Hissələr sisteminin dövri hərəkətlərinin dəyişməsi.
Hissələr sisteminin dövri hərəkətlərinin dəyişilməsi xarici və daxili qüvvə anları impulslarının təsirilə mümkündür. Gimnast asılmada öz vəziyyətini saxladığı zaman, məşqçi təkanı ilə xarici qüvvə anı tətbiq edərək, gimnastın bədəninin bucaq sürətini artıra bilər. Deməli, gimnastın bədəninə tətbiq edilən xarici qüvvə anı dövri hərəkəti dəyişdirir. Gimnastın asılma vəziyyətində yellənərək hərəkəti zamanı aşağıya doğru hərəkətində alətin – oxuna nisbətən bədənin ağırlıq qüvvəsi anı hərəkəti sürətləndirir, yuxarıya doğru hərəkətdə isə ağırlıq qüvvəsi anı ona qarşı təsir edərək hərəkəti yavaşıdır. Bədənin yuxarı vəziyyətindən aşağı vəziyyətə düşməsi zamanı vəziyyətin enerjisi olan potensial enerji hərəkətin enerjisi olan kinetik enerjiyə çevrilir. Bədənin yuxarı qalxması ilə kinetik enerji yenidən potensial enerjiyə çevrilir; mexaniki enerjinin bir hissəsi ləngidici qüvvələrə əks olan isə sərf edilir və ya yayılır.
Bədən hissələri sistemində onun fırlanmasına təsir edən irəli hərəkətləri aydınlaşdıraq. Təsəvvür edək ki, gimnastın bədəninin hərəkəti mürəkkəb hərəkət kimidir: dövri hərəkət radiusunun uzununa fırlanma oxu tərəfə bədən hissələrinin hərəkəti (məs; qıçın bükülməsi) də əlavə olunur. Bu zaman bədən hissələrinin xəttə sürəti (oxa yaxınlaşan) az olacaq, fırlanmaya əks istiqamətdə sürətləndirməyə malik olacaq. Oxa yaxınlaşan bədən hissələrinin bu cür sürətləndirmə zamanı ətalət qüvvəsi baş verir ki, bu fırlanma hərəkətinin gedişi üzrə istiqamətlənir. Ətalət qüvvəsi anının tətbiq edilməsi vasitəsilə dövri hərəkətlərin sürətinin artmasına irəli hərəkətlərin təsiri belə izah olunur.
Bədən hissələri sisteminin dövri hərəkətləri xarici qüvvələr kimi daxili qüvvələrin də təsiri altında dəyişilə bilər. Bədən hissələri sistemini (gimnastın bədənini) daxili qüvvələrlə (əzələ dartması) fırlanma oxuna yaxınlaşdırmaqla ətalət radiusunu, deməli, ətalət anını da azaltmaq mümkündür. Əgər bu zaman heç bir xarici qüvvə təsir etmirsə, məsələn, dayaqsız hərəkətdə ətalət anı nə qədər azalarsa, bucaq sürəti o qədər atrtar. Fırlanma oxundan bədənin uzaqlaşması ətalət anını və fırlanmanı yavaşıdır.
Beləliklə, dövri hərəkətlərin əsas kinematik xüsusiyyətləri bucaq sürəti və bucaq sürətləndirməsidir. Bucaq sürəti saniyədə qraduslara və ya radianlarla və ya saniyədə dövrlərlə ifadə olunur.
Fırlanma bədənin hər hansı bir hissəsinin hərəkətini öyrənərkən (ayağın), onun xətt sürətini təhlil etmək lazımdır. Bütün bədənin fırlanma hərəkətini öyrənərkən bucaq sürətindən istifadə etmək lazımdır. Xətt və bucaq sürəti arasında riyazi bir asılılıq vardır: nöqtənin xətt sürəti, bucaq sürətinin fırlanma radiusuna olan hasilinə bərabərdir (fırlanma oxundan həmin nöqtəyə qədər olan məsafə). Fırlanma radiusu kiçik olduqca, bir o qədər də nöqtənin xətt sürəti az olacaqdır. Bucaq sürəti hərəkət prosesində dəyişə bilər. Həmin nöqtənin xətt və bucaq sürətləndirməsi qarşılıqlı əlaqədardır: xətt sürətləndirməsi, bucaq sürətləndirməsinin radiusa olan hasilinə bərabərdir.
Beləliklə, bədən hissələrinin xətt sürəti kimi, xətt sürətləndirməsi də fırlanma oxuna qədər olan məsafədən asılıdır.
Dostları ilə paylaş: |