İnformasiya təhlükəsizliyinin təmin edilməsi üçün həyata keçirilən tədbirlər sistemi Ümumi halda, informasiyanın qorunmasının məqsədi informasiya resurslarına qarşı hüquqazidd hərəkətlərin, o cümlədən məxfı informasiyanın açılmasının, yayılmasının və sızmasının qarşısıın alınması, məxfi informasiya mənbələrinə icazəsiz girişə yol verilməməsi, məxfılik rejiminə riayət olunması, informasiyanın bütövlüyünün (tamlığının), dolğunluğunun, ona icazəli girişin, eləcə də müəlliflik hüququnun təmin edilməsindən ibarətdir.
Qeyd olunduğu kimi, informasiya təhlükəsizliyinin təmin edilməsi üçün konkret təşkilati, təşkilati-texniki, texniki hərəkət və tədbirlər planlaşdırılır və həyata keçirilir.
Qorunan obyektlərin əsas xarakteristikalarına və növlərinə görə qoruma mexanizmlərini aşağıdakı kimi təsnif etmək olar:
KSŞ-də zəmanətli informasiya təhlükəsizliyi müfəssəl surətdə işlənib hazırlanan və planlı şəkildə həyata keçirilən tədbirlər sistemi vasitəsilə təmin oluna bilər. Tədbirlər sistemi təhlükələrə qarşı mübarizə üzrə hər bir mərhələdə bütün zəruri tədbirləri özündə birləşdirməlidir: