Mühazirə Biomexanika fənninin predmeti və üsulları


Məkan kinematik xüsusiyyətləri



Yüklə 159,4 Kb.
səhifə8/85
tarix02.01.2022
ölçüsü159,4 Kb.
#37859
növüMühazirə
1   ...   4   5   6   7   8   9   10   11   ...   85
ELÇİN MƏMMƏDOV - - Biomexanika-III kurs-B-tərb.vəidman

Məkan kinematik xüsusiyyətləri.

Məkan kinematik xüsusiyyətləri bədənin – cismin koordinantlar üzrə başlanğıc və son vəziyyətlərini, trayektoriya üzrə hərəkətini təyin etməyə imkan verir. Bunun üçün kinokadrlardan istifadə edilir. Koordinant, hesabat sisteminə görə bədənin hər hansı bir nöqtəsinin və hissəsinin məkanda yerləşməsinin ölçüsüdür.

Trayektoriya – hərəkətin məkan xarakteristikasıdır. Yəni hərəkət edən nöqtənin istqamətidir. Trayektoriyada nöqtənin yerdəyişməsini, yolun uzunluğunu, əyriliyini və məkanda səmtini müəyyən edirlər.

Ümumiyyətlə cismin iki əsas hərəkət növü vardır: irəliləmə və fırlanma hərəkəti. İrəliləmə hərəkətində bədənin bütün nöqtələri eyni cür hərəkət edirlər (sürət və təcil eyni olur). Belə hərəkətdə bütün bədənin yerdəyişməsini təyin etmək üçün, bədənin hər hansı bir nöqtəsinin son vəziyyətinin koordinantından ilkin vəziyyətinin müvafiq koordinantını çıxmaq kifayətdir.

Fırlanma hərəkəti elə hərəkətə deyilir ki, cismin bütün nöqtələri mərkəzləri eyni ox üzərində yerləşən çevrələr cızsın. Eyni vaxtda icra olunan irəliləmə və fırlanma hərəkətləri mürəkkəb hərəkətləri əmələ gətirir (məsələn, tullanmalar, akrobatik hərəkətlər).

Cismin irəliləmə hərəkəti düzxətli və əyrixətli ola bilər. Düzxətli hərəkətdə istiqamət dəyişmir, sürət yalnız ədədi qiymətcə dəyişə bilər. Əyrixətli hərəkətdə isə sürət həm ədədi qiymətcə, həm də istiqamətcə dəyişə bilər. İrəliləmə hərəkətində məsafə sm və ya metrlə ölçülür. Fırlanma hərəkətində isə bucaq sürəti və bucaq təcili kəmiyyətlərindən istifadə edilir. Bucaq sürəti (ω), dövri hərəkətin (fırlanma) cəldliyini xarakterizə edir: . Burada fırlanan bədən nöqtələrinin xətti sürəti olar. İrəliləmə hərəkətində bədənin bütün nöqtələrinin xətti sürəti eyni olur. Fırlanma hərəkətində isə bədən nöqtəsi fırlanma oxundan nə qədər uzaq olarsa (radius böyük olarsa) onun xətti sürəti bir o qədər böyük olar. Bərk cismin fırlanan bütün nöqtələrinin bucaq sürəti eyni olur. Bucaq sürəti bədənin dönmə bucağı ilə də ölçülə bilər:

(vahidi radian/san)

Bucaq təcili fırlanma hərəkətinin bucaq sürətinin (hərəkətin) dəyişmə ölçüsüdür. Təcil, sürət dəyişməsinin bu dəyişməyə sərf olunan zamana nisbəti ilə müəyyən edilir.



İnsan bədəni hissələrinin hərəkətlərində, oynaqlarda həmişə təcil olur. Bu əvvəla normal təcil olub, fırlanma hərəkətlərində oynaq oxları ətrafında baş verir, ikincisi bu bucaq təcilidir. Müsbət və ya mənfi təcil hərəkətin əvvəlində və ya sonunda oynaqlarda sürətin artması və ya azalması ilə əmələ gəlir. Cisim və ya insan bədəni yalnız müəyyən qüvvənin təsiri altında təcil alır. Həmin qüvvələri isə hərəkətin xüsusiyyətlərini bilməklə təyin etmək olar.




  1. Yüklə 159,4 Kb.

    Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin