Mühazirə. Dünya iqtisadiyyatı fənninin predmeti, vəzifələri və tədqiqat metodları


- mərhələ (15-18 əsrlər):Dünya kapitalist bazarının əmələ gəlməsi.Bu dövr aşağıdakı hadisələrlə xarakterizə olunur



Yüklə 25,78 Kb.
səhifə2/2
tarix16.12.2023
ölçüsü25,78 Kb.
#183723
növüMühazirə
1   2
Movzu 1 Dunya iqtisadiyyati fnninin pre

1- mərhələ (15-18 əsrlər):Dünya kapitalist bazarının əmələ gəlməsi.Bu dövr aşağıdakı hadisələrlə xarakterizə olunur:
-Böyük coğrafi kəşflər
-Müstəmləkələrin yaranması
-“Qiymətlə bağlı” inqilablar
-Monufaktura dövrü
2-mərhələ (18-19 əsrlər):Aşağıdakı hadisələrlə xarakterizə olunur:
-Sənaye inqilabı
-Burjua inqilabı
-Manufakturadan fabrik sisteminə keçid:
3-mərhələ(19əsrin sonu-20əsrin birinci yarısı).Bu dövr aşağıdakılarla xarakterizə olunur.
-İlk əvvəl BƏB və onun əsasında dünya təsərrüfat sistemi yaranır.
-Elmi-texniki inqilab
-Daxiliyanma mühərriklərinin yaranması
-Dünyanın iqtisadi cəhətdən bölüşdürülməsi
-inhisarçı kapitalizmə keçid
4-mərhələ(20 əsrin 50illərindən bəri).
-BƏB sisteminin möhkəmlənməsi və genişlənməsi
-Bütün ölkələrin iqtisadiyyatının bir-birilə qarşılıqlı asılılığının artması
-Qloballaşma prosesi
-Dünya iqtisadiyyatının texnoloji inkişafı
-XIX əsrin sonu və XX əsrin əvvəlllərində dünyanın ərazi cəhətdən bölüşdürülməsinin başa çatması
-Beynəlxalq valyuta sisteminin yaranması
-Dünya iqtisadi böhranlarının baş verməsi
-Müstəmləkə sisteminin dağılması və s. Iqtisadi inteqrasiyalar
Vahid Dünya təsərrüfatı sistemi haqqında tam təsəvvür əldə etdikdən sonra bu elmin predmeti və metodunun iqtisadi məzmununu bilmək zəruridir.Dünya iqtisadiyyatı elminin tədqiqat obyekti milli təsərrüfat bazasına əsaslanan dünya ölkələrinin iqtisadiyyatından ibarətdir.Bu elmin predmeti dünya iqtisadiyyatını təşkil edən milli iqtisadi sistemlərin məcmusundan ibarət olub,dünya təsərrüfatı proseslərinin iqtisadi inkişaf meyllərinin,onların qarşılıqlı əlaqə və asılılıqlarının,qanunauyğun və dinamikliyinin nəzəri ifadəsidir.Buradan aydın olur ki,dünya iqtisadiyyatı barəsində nəzəri müddəalar iqtisadi nəzəriyyənin tərkib hissəsidir.Dünya iqtisadiyyatı istehsal,bölgü,mübadilə və istehlak baxımından ölkələr arasındakı münasibətləri öyrənir.Dünya iqtisadiyyatının öyrənilməsi metodologiyanın ən ümumi dialektik prinsiplərinə əsaslanır.Bu prinsiplər obyektivlik,sistemlilik,ardıcıllıq,tarixilik,məntiqilik,nisbi sabitlik və s.
Dünya iqtisadiyyatı fənni problemlərin öyrənilməsində aşağıdakı metodlardan istifadə edir:
1)dialektik 2)analiz-sintez 3)deduksiya-induksiya 4)abstraksiya 5)tarixi-məntiqi
6)sistemli yanaşma 7)iqtisadi-riyazi 8)qlobal modelləşdirmə və s.
Yüklə 25,78 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin