Şirin sousların hazırlanması. Qaysı sousu. Burada qaysı qurusu seçilib yuyulur və qazana salınıb üstünə
soyuq su tökülür. 2-3 saatdan sonra qaysı şişir və həmin islandığı suda bişirilir.
Həmin sous bişirilən zaman qabın qapağı örtülməlidir.
Bişmiş qaysının çərdəyi çıxarılır və ələkdən keçirilərək içinə şəkər vurulur və
zəif od üzərində bişirilir.
Alma sousu. Alma tikə şəklində doğranıb toxumdan azad edilir, qaba salınır,
üstünə su tökülür və qapağı örtülüb hazır olunca bişirilir. Bişəndən sonra alma
ələkdən yaxud ovxalayacı maşından keçirilib üstünə şəkər və su tökülərək bişirilir.