Bakı tortu. Xəmir üçün əla sort un - 2 st., toz-şəkər - 2 st., yumurta - 4 ədəd, kərə yağı - 200 q, xırdalanmış qoz və ya badam ləpəsi - 1 st., soda - 1 ç/q. Krem üçün: kərə yağı - 200 q, qatılaşdırılmış süd - 8 x/q, vanilin, konyak - 1
x/q.
Yumurtanı şəkərlə ağarıncaya qədər çalın. Sonra yumşaldılmış yağ, badam və
ya qoz ləpəsi və soda qatıb xeyli qarışdırın. Un əlavə edib xəmir yoğurun. Alınmış
xəmiri 3 bərabər hissəyə ayırın. İsladılmış tavanı yağlayıb həmin xəmirləri ayrı-
ayrılıqda çox da isti olmayan duxovkada 20-25 dəqiqə bişirin. Tavanın içinə
perqament kağızı (kalka) salmaq olar.
Bişmiş qoğalları soyuduqdan sonra krem çəkib üst-üstə yığın, səthinə də krem
çəkib badam və ya qoz ovuntusu səpin.