasını, hərəkətlərin baş vermə səbəblərini, onların icra olunma üsulunu, effektivliyini öyrənməkdən ibarətdir.

İnsanın idman biomexanikasında öyrənilən mexaniki hərəkətləri, xarici qüvvələr (ağırlıq, sürtünmə, zərbə və s.) və eləcə də daxili qüvvələrin (əzələlərin dartı qüvvəsi) təsiri altında baş verir. Əzələlərin hərəkəti isə mərkəzi sinir sistemi vasitəsilə idarə olunur. Bioloji sistemin hərəkətlərini başa düşmək üçün, təkcə bu hərəkətlərin mexanikasını öyrənmək kifayət deyildir. Bunun üçün, onların bioloji xüsusiyyətlərini aydınlaşdırmaq lazımdır. Ona görə ki, müxaniki qüvvələrin təsiri altında baş verən hərəkətlərin səbəbləri məhz bu xüsusiyyətlər şərtləndirir. Məsələn, insanın hərəkətlərinin şəraitə uyğunlaşması, yorğunluğun hərəkətə təsirini buna misal göstərmək olar. Biomexanika 3 hissəyə ayrılır:


  1. Kinematika – hərəkətin, məkan və zaman baxımından dəyişikliklərini, başqa sözlə hərəkətin formasını, istiqamətini, trayektoriyasını və yolunu, sürətini və baş vermə vaxtını öyrənir. Hərəkətin belə kinematik xüsusiyyətlərinin nəzərə alınması, idmançılara hərəkət texnikasını seçməkdə, özləri üçün optimal hərəkət forması və növünü tapmaqda böyük təsir göstərir.

  2. Dinamika – hərəkətlərin mexanikasını, onların baş vermə səbəblərini və hərəkət zamanı baş verən dəyişikləri və bu dəyişikliklərin gedişini öyrənir.

  3. Statika – idman məşğələləri zamanı (çıxır, ara və son) bədənin vəziyyətlərinin saxlanmasını, müvazinətini öyrənir.


Yüklə 159,4 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin