MühaziRƏ ÇƏYİRDƏKLİ VƏ QƏRZƏKLİ meyvə qrupu biTKİLƏRİNİN Ümumi SƏCİYYƏSİ Cəyirdəklimeyvə bitkiləri



Yüklə 27,31 Kb.
səhifə5/5
tarix05.04.2023
ölçüsü27,31 Kb.
#93545
1   2   3   4   5
mövzu 3

Fındıq (Corylus L.) tozağacı (Betulaceae Ş.F.Gracy) fəsiləsinə aid olub 20-yə qədər növü vardır.Mədəni halda becərilən bir növ-adi fındıq (C.avellana L.) 5-9 m hündürlükdə, 8-9 gövdəli koltipli ağac bitkisidir. Zoğları qırmızımtıl-qəhvəyi rəngli, üzəri codur,zərif tüklüdür.Budaqları hamar, boz rəngli,tumurcuqları xırda, oval formalı,zərif tüklü, qırmızımtıl-yaşıl rənglidir. Yarpaqları iri,kənarı dişli,üst hissəsi yaşıl, alt tərəfdən boz yaşıl rəngli, pənbəlidir. Bitki birevli,çiçəkləri ayrı cinsiyyətlidir. Erkək çiçək topası sırğa tipli olub budağın böyründə yerləşir. 3 ədəd dişi çiçək tumurcuğu bir yerdə yerləşir və onlardan yalnız iki kənardakılar açılaraq çiçək verir. Orta tumurcuq normal inkişaf etmədiyindən açılmır. Meyvəsi bir toxumlu quru meyvədir. Meyvənin üzərini müxtəlif uzunluqda olan don (qərzək) örtür. Kök sistemi səthində yerləşir, çoxlu pöhrə verir. Fındıq bitkisi kök pöhrəsi, basma və kolların bölünməsilə artırılır. Dünyanın 20-dən artıq ölkəsində becərilir və hər il 550-650 min ton məhsul istehsal olunur. Respublikamızda uzun müddətli seçmə nəticəsində, xalq seleksiyasının məhsulu olan sortlar və həmçinin gətirilmə sortlar (Ata-baba, Yağlı fındıq, Gəncə fındığı, Əşrəfi, Kudryavçik) geniş becərilir.
Pekan (Carya Nutt). Pekan, Qoz (Juglandaceae Lindl.) fəsiləsinə aid olub, ABŞ
və Cənubi Çində yayılmış 20-yə qədər növü birləşdirir. Bu növlər içərisində meyvə bitkisi kimi daha geniş istifadə ediləni bir növ - Şirin və ya Zeytunvari pekandır (C.olivaeformus Nutt.). Pekan, gözəl görkəmli ağaclarına, möhkəm oduncağına və yüksək keyfıyyətli meyvələrinə görə qiymətləndirilir. Pekan yüksək məhsuldar bitkidir. Hektardan 400-500 sentner və daha çox məhsul verir. Pekanm gətirlimə sortlarından bir çoxu - Vandiman, Styuart, Tomas, Mayor, Urojaynıy, Drujba sortları res.ublikamızda geniş becərilmək imkanına malikdir.
Şabalıd(CastaneaeMill.) Fıstıq (Fagaceae Dum) fəsiləsinə aid olub, 14 növü
vardır. MDB-də bir növ yabanı halda yayılmış, iki növ isə introduksiya olunmuşdur. Respublikamızda təbii halda bir növ – Adi şabalıd (C.sativa Mill.)
geniş yayılmışdır. Bitki 30-35 m hündürlükdə ağacdır. Gövdəsi düz, gözəl qamətli, geniş kürə şəkilli çətirə malikdir. Cavan zoğları qırmızı-qəhvəyi rəngli, zərif tüklüdür. Yarpaqları iri, sadə qruluşlu, tünd yaşıl rəngli, dişli, qalındır.
Bitki birevli, çiçəkləri ayrı cinsiyyətlidir. Budağın təpəsində yerləşən erkək çiçək tumurcuqları sadə tipli olduğundan açıldıqda uzun, sırğa şəkilli, ağımtıl-sarı rəngli, ətirli çiçək topası yaradır. Mürəkkəb tipli dişi çiçək tumurcuğu açıldıqda zoğ üzərində dixaziy tipli, 2-3 çiçəkli çiçək topası yaradır. Meyvəsi tikanlı qərzəyin içərisində yerləşir. Kök sistemi geniş və dərinə işləyəndir.
Şabalıd toxumla və calaqla artırılır. Toxmacarlara aid və ya "lülə" göz calağı vurulur. Sortları məhdud miqdardadır. Əsasən Bərqəhava sortu, İrimeyvəli , Xırdameyvəli formaları becərilir. Şabalıd, dadlı və qidalı meyvəsinə, yüksək keyfıyyətli oduncağına görə böyük əhəmiyyət kəsb edən qiymətli meyvə bitkisidir. Dünyanın 15-dən artıq ölkəsində becərilir. Illik məhsul istehsalı 450-500 min tondur. Ən böyük istehsalçılar Çin və Tür-kiyədir. Dünyada 400-dən artıq sortu məlumdur. Respublikamızda daha çox toxumdan əmələ gəlmiş, müxtəlif irilikdə və şəkildə olan formalar (İri meyvəli, Xırda meyvəli, Bərquhəva) yayılmışdır.
Badam (Amygdalus L.). Badam, Gülçüçəklilər (Rosaceae Juss.) fəsiləsinə,
gavalı (Prunoideae Focke.) yarımfəsiləsinə daxil olub, 50-yə qədər növü vardır.
Keçmiş SSRİ məkanmda yabanı halda 17 növə rast olunur. Bunlardan isə daha
böyük əhəmiyyət kəsb edəni Adi badamdır (A.communis L.). Adi badam (A.communis L.) 6-10 m hündürlükdə müxtəlif formalı çətrə malik ağacdır. Gövdəsi cadar, bozumtul-qara rəngli, budaqları boz rəngli,zoğları hamar, nazik, açıq yaşıl rənglidir. Yarpaqları ensiz, uzunsov-oval və lansetvari formalıdır. Açıq yaşıl rəngli olub zoğ üzərində tək-tək yerləşir. Vegetativ tumurcuqları sivri, generativ tumurcuqları xırda və tüklüdür. Meyvəsi yumurta formalı, yanlardan batıqdır. Qərzəyi boz-yaşıl rəngli, qayış kimi bərkdir. Yetişdikdə partlayır. Çəyirdək qabığının qalınlığına görə daş badam və kağız badam, ləpənin dadına görə isə şirin badam və acı badam formaları ayrılır.
Kök sistemi güclü inkişaf edərək geniş və dərinə işləyəndir.Saçaqlı kökləri az olur. Badam toxum və göz calağı ilə artırılır.sortları çoxdur. Respublikamızda daha çox Nek plus ultra, Nikitskiy-62, Nonparel, Kağız qabıq sortları becərilir. Dünyanın 40-dan çox ölkəsində becərilir. İllik məhsul istehsalı 1,2 mln tondur. Badam sortları çoxdur. Onlar dadına, formasına, qabığın qalmlığına görə fərqlənirlər. Respublikamızda rayonlaşmış və perspektivli olanları Nek plyus Ultra, Nikitskiy-62, Norparel, Kağız qabıq (Bumajnoskorlupıy), Sarayı, Abşeron, Mərdəkan sortlarıdır.
Püstə (Pistacia L.). Bu cins Sumax (Anacardiaceae R.Br) fəsiləsinə aid olub,
20-yə yaxın növü birləşdirir. Bunlardan 2 növ - Əsl püstə (P.vera L.) və Cır püstə
(saqqız ağacı) (P.mutica Fisch.) növləri geniş yayılmışdır.
Bu növlərdən başqa respublikamıza introduksiya edilmiş Terepentin püstəsi (P.
terebintus L.) Abşeron yarımadasının yaşıllaşdırılmasında və texniki məqsədlər
üçün istifadə edilir. Meyvə bitkisi kimi daha çox istifadə edilən növ Əsl püstədir. Bu növ dünyanın 15-dən çox ölkəsində və xüsusən Asiya ölkələrində becərilir. Əsl püstə (P.vera L.) 3-6 m (bəzən 6-10 m) hündürlükdə geniş və dağınıq çətirli 3-5 gövdəli koltipli ağac bitkisidir. Zoğları hamar, qırmızı-qonur rənglidir. Yarpağı orta irilikdə, dəriləşmiş, tünd yaşıl rəngli, ayası zərif tüklü, alt tərəfdən tüksüzdür.3-5 ədəd yarpaq bir saplaqda yerləşir. İkievli bitkidir. Dişi çiçək tumurcuqları ensiz və sivridir. Erkək çiçək tumurcuqları girdə formalıdır. Çiçəkləri süpürgə çiçək topası üzərində yerləşir. Dişi çiçəkli ağaclar erkək çiçəkli ağaclardan 10-15 gün sonra çiçək açır. Meyvələri seyrək salxımda formalaşaraq sentyabrda yetişir. Çəyirdək qabığı möhkəm, ağımsov-sarı rəngli, nazik olub yetişdikdə uc hissəsi partlayır.
Kök sistemi geniş və dərinə işləyəndir. Bitkilər köçürməni pis keçirir. Püstə toxum, calaq, pöhrə və basmalarla artırılır. Ən geniş becərilən sortları Zümrüd, Narınc, Bülbülədir. İllik istehsal 350-400 min tondur. Dünyada 50-dən çox sortu məlumdur. Respublikamızda yerli (Zümrüd, Narıncı, Bülbülə) sortlar becərilir.
Yüklə 27,31 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin