Mühazirə Biomexanika fənninin predmeti və üsulları


Zaman kinematik xüsusiyyətləri



Yüklə 159,4 Kb.
səhifə9/85
tarix02.01.2022
ölçüsü159,4 Kb.
#37859
növüMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   ...   85
ELÇİN MƏMMƏDOV - - Biomexanika-III kurs-B-tərb.vəidman

Zaman kinematik xüsusiyyətləri.

Zaman anı, hərəkətin sürəkliliyi, hərəkətin tezliyi və hərəkətin ritmi – vaxt (zaman) kinematik xüsusiyyətlərinə aiddirlər.

Hər hansı bir yerdə nöqtənin vəziyyətini təyin etmək üçün onun orada olduğu vaxtı bilmək lazımdır. Zaman anı (t) bədən nöqtəsinin və və sistemin vəziyyətinin hərəkətin başlanğıcında, gedişində və sonunda zaman ölçüsüdür. Hərəkət fazaları da həmçinin zaman anı ilə təyin olunur. Yəni hərəkətin bir fazası qurtarır, digər fazası başlayır. Məsələn, qaçış zamanı ayağın dayaqdan ayrılması bu təkan fazasının qurtarma anı və uçuş fazasının başlanma anıdır. Zaman anı ilə hərəkətin sürəkliliyi də təyin edilir.

Δt=tson-tbaş; [Δt]=T.

Nöqtənin keçdiyi yolu (məsafəni) və bu hərəkətin baş vermə müddətini təyin etməklə, onun sürətini müəyyən etmək olar. Həmçinin hərəkətin sürəkliliyini bilməklə, onun tezliyini və ritmini də təyin etmək olar.

Hərəkətin tezliyi, təkrar olunan hərəkətlərin miqdarı ilə ölçülür. Tezlik, hərəkətin sürəkliliyi ilə tərs mütənasibdir, yəni hərəkətin sürəkliliyi nə qədər çox olarsa hərəkətin tezliyi bir o qədər az olar və əksinə.

Təkrar olunan (dövri) hərəkətlərdə, tezlik texnikasının təkmilləşmə göstəricisidir. Məsələn, yüksək dərəcəli idmançılarda (xizək sürənlərdə, avar çəkənlərdə, üzgüçülərdə) aşağı dərəcəli idmançılarla müqayisədə hərəkətin tezliyi tempi artırır.

Yorğunluqla əlaqədar olaraq, hərəkətin tempi də dəyişir. Hərəkətin ritmi – bu hərəkət hissələrinin nisbətini göstərən zaman ölçüsüdür. Buna misal olaraq, qaçış zamanı dayaq vaxtının uçuşa olan nisbətini və yaxud dayaq dövründə amortizə fazasının təkan fazasına olan nisbətini göstərmək olar.

Ritmi təyin etmək üçün hərəkəti fazalara ayırmaq lazımdır. Çünki bu fazalar istiqamət sürət, təcil və başqa xüsusiyyətlərinə görə bir – birindən fərqlənirlər. Hərəkətlərin ritminə görə onların təkmilləşmə dərəcəsini müəyyən etmək olar. ritm daim dəyişkən olur. O həm dövri, həm də qeyri – dövri hərəkətlərdə ola bilər. Əgər dövri hərəkətlərdə hər hansı bir hərəkətin ritmi dəyişməz qalarsa bu daimi ritmdir.




  1. Yüklə 159,4 Kb.

    Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin