İdman biomexanikasının inkişafı və onun başqa
elmlərlə əlaqəsi.
İdman biomexanikası ümumi biomexanikanın bir qolu olub, son illərdə sürətlə inkişaf etməyə başlanmişdir. Biomexanika elminin sərbəst bir elm kimi yaranması və inkişafına, fizika və biologiya elmləri sahəsində toplanmış elmi materialların və həmçinin elmi – texniki tərəqqinin böyük təsiri olmuşdur.
Biomexanikanın yaranmasında mexanika elmi həlledici rol oynamışdır. XVI – XVII əsrlərdə Q.Qaliley və İ.Nyuton mexanikanın bir bölməsi olan dinamikanı formalaşdırmış ə mexanikanın əsas qanunlarını kəşf etmiş, bərk cisim hərəkət qanunlarını izah etmişlər. Bununla əlaqədar olaraq, biomexanikada ümumi mexanika əsasında qurulmuş hidro və aerodinamika, materialların müqaviməti, elastiklik, çeviklik və sürüşkənlik nəzəriyyələri və həmçinin maşın və mexanizmlər nəzəriyyəsi kimi sərbəst elm sahələrinin nailiyyətlərindən də istifadə olunmasına başlanmışdır. Soralar biomexanikada riyaziyyat elmindən də geniş istifadə edilmişdir. 1679 – cu ildə Ç.Borelli (həkim, riyaziyyatçı, fizik) “Canlıların hərəkəti” adlı əsərində biomexanikanın bir elm kimi əsasını qoymuşdur. XVI – XVII əsrlərdə biomexanikada mexanika, fiziologiya və funksional anatomiya elmlərinin də nəticələri istifadə edilirdi.
Beləliklə biomexanika əsasən mexanika, funksional anatomiya və fiziologiya elmlərinin inkişafı sayəsindəsərbəst bir elm kimi formalaşmışdır.
Borellinin öz əsərlərində yaratdığı mexaniki istiqamətV.Braune və O.Fişer tərəfindən inkişaf etdirilmişdir. Insanhərəkətlərinin öyrənilməsinə mexaniki cəhətdən yanaşma, hərşeydən əvvəl hərəkət proseslərinin miqdar ölçüsünütəyin etməyə imkan verir. Hərəkət funksiyaları göstəricilərinin mexaniki ölçüsü mexaniki hadisələrin fiziki mahiyyətini aydınlaşırmaq üçün böyükəhəmiyyət kəsb edir. Fizika nöqteyi nəzərindən insanındayaq hərəkət aparatınınquruluş və xüsusiyyətlərini, həmçinin hərəkətlərini aydınlaşdırmaq olur. Bu biomexanikanın əsaslarından birini təşkil edir.
Funksional anatomiya istiqaməti rus alimləri P.Lestqaft, İ.Seçenov, M.İvanitski və başqaları tərəfindən yaradılmışdır. Onlar öz əsərlərində oynaqlarda hərəkətləri təhlil etmiş, bədənin vəziyyətlərinin saxlanılmasında və hərəkətlərində əzələlərin iştirakını müəyyən etmişlər. Beləliklə də, bu və digər zəngin materiallarla biomexanın əsasını qoymuşlar. Hal – hazırda, elektromioqrafik üsuldan geniş istifadə edilir. Bu üsulla idman növündən asılı olaraq, əzələlərin işə qolması fəallığı qeyd edilir; ayrı –ayrı əzələlər və əzələlər qrupları arasındakı qarşılıqlı əlaqə hərəkətlərində iştirak edən əzələlərin təsir etmə vaxtı və dərəcəsi müəyyən edilir.
XIX əsrdə fiziologiya və təbabət, nervizm ideyası ilə sıx əlaqədə inkişaf edirdi. Fiziologiya elminin banisi olan İ.Pavlovun nevrizim ideyası, alisinir fəaliyyəti haqqında təlimi və onun neyro fiziologiyayaaid nailiyyətləri biomexanikanın inkişafına güclü təkan vermişdir: res alimi İ.Seçenov, İ.Pavlov, A.Uxtamski, P.Anoxin, N.Enşteyn və başqaları öz əsərlərində hərəkət aparatının reflektor təbiətini və orqanizmin ətraf mühitin qarşılıqlı əlaqəsində sinir sisteminin tənzimləyici rolunu aşkara çıxararaq göstərmişlər ki, bütün bunlar insan hərəkətlərinin fizioloji əsasını təşkil edirlər. Bernşteyn öz tədqiqatlarına əsaslanaraq hərəkətlərin idarə olunması prinsipini irəli sürmüşdür. Bu prinipə əsasən, sinir sistemindən verilən əmrlərin hərəkətin icra olunduğu şəraitə uyğunlaşmasıvasitəsilə arzuolunmaz hərəkətlərin qarşısı alınır. İnsan hərəkətlərinin biomexanikasının müasir nəzəriyyəsi, Berenşteynin neyrofiziolji dəllilləri əsasında formalaşmışdır. Beləliklə, biomexanikanın inkişafında mühüm rol oyayan mexanika funksional anatomiya vəfiziologiya insan hərəkətlərinin öyrənilməsinin etodoloji əsasını təşkil edir.
Dostları ilə paylaş: |