Sabitlik bucağı. Sabitlik bucağı ağırlıq xətti ilə dayaq meydançasının sərhəddini bədənin ağırlıq mərkəzi ilə birləşdirən xətt arasındakı bucağa deyilir. Sabitlik dərəcəsi o bucağa görə təyin edilir. Sabitlik bucağı ön tərəfə alfa – α, arxa tərəfə - β ilə ifadə olunur. Sabitlik bucağı çox olduqca bədənin sabitlik dərəcəsi bir o qədər həmin tərəfə çox olacaqdır. Məsələn irəlidə uzanaraq dayaq vəziyyətində.
Dəyişməyən dayaq meydançasında bədənin ağırlıq mərkəzi artırsa, onda sabitlik bucağı azalacaqdır. Əgər bədənin ağırlıq mərkəzinin dəyişməyən vəziyyəti zamanı dayaq meydançası azalırsa, sabitlik bucağı da azalacaqdır. Əgər ağırlıq xəttini dayaq sərhəddinə yaxınlaşdırsaq, sabitlik bucağı həmin tərəfə doğru azalacaqdır. Sabitliyin hər hansı faktorunun dəyişməsi mütləq sabitlik bucağında müvafiq dəyişikliyə səbəb olacaqdır.
Sabitlik dərəcəsi böyükdür, ona görə ki, ağırlıq mərkəzi dayağa yaxındır – təxminən 35 sm hündürlükdədir, dayaq meydançası böyükdür (4000 sm2), sabitlik bucağı önə (α)=500, arxaya isə 700 bərabərdir.
Sabitlik anı bədən çəkisinin ağırlıq qüvvəsi qolunun hasilinə bərabərdir.
Dostları ilə paylaş: |