Monitorinq – Şəbəkə trafiki və sistemin davranışları daha geniş müdaxilələrə qarşı
monitorinq edilir.
Boşluqlar üzrə məlumat mənbələri
Kibertəhlükəsizlik boşluqları üzrə müxtəlif tezliklə məlumatlar nəşr edən onlarla veb-saytlar
və göndəriş siyahıları mövcuddur. Bir sıra şirkətlər boşluqlar üzrə verilənlər bazasından
pullu
abunə xidmətləri də təklif edirlər (məsələn, Secunia şirkəti, secunia.com). Aşağıda
informasiya
təhlükəsizliyi boşluqları üzrə mötəbər mənbələr barəsində məlumat verilir.
SecurityFocus (
http://www.securityfocus.com
) – 1999-cu ildə fəaliyyətə başlayan SecurityFocus
informasiya təhlükəsizliyi ictimaiyyətininin bilik və təcrübəsinin paylaşımı
məqsədi ilə
yaradılmışdı, hazırda informasiya təhlükəsizliyinin təmin edilməsi məsələlərinin geniş spektri üzrə
məşhur informasiya mərkəzinə çevrilmişdir.
SecurityFocus veb saytı bir neçə əsas sahəyə diqqət yönəldir:
–
BugTraq – müxtəlif platformalarda və servislərdə aşkarlanmış kibertəhlükəsizliyi
insidentlərinin ətraflı müzakirəsi üçün böyük həcmli göndəriş siyahısıdır.
–
Boşluqlar bazası (www.securityfocus.com/vulnerabilities) –
bütün platformalar və
servislərdə aşkarlanmış boşluqlar haqqında ən yeni məlumatlar.
–
Göndəriş siyahıları (Mailing Lists) – kibertəhlükəsizliyin müxtəlif məsələlərini müzakirə
etməyə imkan verir.
–
İnsidentlər arxivi (http://www.securityfocus.com/incidents) – insidentlərin real zamanda
xəbər verilməsi və müzakirəsi üçün açıq forumdur.
–
İnsidentlərlə iş alətləri (http://www.securityfocus.com/tools) –
kibertəhlükəsizlik
alətlərinin daim artırılan geniş arxivi dəstəklənir, axtarış imkanları var.
Dostları ilə paylaş: