Mühazirə Biomexanika fənninin predmeti və üsulları


Müvazinətdə olan əsas vəziyyətlərin təhlili



Yüklə 159,4 Kb.
səhifə59/85
tarix02.01.2022
ölçüsü159,4 Kb.
#37859
növüMühazirə
1   ...   55   56   57   58   59   60   61   62   ...   85
ELÇİN MƏMMƏDOV - - Biomexanika-III kurs-B-tərb.vəidman

Müvazinətdə olan əsas vəziyyətlərin təhlili.

İnsan bədəninin statiki vəziyyətlərinin əsas növləri dayaqlar, duruşlar, sallanmalar və oturuş vəziyyətləridir.

  1. Duruşlar. İnsan üçün adi olan duruş vəziyyəti filogenez (növün inkişaf tarixi) prosesində yaranır. Bu vəziyyət bir çox lokomotor fiziki hərəkətlər üçün çıxış vəziyyətidir. Qolların və bədənin vəziyyətindən asılı olaraq duruş vəziyyətləri müxtəlifdir: əsas duruş, fərəqət, səliqəsiz duruş, assimmetrik duruş.

Əsas duruş. Bu vəziyyətdə baş və gövdə şaquli istiqamətdə qalır, onurğa sütunu öz fizioloji əyriliklərinə malikdir, çanağın əyilmə bucağı 60 – 650 – yə bərabərdir, aşağı ətraflar düzəlmiş, dabanlar sıx, pəncələr isə 65 – 700 bucaq təşkil edir. Ayaq və baldır arasında bucaq 900 bərabərdir. Yaxın ətraflar sərbəst sallanır, çiyinlər bir qədər arxada qalır. Bu vəziyyətdə dayaq meydançası bərabər tərəfli üçbucaq təşkil edir və 250 – 350 sm2 bərabərdir. Bədənin ümumi ağırlıq mərkəzi 3 -5 – ci oma fəqərəsi səviyyəsində kiçik çanaqda yerləşir, onun xətti dayaq meydançasının mərkəzindən keçir.

Stabillik dərəcəsi azdır, stabillik bucaqları α və β 100 bərabərdir. Əsas duruş vəziyyətində bədənin müvazinəti əzələlərin böyük gərginliyini tələb edir. Bu vəziyyətdə tənəffüs və normal qan dövranı üçün əlverişli şərait yaranır.



Fərəğət duruş. Bu vəziyyətdə onurğa sütununun boyun və döş əyrilikləri azalır, bel əyriliyi isə çoxalır, qarın çəkilir, aşağı ətraflar düzəlir, döş qəfəsi genişlənir, çiyin qurşağı dalda qalır. Ağırlıq xətti dayaq meydançasının ön xətti kənarından keçir. Buna görə də sabitlik bucağı ön istiqamətdə (α= 6-80) azalır, arxa istiqamətdə isə çoxalır (β=12-140). Deməli, arxaya sabitlik daha çox olur, nəinki önə. Bu vəziyyətdə onurğa sütununun boyun və döş hissələrini açan əzələlər daha çox gərginləşir. Ağırlıq xətti diz oynağının önündən keçdiyinə görə nəli əzələlər, ikibaşlı, yarımvətərli və yarımzarlı əzələlər gərginləşərəkağırlığı tarazlaşdırırlar.

Səliqəsiz duruş. Fərəqət duruşuna əks olaraq bu vəziyyətdə əzələlər az gərginləşir, baş yana enir, döş əyriliyi çoxalır, bel əyriliyi azalır. Çanaq təxminən 400 horizontal vəziyyət alır.

Döş əyriliyinin çoxalması qabırğaların enməsinə səbəb olur. Aşağı ətraflar düz qalır. Ayaqların və dayaq meydançasının vəziyyəti əsas duruşda olduğu kimidir. Yuxarı ətraflar sərbəst sallanır, çiyin qurşağı önə yönəlir. ağırlıq mərkəzi yerini dəyişmir. Sabitlik bucaqları dəyişir. α=120, β=60. Sabitlik arxada azalır. Qabırğaların enməsinə görə gövdənin ağırlıq mərkəzi onurğa sütununa yaxınlaşır. Bunun nəticəsində ağırlıq xətti fəqərələrin yaxınlığından keçir. Buna görə də ayrı – ayrı hissələrin ağırlıq qüvvələri çiyinlərdə azalır, müvazinəti saxlamaq üçün bir az əzələ gərginliyi kifayət edir.

Assimmetrik duruş. Bu vəziyyətdə bədənin ağırlığı bərabər olaraq iki ayaq üzərinə düşmür. Bir ayaq digərinə nisbətən bədənin ağırlığını öz üzərinə alır. Bədəni tarazlaşdırmaq üçün fəqərəarası birləşmələrdə sagital ox ətrafında hərəkət icra olunur.

Əgər dayaq sol ayağa keçirsə, onda onurğa sütununun bel hissəsi sola tərəf, döş hissəsi isə sağa tərəf uzaqlaşır. Beləliklə, onurğa hissəsi S - ə bənzər olur. Onurğa sütununun möhkəm olması üçün bir çox əzələ qrupu gərginləşir. Tənəffüs üçün şərait eyni olmur. Sol tərəfdən aşağı qabırğaların hərəkəti çətinləşir, yəni aşağı döş tənəffüsü çətinləşir, sağ tərəfdən isə üst döş tənəffüsü çətinləşir.

Beləliklə assimmetrik duruş vəziyyətində tənəffüs simmetrik olmur. Bədənin ağırlığı sistematik olaraq bir ayaq üzərinə düşərsə, bu halda sağ və sol tərəfin əzələləri bərabər inkişaf etmir və bunun nəticəsində onurğa sütununun pataloji əyrilikləri əmələ gələ bilər.

Dayaqlar. Bu vəziyyətdə çiyin oxu istinad oxundan yuxarıda olur, bədənin ağırlığı yarımçıq ya da tam olaraq yuxarı ətraflar üzərinə düşür. Dayaqlar 4 növdür: 1. əllərdə mil durmaq; 2. irəlidə uzanaraq dayaq; 3. Arxada uzanaraq dayaq; 4. Körpü.




Yüklə 159,4 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin