Mühazirə Biomexanika fənninin predmeti və üsulları



Yüklə 159,4 Kb.
səhifə82/85
tarix02.01.2022
ölçüsü159,4 Kb.
#37859
növüMühazirə
1   ...   77   78   79   80   81   82   83   84   85
ELÇİN MƏMMƏDOV - - Biomexanika-III kurs-B-tərb.vəidman

Müqayisəli effektlik - bu halda yüksək kvalifikasiyalı idmançının texnikası nümunə götürülür. Texnikanın o əlamətləri, hansılar ki, müxtəlif kvalifikasiyalı idmançılarda qanunauyğun olaraq fərqlənirlər, bu əlamətlər fərqləndirici – diskriminat əlamətlər adlanırlar, yəni onlar idman ustalığının artması ilə əlaqədar olaraq dəyişirlər. Texnika effektliyinin bu əlamətləri əsas göstərici kimi o vaxt istifadə olunur ki, nə zaman hərəkət texnikası olduqca mürəkkəbdir və biomexaniki analizin – təhlilin əsasında onun ən çox rasional variantını təyin etmək mümkün olmur.

Diskriminativ əlamətləri təyin etmək üçün 2 tədqiqat üsulunun birindən istifadə edirlər:



  1. Yüksək və aşağı kvalifikasiyalı idmançıların texnika göstəricilərini müqayisə edirlər və yaxud

  2. Bir təfərdən idman nəticələri arasındakı qarşılıqlı münasibət əmsalını və bərabərləşdirmə reqressiyasını hesablayırlar, digər tərəfdən isə texnika göstəricilərini qeyd edirlər.

Bəzən diskriminativ əlamətlər asan görünür. Məsələn, yadro itələyənlərdə adətən final səyində əllə yadronu atmaqdan əvvəl hər iki ayaq dayaqdan tez götürülür. Əksər hallarda ayağın dayaqdan götürülməsinəyadro atana qədər olan period – dayaqsız itələmə periodu o qədər qısa olur ki, hətta təcrübəli məşqçi onu görə bilmir. Bu period – dayaqsız itələmə idman kvalifikasiyasının artması ilə azalır.

İcra etmənin effektliyi – 2 variantda təyin edilir: birinci variantda texnika effektliyinin qiymətləndirilməsində idmançının həqiqi nəticəsi ilə onun fiziki hazırlığına əsaslanaraq əldə edəcəyi nailiyyətlə müqayisə edilir. Olacaq nəticə ilə həqiqi nəticə arasındakı fərq və ya həqiqi nəticənin olacaq nəticəyə nisbəti texnikanın icra etmə effektliyinin qiymətləndirilməsində sərf olunan enerjini və ya tətbiq edilən qüvvəni təyin edirlər. Məsələn, eyni sürətli qaçış zamanı müxtəlif kvalifikasiyalı konkidə sürüşənlərdə oksigenin sərf olunma miqdarı müxtəlif olur.

İdmançının az enerji sərf etməklə yerinə yetirdiyi iş, həm onun texniki ustalığından və həm də funksional göstəricilərindən (oksigenin sərf olunma miqdarı) asılıdır.

Beləliklə, texniki effektliyin qeyd etdiyimiz göstəriciləri (mütləq, müqayisəli, icra etmənin effektliyi) bir – birini tamamlayır və bir – birinə adətən uyğun olurlar. Məsələn, uzaq məsafəyə qaçışda müxtəlif kvalifikasiyalı idmançılar təxminən eyni funksional imkanlara malik olurlar.




Yüklə 159,4 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin