2. Hərəkətlər haqqında anlayışlar.
Məlumdur ki, orqanizmin hüceyrələrində baş verən müxtəlif kimyəvi və fiziki proseslər, ürəyin işləməsi və qanın damarlarda axması, tənəffüs, qidanın həzmi və orqanizmdən xaric olunması, bədənin və onun ayrı – ayrı hissələrinin fəzada bir – birinə nəzərən yerlərini dəyişməsi, mürəkkəb sinir fəaliyyəti və s. materiyanın hərəkətinin müxtəlif formalarıdır.Məşhur materials filosof F.Engels materiyanın hərəkətinin sadə və mürəkkəb formalardan ibarət olduğunu söyləmişdir. O, göstərmişdir ki, sadə hərəkət formaları olan mexaniki, fiziki və kimyəvi hərəkət formaları, həm canlı, həm də cansıztəbiətə xasdır. Mürəkkəb hərəkət forması isə yalnız canlılar aləminə (ali sinir fəaliyyəti) və sosial münasibətlərə (ictimai münasibətlər, cəmiyyət dəyişiklikləri) aiddirlər. Hər bir mürəkkəb hərəkət özündə sadə hərəkət formalarını birləşdirir. İnsanın idman biomexanikasında öyrənilən hərəkətləri mexaniki hərəkətlərdir. Lakin bu sadə mexaniki hərəkətlər daha mürəkkəb hərəkət formalarının iştirakı ilə icra edilir. Ona görə də ali sinir fəaliyyəti kimi mürəkkəb hərəkət formalarının iştirakı ilə öyrənilən biomexanika, digər canlıların (bitkilərin, digər ali sinir fəaliyyətinə malik olmayan digər onurğalıların) biomexanikasından keyfiyyətcə fərqlənir və ondan daha geniş, daha mürəkkəbdir. Ümumiyyətlə həyatın əsas şərti, canlı orqanizmin ətraf mühitlə qarşılıqlı əlaqədə olması, yəni açıq sistem olmasıdır. Bu qarşılıqlı əlaqənin mövcudluğunda hərəkət fəaliyyəti mühüm rol oynayır. Biomexanika insanın hərəkətlərini, bədənin fəal hərəkətləri ilə vəziyyətlərinin qarşılıqlı əlaqəsi sistemi kimi öyrənir.
Dostları ilə paylaş: |