Mühazirə Biomexanika fənninin predmeti və üsulları


Biomexanikanın ümumi və xüsusi məsələləri



Yüklə 159,4 Kb.
səhifə3/85
tarix02.01.2022
ölçüsü159,4 Kb.
#37859
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   85
ELÇİN MƏMMƏDOV - - Biomexanika-III kurs-B-tərb.vəidman

3. Biomexanikanın ümumi və xüsusi məsələləri.

İdman biomexanikasında insan hərəkətlərinin öyrənilməsinin ümumi məsələsi, qarşıya qoyulan məqsədə çatmaq üçün təsir edən qüvvələrin effektivliyini öyrənməkdən, bu qüvvələrin icra olunma üsulunu qiymətləndirmək və nəticədə hərəkət əməliyyatlarının təkmilləşmiş üsullarını tapmaq və onlardan səmərəli istifadə etməyi bacarmaqdan ibarətdir. Bundan ötrü, hərəkət zamanı qüvvələrdən hansıların səmərəli, xeyirli olduğu, onların mənşəyi və təsir etdiyi sahə müəyyən edilir. Bununla eyni zamanda faydasız iş görən qüvvələr və faydalı qüvvələrin effektivliyinin necə artırılması haqqında düzgün nəticə çıxarmaq olur.

İdman biomexanikasının xüsusi məsələləri əsasən aşağıdakılardan ibarətdir:


  1. İdmançı bədəninin quruluşu, xüsusiyyətləri və hərəkət funksiyalarının öyrənilməsi;

  2. İdman texnikasının təhlili, onun düzgün qurulmasının öyrənilməsi;

  3. İdmançının texniki cəhətdən təkmilləşməsinin öyrənilməsi.

  1. Məlumdur ki, hərəkətlərin bir çox variantları vardır. Odur ki, fiziki hərəkətləri öyrənərkən onların icra olunma xüsusiyyətlərini, hərəkətlərin xarici görünüşünü, onların forma və xarakterini aydınlaşdırmaq, hərəkətlərin mexanizmini, yəni təsir edən qüvvələri və bu qüvvələrin insanın hərəkətlərində və fiziki obyektlərdə əmələ gətirdiyi dəyişiklikləri müəyyən etmək lazımdır. Bütün bu məsələlərin öyrənilməsi, hərəkətlərin müxtəlif yollarla icra olunmasının qanunauyğunluqlarını başa düşməyə imkan verir. Qeyd etmək lazımdır ki, dayaq – hərəkət aparatının quruluşunu, onun mexaniki xüsusiyyətlərini və funksiyalarını öyrənərkən idmançının yaş və cinsi xüsusiyyətlərini məşqin təsir dərəcəsini də nəzərə almaq lazımdır.

  2. Yarışlarda çıxışların effektivliyini yüksəltmək üçün idmançı yararlı, səmərəli olan texnikadan istifadə etməlidir. Ona görə də o, yeni daha səmərəli idman texnikasını öyrənilməlidir.

  3. İdman texnikasında zaman – zaman baş verən dəyişiklikləri öyrənmək, məşqlər zamanı idmançının texniki cəhətdən təkmilləşdirilməsi üsulunun əsasını təyin etməyə imkan verir. Idmançının hərəkətlərinin öyrənilməsivasitəsilə, bu hərəkətlərin şəraitdən asılılığı, hansı şəraitin yaxşı nəticə, hansının pis nəticə verəcəyi müəyyən edilir. Bundan başqa, hərəkətin icra olunduğu şəraitdə hansı hərəkət (şəraitinin) üsullarının daha müvafiq olması təyin edilir.




  1. Yüklə 159,4 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin