Biomexaniki tədqiqatın mərhələləri.
Biomexaniki tədqiqatlar şərti olaraq 3 mərhələyə ayrılır: 1) hərəkət xüsusiyyətlərinin qeydi; 2) Qeyd edilənlərin işlənməsi; 3) Biomexaniki analiz.
İnsan hərəkətlərinin xüsusiyyətlərinin qeyd olunmasında məqsəd, tədqiq olunan hərəkətin kinematik və dinamik xüsusiyyətlərini öyrənməkdən, həmçinin idmançının özü haqqında kəmiyyət məlumatların (bədən ölçüsü, funksional göstəricilər) almaqdan ibarətdir. Qeydlərin nəticələrinin işlənməsi və ya onların cəbri üsullarla hesablanması, müxtəlif amillər arasındakı asılılığı, onların düzgünlüyünü təyin etmək və bunların əsasında tərtib olunmuş cədvəl və qrafik əsasında analizlər aparmağa imkan verir. Biomexaniki analiz isə hərəkət qanunauyğunluqlarını aydınlaşdırır və nəticələr çıxarmağa əsas verir.
Dostları ilə paylaş: |