Mühazirə Duru I xörəklər. Onlar üçün həlimlər, həlimlərin bişmə rejimi: sümük, ət-sümük, balıq və quş ətləri həlimləri



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə105/108
tarix01.01.2022
ölçüsü0,76 Mb.
#30163
növüMühazirə
1   ...   100   101   102   103   104   105   106   107   108
Lal-miraslanova-a-m-hsull.-tex

 
Yağlı-şəkərli peçenyelər. 
 
Yağlı-şəkərli  peçenye  tərkibində  çoxlu  miqdarda  yağ  və  şəkərin  olmasına 
görə onların qidalıq dəyərini və kaloriliyini artırır. Yağlı-şəkərli peçenyelər 3 qrupa 
bölünür:  
 
1.  Yağlı-şəkərli  məmulat.  Burada  əlavə  xammalların  –  yağ,  şəkər, 
yumurtanın miqdarı unun ümumi çəkisinin 15%-ni təşkil edir.  
 
2.  Yaxşılaşdırılmış  yağlı-şəkərli  məmulatlar.  Burada  əlavə  xammalların 
miqdarı unun 50%-ni təşkil edir.  
 
3.  Yüksək  dərəcədə  yaxşılaşdırılmış  yağlı-şəkərli  məmulatlar.  Burada  əlavə 
xammalların miqdarı unun 50%-dən çoxunu təşkil edir.  
Yağli-şəkərli  peçenyelər  öz  tərkibinə  və  hazırlanma  texnologiyasına  görə 
müxtəlif növdə olub 4 qrupa bölünür. 
1.  Şəkərli  xəmirdən  hazırlanmış  yağlı-şəkərli  peçenyelər  formasına  və 
hazırlanan xəmirin nəmliyinə görə 2 yarımqrupa bölünür. 
a)  nəmliyi  20%  olan  plastik  xəmirdən  hazırlanmış  peçenyelərin  kəsikləri 
formalı  olur.  Belə peçenyelərə Vanilli,  Limonlu, Sukatla  fındıq ovuntusu səpilmiş 
formalı, Dəyirmi, Vosxod vəs. daxildir. 
b) nəmliyi 24%-dən az olmayan xamayabənzər qatılıqlı xəmirdən hazırlanıb 
bişirilmiş  yağlı-şəkərli  peçenyelər.  Bunlara  Narıncı,  Ulduzcuq,  Riqoletto,  Şəkərli-
kərəli, Mozaika, Çobanyastığı, Şəkərli-şokoladlı vəs. göstərmək olar. 
2.  Çalınmış  xəmirdən  hazırlanan  yağlı-şəkərli  peçenyelər.  Tərkibinə  görə  2 
yarımqrupa bölünür. 


 
95
a)  çalınmış  biskvit  peçenyesi.  Tərkibində  yumurta  çox  olur  və  çalınmış 
xəmirin  nəmliyin  25-32%  olur.  Çalınmış  xəmir  formalara  tökülür  üzərinə  şəkər 
tozu və ya şəkər unu səpilir. Şəkərli, Gənclik. Şokoladlı  adlarla buraxılır. 
b)  zülalı  çalma  xəmirdən  hazırlanan  peçenye.  Tərkibinə  yumurta  ağı  və 
şəkər  qatılır,  bəzən  xırdalanmış  qoz  və  ya  badam  ovuntusu  tökülür.  Bunlara 
Lakomka, Sukatlı çeşidlər aid edilir. 
3.  Badamlı  yağlı  şəkərli  peçenye.  Bunlar  əla  növ  undan  hazırlanır,  xəmirə 
zülal,  şəkər,  xırdalanmış  qoz  və  badam  qatılır.  Lövhə  üzərinə  yayılmış  kütlə  6-8 
saat  saxlanır,  üzərində  nazik  təbəqə  yaranır,  sonra  bişirilir.  Bunlara  Qozlu,  Şərq, 
Cənub  aiddir. 
4.  Suxari  peçenyesi.  Tərkibində  yağ,  şəkər  yumurta  olur.  Əlavə  olaraq 
badam,  kişmiş  qatılır.  Xəmirin  nəmliyi  15-23%  olur.  Moskva  çörəkciyi,  Kiyev 
çörəkciyi  adlarla  buraxılır.  Keks  əvvəlcə  bişirilir,  soyuduqdan  sonra  nazik 
dilimlərlə kəsilib qurudulur. 
         Yağlı-şəkərli peçenyelərə dəmlənmiş yarımfabrikatlardan hazırlanmış pirojna 
tipli Arzu və Şabalıq məmulatları da daxildir. Bunların səthi şokoladla cilalanır.  

Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin