ELÇİN MƏMMƏDOV - - Biomexanika-III kurs-B-tərb.vəidman
İdman biomexanikasının əhəmiyyəti.
Hal- hazırda yüksək dərəcəli idmançıların hazırlanması, yalnız idman texnkası və onun təkmilləmə metodlarına əsaslanan biomexanika elminə dərindən yiyələnmək vasitəsilə əldə edilə bilər. Biomexanikitədqiqatların nəzərivə təcrübi nəticələri baqa elm sahələrində, məsələn, fiziki tərbiyə, nəzəriyyə və metodunun təkmilləşdirilməsində klinik təbabətdə kosmik və aviasiya biologiyasında, əmək fiziologiyasında istifadə edilir. İdman biomexanikasının əhəmiyyəti aşağıdakılarla müəyyən edilir:
Biomexanikanın əsas məqsədi, fiziki hərəkətlərin texnikasını, yəni onların icra olunma üsulunun efektivliyini öyrənməkdən ibarətdir. Fiziki hərəkətlərin texnikasının öyrənilməsi, hərəkətləri düzgün qiymətləndirməyə, əzələnin işinin xarakterini müəyyən etməyə,hər bir hərəkətin orqanizmə necə təsir etdiyini aydınlaşdırmağa imkan verir.
Texnikanın təhlili, idman texnkasının elmi əsaslara söykənən metodikasını işləməyə imkan verir.
Fiziki və ilk növbədə idman hərəkətlərinin texnikasını təkmilləşdirmək üçün fiziki hərəkətlərin biomexanikasını bilmək zəruridir, idman hərəkətləri texnikasının fasiləsiz inkişafına yalnız biomexaniki tədqiqatar sayəsində nail olmaq mümkündür.
Fiziki hərəkətlərin texnikası haqqında düzgün təsəvvürə malik olduqda, həmin hərəkətləri daha yaxşı dərindən və onların müxtəlif tərəflərini (biokimyəvi, fizioloji, psixoloji və s.)öyrənmək olur.
İşçi duruşunu və əmək hərəkətlərinin hərbi əməli hərəkətləri və eləcə də müalicə məqsədi ilə istifadə edilən hərəkətləri təkmilləşdirmək üçün biomexanikanı bilmək vacibdir.