Mühazirə Giriş Əmək mühafizəsi əmək prosesində işçilərin təhlükəsizliyini təmin edən, suğlamlığını və işləmə qabiliyyətini quruyub saxlayan qanunvericilik aktlarıdan və ona uyğun olan ictimai-iqtisadi, gigiyenik


Mühazirə 15 İSTEHSALAT SƏS-KÜYÜ VƏ TITRƏYIŞI, ONLARLA



Yüklə 464,94 Kb.
səhifə42/42
tarix17.05.2023
ölçüsü464,94 Kb.
#114993
növüMühazirə
1   ...   34   35   36   37   38   39   40   41   42
quliyev əməyin mühafizəsi

Mühazirə 15
İSTEHSALAT SƏS-KÜYÜ VƏ TITRƏYIŞI, ONLARLA
MÜBARIZƏ TƏDBIRLƏRI
İSTEHSALAT SƏS-KÜYÜ VƏ TITRƏYIŞI, ONLARLA
MÜBARIZƏ TƏDBIRLƏRI
DÜİST 12.1.003-83-ə uyğun olaraq istehsalatda səs-küy şəraitində işləyən işçilərdə yorğunluq artır, əmək qabiliyyəti azalır və bəzi hallarda karlığa səbəb olur.
Səs-küyün orqanizmə belə zərərli təsir göstərməsini tədqiq etmək üçün bir sıra hesabatlar aparılmışdır.
Səs-küy ümumi bioloji qıcıqlandırıcı olub, yorğunluğa, diqqətsizliyə, baş ağrı-sına və əsəbiliyə səbəb olur. Ağır hallarda eşitmə qabiliyyətini azaldır və kar edir. Səs-küyün təsirindən əmək məhsuldarlığı 10-20 % aşağı düşür.


Adi istehsalata nisbətən, səs-küylü istehsalatda peşə xəstəlikləri 20-30% çox olur.
Səs-fiziki hadisə olub, səs mənbəinin elastik mühitdə yaratdığı dalğalar hərə-kətlidir.
Normal insan qulağı tezliyi 16 hs-dən 20.000hs-ə qədər olan səs dalğalarını qəbul edir. Tezliyi 16hs-dən aşağı olan səs dalğalarına infra səslər, 20.000 hs-dən yuxarı olan səslərə ultra səslər deyilir. Bu səsləri insan qulağı qəbul etmir.
Səs-küy müxtəlif intensivlikli və müxtəlif tezlikli səslərin birgə təsirindən yara- nır.

Səs intensivliyinin (J) eşitmə hüdudundakı intensivliyə (Jo) olan loqarifmik nis-bətinə səs şiddəti yaxud səsin gurluğu deyilir və desibel ölçü vahidi ilə ölçülür.


Səsin şiddəti.
N=10ℓq
burada, J - səsin ümumi intensivliyini,
Jo - səsin eşitmə hüdudundakı intensivliyini,
P - səs dalğasının təzyiqini,
Po - eşitmə hüduduna uyğun gələnsəs dalğasının təzyiqini göstərir və
Po=2·10-5 Π .- götürülür.
Pıçıltı ilə danışığın 1m. məsafədə yaratdığı səs dalğasının təzyiqi 1kP - adi danışıq 100 kPa, bərkdən danışıq isə 500-1000 kPa - uyğun gəlir.
Səs-küyün səviyyəsi 70 dB “A” olduqda 5 saat, 75 dB “A” olduqda 4 saat, 80 dB “A” olduqda 3 saat və 90 dB “A” olduqda isə 1 saatdan artıq belə şəraitdə işləmə-yə icazə verilmir. Belə şəraitdə 18 yaşdan aşağı olan şəxslərin işlədilməsinə icazə ve-rilmir.
Səs-küyün zərərli təsirini azaltmaq üçün Ümumi İttifaq Mərkəzi Elmi Tədqiqat Əmək mühafizəsi institunun hazırladığı BUNİNOT 2M; 4 A; 7 İ qulaqcıqlarından isti-fadə edilir.
DÜİST 12.1.012-78-ə uyğun olaraq titrəyişin təsirindən əllərin soyuması, key-ləşməsi, yorğunluq, yuxusuzluq, baş ağrısı, qan təzyiqinin yüksəlməsi, ürək damarı-nın tutulması və s. baş verir.
Bu zaman əmələ gələn peşə xəstəlikləri çox ağır keçir və bərk ağrılar müşahidə edilir. Xəstəlik ilk dövrdə müalicə olunmazsa, bu şikəstliklə və bəzən ölümlə nəticə-lənə bilir.
Titrəyiş eyni zamanda maşın və mexanizmlərə, nəzarət ölçü cihazlarına və bina-ların konsturuksiyalarına dağıdıcı təsir göstərir.
Titrəyişin rəqs sürəti belə təyin edilir:
Lσ=20 ℓd dB;
burada, σ - ölçülən rəqs sürətinin orta kvadratik qiymətini, sm/san;
σo - rəqs sürətinin hədd qiymətini göstərir, sm/san.
Rəqs sürətinin hədd qiyməti σo=5·10-6 sm/san. götürülür.
Səs-küy və titrəyişi ölçmək üçün BŞB - 003, İŞB -1, Врюль - ker- 2103 (Dani-ya) və ŞUM - 1M səs-küy ölçən cihazlardan istifadə edilir.
Tezlikdən asılı olaraq titrəyişin buraxıla bilən norması: əgər dəyişmə tezliyi 3hs-ə qədər olarsa, ampilitud qiyməti 0,6- 0,4 mm; 8-15 hs-də 0,05- 0,03 mm, 30-50hs-də 0,009- 0,007 mm; 50-75hs-də 0,007- 0,005 mm; və 75- 100 hs tezlikdə isə ampilitud qiyməti 0,005- 0,003 mm olmalıdır.

