Mexanikanın 3 – cü qanununa görə hər bir qarşılıqlı təsir göstərən cismə verilən qüvvə miqdarca eyni, istiqamətcə bir – birinə əks olurlar (təsir əks təsirə bərabərdir). Lakin qüvvənin təsirindən alınan hərəkətin dəyişməsi, sürətlənmənin ölçüsü, nəinki qüvvənin ölçüsündən, hətta qüvvənin təsir etdiyi cismin kütləsindən də asılıdır.
Hərəkətlərin quruluşuna görə insan lokomasiyaları tsiklik və atislik ola bilər. Tsiklik hərəkətlər – insan eyni bir hərəkəti eyni ardıcıllıqda bir çox dəfə təkrar edir. Məsələn, yeriş, qaçış, üzgüçülük və s.
Atislik (biraktlı hərəkətlər) qurtarmış bir hərəkət aktıdır. Məsələn, tullanmaq. Tsiklik lokomasiyaları öyrənən zaman bir tsikl ərzində hərəkəti təhlil etmək və tsikillərin təkrarlanma sıxlığını, ya da hərəkət tempini müəyyənləşdirmək lazımdır. Hərəkətləri lokomasiyanın əvvəlindən ta sonuna qədər təhlil etmək lazımdır.
Dostları ilə paylaş: |