Tezlikdən asılı olaraq titrəmənin buraxıla bilən norması


aşağıda göstərilmişdir.

Tezlik Hs-lə.

Ampilitud qiyməti,mm- lə.

3 -ə qədər.


3-5.
5-8.
8-15.
15-30.
30-50.
50-75.
75-100 qədər.

0,6- 0,4.


0,4- 0,15.
0,15- 0,05.
0,05- 0,03.
0,03- 0,009.
0,009- 0,007.
0,007- 0,005.
0,005- 0,003.

Tezlikdən asılı olaraq səs-küyün sanitar normaları aşağıda göstərilmişdir.



Bina yaxud ərazinin adı



Orta həndəsi zolağın tezliyindən asılı


olaraq (hc) səs-küyün

Səsin səviyyə-si dbA

63

125

250

500

1000

2000

4000

8000

Səs-küy mənbəi olmayan zehni iş üçün bina.
İdarə binası.
Telefon danışıq məntəqəsi, maşın he-sablama bürosu və s.
Səs mənbli laboratoriya, səs-küylü hesablama maşın otaqları və uzaqdan idarə binaları.
İş yerləri, adamlar çox olan binalar və istehsalat müəssisələrinin ərazisi.

71

79
83


94
99



61

70
74


87
92



54

63
68


82
86



49

58
63


78
83



45

55
60


75
80



42

52
57


73
78



40

50
55


71
76



38

49
54


70
74



50

60
65


80
85


Səs-küyün səviyyəsi 70 dБ “A” - olduqda 5 saatdan, 75 dБA - olduqda - 4 saat, 80 dБA - olduqda - 3 saat, 90 dБA- olduqda isə 1 saat-dan artıq belə şəraitdə işləmə-yə icazə verilmir.


Səs-küyün səviyyəsi 95 dБ A və ondan artıq olduqda 18 yaşdan aşağı şəxslərin işlədilməsinə icazə verilmir.
Böyük ampilitudalı titrəyişlər insan bədəninin sümüklərinə təsir edir və bəzən deformasiyalarla nəticələnir.
Qazma alətləri, elektrik burğuları ilə və pnevmatik alətlərlə işləyənlərdə peşə xəstəlikləri yaranır. Bu xəstəliklərin üç dövrü vardır.
I dövrdə - əllərdə ağrılar yaranır, barmaqların ucları keyləşir.
II dövrdə - ağrılar və keylik artır, əllərin dərisinin temperaturu azalır, əsəb sis-teminin funksional pozğunluğu qeyd olunur.
Bu halda işçi öz iş yerini dəyişdirməli və müalicə kursu qəbul etməlidir.
III dövrdə - damarların tutulması nəticəsində barmaqların ağarması “ölü bar-maqlar” və bərk ağrılar olur, ürək-damar sisteminin fəaliyyəti pozulur. Bu halda, adətən 10 ildən çox iş stajı olanlarda rast gəlinir və çox çətin müalicə olunur.
Kənd təsərrüfatında tətbiq edilən maşın və avadanlıqlarda texniki-təşkilatı təd-birlər hesabına səs-küyün və titrəyişin azaldılma üsulları aşağıdakılardır:
1) səs-küylü maşın və avadanlıqları ayrıca izolə edilmiş binada yerləşdirmək. Belə binaların divarı və tavanı səs udan materiallarla (iplik, pambıq, membran-rezo-nans və s.) örtülür. Bu üsulla səs-küyü alçaq tezlikdə 25-35 db, yüksək tezlikdə isə 40-50 db.-ə qədər aşağı endirmək olur.
2) səs-küy mənbəi dəri və başqa örtüklə izolə edilir (mastika, keçə, şüşə pambıq, vibroizolə və b.). Bu materialar vasitəsilə traktor kabinəsi və b. hissələr örtülür. Bu üsulu tətbiq etməklə səs-küyü alçaq tezlikdə 5-15 db; yüksək tezlikdə isə 20-30 db, aşağı endirmək olur.
3) ayrı-ayrı hissələr titrəmənin udulması üçün özlü elastik materiallarla örtülür. Bunun üçün rezin, plastik kütlə, linoleum və mastikadan istifadə edilir. Bu üsuldan istifadə etməklə səs-küyü alçaq tezlikdə 8 db, yüksək tezlikdə isə 12 db-ə qədər aşağı endirmək olur.
4) hərəkətin ötürülməsində titrəmənin azaldılması. Bunun üçün amartizamor-lardan (yaylı yaxud rezin, metallik tipli AKSS), rezin ara qatından, dinamiki titrəmə söndürəndən və s. istifadə edilir.
5) səs-küyü azaltmaq üçün daxili yanacaq mühərriklərində səs batıranlardan isti-fadə edilir. Səs batıranlar tətbiq edilməklə səs-küyü 5-15 db-ə qədər azaltmaq olur.
6) metal hissələrin müvafiq olaraq qeyri-metal hissə ilə əvəz edilməsi və onların səthinin özlü maye ilə örtülməsi. Rolikli, zəncirli nəqletdirici və elavatorlarda qeyri-metal materiallardan istifadə edilməklə səs-küyün səviyyəsi 6-8db-ə qədər azaldılmış olur.
7) titrəməni maşınlarda azaltmaq üçün irəli-geri hərəkəti fırlanma ilə dişli çarx ötürməsini paz vari qayış ötürməsi ilə, düz dişləri çəp dişlərlə sirkələnən yastıqları sürüşkən yastıqlarla əvəz etmək, ara məsafəsini maksimum azaltmaqla həyata keçir-mək olur.
Yüklə 464,94 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin